"... bəli, hər zaman mələkləri səmavatdan yerə göndərən, bəzi vaxtlarda hz. Cəbrayılın Dihyə surətinə girməsi kimi onları insan surəti ilə əvəz edən, ruhaniləri ervah aləmindən (ruhların və ruhanilərin olduğu aləm) göndərib bəşər surətində göstərən, hətta ölmüş vəlilərin ruhlarını cəsəd surətində dünyaya göndərən bir Hakimi Zülcəlal, GÖY ÜZÜNDƏ CƏSƏDİYLƏ OLAN HZ. İSANI, BƏLKƏ AXİRƏT ALƏMİNIN ƏN UZAQ KÜNCÜNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ BELƏ YENƏ DƏ BİR BÖYÜK NƏTİCƏ ÜÇÜN ONA YENİDƏN CƏSƏD GEYDİRİB DÜNYAYA GÖNDƏRƏRDİ." (Bediüzzaman Said Nursi, Mektubat səhifə 56-57)
1. Mələklər səmavatdan yerə endiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq (insan cildində) enərlər.
2. Hz. Cəbrayıl (ə.s) yer üzünə Dihyə surətində gəldiyində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlir.
3. Ruhanilər aləmi ervahdan (ruhlar aləmindən) insan surətində gəldiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlirlər.
4. Ölmüş vəlilərin ruhlarının cəsədi surətində dünyaya gəldiklərində şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gəlirlər.
5. Mələklərin səmavatdan gəlməsi, hz. Cəbrayıl (ə.s)-ın Dihyə surətində dünyaya gəlməsi, ruhanilərin ruhlar aləmindən gəlməsi, vəlilərin ruhlarının cəsədi surətində dünyaya gəlmələri necə asanlıqla mümkündürsə, hz. İsa (ə.s)-ın şəxsinin, dünyadakı bədəniylə yer üzünə enməsi də o qədər asan, məqbuldur və nüzul edəcəkdir.
6. Hətta həqiqətən ölmüş olsaydı belə, Allah yenə ona bir bədən (cəsəd) verərək yer üzünə endirərdi.
7. Bütün bu dəlillərdən də açıq şəkildə aydın olduğu kimi, hz. İsa (ə.s) şəxsi mənəvi olaraq deyil, şəxs olaraq gələcəkdir.
8. Şamda Ağminarəyə enməsi, bir atın üzərinə minməsi fikirləri səhvdir.
9. Şamda deyil, İstanbulda zühur edəcək. Avtomobil, gəmi, təyyarə kimi bu əsrə aid vasitələri istifadə edəcək.