Keçmişdə irqçilik Qərbin kirli bir səhifəsi idi. Demokratiyanı, azadlığı və mədəniyyəti bərpa edən bu torpaqlar keçmişlərində olan bir çox qara ləkə kimi irqçiliyi də tarixə həkk etdilər. Lakin ABŞ və Avropanın keçmişdə qoyduğunu düşündüyü bu böyük problemin şiddətli terror aktları ilə yenidən qarşımıza çıxması əslində bu xəstəliyin müalicə olunmadığını və yenidən alovlandığını göstərir.
ABŞ bu problemi öz daxilində, Avropa isə irqçiliyi İslam düşmənçiliyi ilə birgə yaşayır. Avropanın fərqli bölgələrində İslam əleyhinə nümayişlərin, məscidlərə edilən hücumların artması, xüsusilə də Almaniyada müsəlman türklərə qarşı çox çirkin ayrı-seçkilik siyasəti gözlənilməz həddə çatıb. Almaniyada, xüsusilə "Qərbin müsəlmanlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGIDA) hərəkatının nümayişləri daima göz önündə tutulur. Müsəlman sayı çox az olan Drezden şəhərində açıq-aşkar "ölkəmizdə müsəlman görmək istəmirik" şüarları ilə nümayiş göstərən bu qrup şiddət və nifrəti yaymaq mövzusunda baş roldadır. Avropada artıq məscid görmək istəmirik deyən qrupun hədəf olaraq göstərdiyi məscidlərə qarşı təzyiqlər də gündən-günə artır.
Alman liderlərin bütün bu baş verənlərə qarşı laqeyd olduqlarını da demək doğru olmaz. Almaniya prezidenti yeni il çıxışında ad çəkmədən PEGIDA-nı tənqid edərək "Almaniyanı təcrid edənlərin çağırışına qoşulmayın" mesajını verdi. Baş nazir Merkel də nümayişləri qınadı və "burada nifrət oyandırmaq cəhdlərinə və digər ölkələrdən gəlmiş insanlar haqqında söylənən yalanlara yer yoxdur" dedi. Ədliyyə naziri nümayişlərin "Almaniya üçün utanc" olduğunu, bir neçə siyasətçilər isə PEGIDA-nı "kostyumlu nasistlər" adlandırdı.
PEGIDA nümayişləri davam edərkən kilsələr, siyasi partiyalar, sənətçilər "bu nümayişlərə qoşulmayın" çağırışını etdilər. Əksər şəhərlərdə isə minlərlə insan tərəfindən əks nümayişlər keçirildi.
Əlbəttə, bunların hamısı xoş addımlar idi, lakin kifayət deyildi. Bu qeyri-adi etirazların qarşısını effektiv tədbirlər və daha güclü siyasi metodlarla almaq mümkün olduğu halda, yalnızca qınama mesajları verildi. Müxalif partiya olan Die Linke-nin son həftələrdə baş verən irqçi nümayişlərdə Angela Merkeli məsul görməsini də nəzərdən çıxartmamaq lazımdır. Die Linke-yə görə hökumətin illərdir tətbiq etdiyi siyasət bu vəziyyəti yaradıb. Bu mövzuda müxalifəti haqlı hesab edən də çoxdur.
Bunu bildirmək lazımdır: irqçilik ruhi xəstəlikdir. Əgər bir insan güclünün zəifi əzdiyinə, aşağı irqlərin olduğuna inanırsa, bütün insanların hz. Adəmdən gəldiyini unudur və ya cahilcə inkar edirsə və əlbəttə ki, nifrətlə qidalanırsa bu ruhi xəstəliyə çox rahat yoluxa bilər. Hər kəsin eyni genlərə sahib olduğunu unudar, cahilcə özlərinin qeyri-adi genləri olduğuna inanarlar. Əslində belə bir cəfəngiyyata inanmaq çox çətindir, lakin bu iddia həmişə nifrətlə dolu olan insanlara səbəb yaradır.
İrqçi bir insan nə qədər ruhi xəstə olsa da, bu xəstəliyi artıran digər ünsürləri də nəzərdən çıxartmamaq lazımdır. Əgər dünyada islamofobiya adlanan bir bəla varsa və bu gündən-günə dərinləşirsə, o zaman qorxu və nifrəti yaradan digər səbəbləri də bilmək vacibdir. Əgər bir çox avropalı İslam dedikdə, yalnızca Yaxın Şərqdəki baş kəsmək, qadını ikinci dərəcəli varlıq olaraq görən çirkin bir həyat forması ilə qarşılaşırsa və yalnızca nifrətlə dolu sözlər eşidirsə, demək ki, islamofobiyanın əsl yaranma səbəbi radikal qruplardır. Avropalıların çoxu radikalizmi İslam olaraq zənn edirlər. Belə ki, heç kim onlara İslamın qadını dəyərli hesab edən, demokratiyanı ən mükəmməl şəkildə tətbiq edən "barış" dini olduğunu izah etməyib. Çünki qəribə olsa da, dünya müsəlmanlarının əksəriyyəti Qurandan uzaqdırlar, xurafatlara inanırlar və İslamdakı "barış"ın Quranda necə izah edildiyini tərif edə bilmirlər.
Qısası, bu böyük bir cəhalət, böyük bir bəladır. Lakin burada radikalizmə qarşı çıxanların doğru olmayan bir üsul seçdiklərini də qeyd etmək lazımdır. Səhvləri radikalizmlə mübarizə aparmaq adı ilə İslama qarşı çıxmaqlarıdır. Problemləri həll edə bilən yeganə yolu öz əlləri ilə məhv etməyə çalışırlar. Bunu anlamırlar ki, radikalizmin həlli yalnızca həqiqi, Qurandakı İslamdır və bir radikalist Qurandan sübut görmədən düzəlməz. Biçarə nümayişlərlə onları daha da radikallaşdırdıqlarını görmürlər.
Avropadakı bu böyük problemin həllini yalnızca Avropadan gözləmək həqiqətə uyğun deyildir. Müsəlman olaraq məsuliyyət daşıyırıq. İlk öncə sevgi ilə münasibət göstərəcəyik. İçimizdə olan fərqli din, irq və vətəndaşları qucaqlayacağıq. Birgə yaşadığımız xristian və yəhudilər üçün kilsə və sinaqoqlar inşa edəcəyik. Quranda müsəlmanlara kilsə və sinaqoqların əmanət edildiyini unutmayacağıq.
Sevgi, dostluq və birlik tələbini qərb dövlətlərinə ilk öncə biz təqdim edəcəyik. Bu müsəlmanların vəzifəsidir. Müsəlmanlığın borcunu vermədən bunu bir tərəfli olaraq Qərbdən gözləmək mənasızdır. Yalnızca nifrət göstərərək dostluq gözləmək də ağılsızlıqdır: nifrət hər zaman nifrət yaradar.
Avropa üçün bu xüsus çox vacibdir: irqçilik nümayişləri xəstə beyinlər tərəfindən daha gözəl Avropa adı altında keçirilir. Ancaq bu cür davam edərsə, zərər çəkən Avropa özü olacaqdır. İrqçilik nifrət və şiddətin mənbəyidir. İnsanları siniflərə ayırmağın son həddidir. Ayrı-seçkiliyin və əxlaq pozuntusunun əsas ünsürüdür. Sevgini alıb aparar və xalqları bir-birinə düşmən edər. Bu cür cəmiyyətlərdə böyüyən uşaqlar nifrətlə dolu olar. Bu tərbiyəni alan gənc üçün nə ölkəsinin, nə cəmiyyətin, nə də ailəsinin dəyəri qalmaz. Belə bir gəncliyin Avropanı necə parçalayacağını görmək çətin deyil.
Möhtəşəm Avropa məhv olmasın. Avropaya lazım olan təhsil Hitler dövründəki aşağı irq cəfəngiyyatı deyil, düzgün İslam və sevgi inancıdır. Hətta Avropa bunu Yaxın Şərqə də gətirməlidir. Bu zaman sistemin əksinə dövr etdiyini, sevginin sevgiyə səbəb olduğunu görərlər.
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi: