Balkanlar yüz illər boyunca Osmanlı himayəsində hüzur içində yaşadılar. Xüsusilə, boşnaklar İslamın Avropadakı bayraqdarı idilər. Bosniyada bölgə torpaqları Osmanlıya qatıldıqdan sonra dövrümüzə qədər azan səsi heç susmadı.
Boşnaklar İslam dünyasının Avropadakı ən uc nöqtəsi olaraq Avropaya müsəlmanlığı tanıtdılar. Eyni zamanda da Avropadan gələ biləcək təhlükələrə qarşı illərlə bir sədd çəkdilər. Osmanlı və İslam dünyasını həm qorudular, həm də Balkan xalqlarının müsəlmanlığı sevməsində və mənimsəməsində mühüm rol oynadılar.
Avropada 19-cu əsrin sonlarında Almaniya və İtaliya, hərbi qüvvələrini qurana qədər ən böyük problem “Şərq problemi” olaraq adlandırılan Balkanlardı.
Başda Avstriya-Macarıstan və Rusiya olmaqla bir çox Avropa dövlətinin hədəfi bu bölgəni Osmanlıdan qoparmaqdı. Buna görə bölgə gizli-gizli Avropa dövlətlərinin güc savaşına şahidlik edirdi.
Boşnaklar və Balkanlarda yaşayan qardaşlarımız üçün keşməkeşli illərin başlanğıcı isə 19-cu əsrin sonlarında Avropanın qərbində inkişaf edən fransız qiyamı idi. Fransız qiyamı Balkanlarda təsirini millətçilik hərəkatları və buna bağlı olan müstəqillik tələbləri ilə göstərdi.
Avropa dövlətləri Balkanlardakı etnik quruluşu və millətçilik qayəsini zəifləmiş Osmanlı qarşısında çox yaxşı istifadə etdilər. Müxtəlif bəhanələrlə bölgə xalqlarını qızışdıraraq, onları Osmanlı ilə müharibəyə sövq etdilər. Çox təəssüf ki, Osmanlı 1-ci və 2-ci Balkan müharibələrindən sonra bağlanan London və Buxarest sazişləri ilə Ədirnədən başqa Balkanlardakı bütün torpaqlarını itirdi.
Avropada müstəmləkəçilik mövzusunda mübarizə yaranmışkən, Avstriya-Macarıstan Bosniyanı ilhaq qərarı verərək 1908-ci ildə Bosniya-Herseqovinanı ilhaq etdi. Bu ilhaq prosesi tarixdə “!908-ci il Bosniya böhranı” olaraq keçir.
Serbiya, Avstriya-Macarıstanın növbəti həmləsinin öz torpaqları olacağını düşündüyü üçün bu həmləyə reaksiya verdi. Serbiyanın ən böyük müttəfiqi olan Rusiya həmin vaxt öz daxili problemləri ilə maraqlandığı üçün Serbiyaya sözlü dəstəkdən başqa bir kömək edə bilmədi. Serbiya da Bosniyanın ilhaqına qarşı addım ata bilmədi.
Rusiya üçün ən mühüm ünsür İstanbul və Çanaqqala boğazları idi. Hətta bu mövzuda Avstriya-Macarıstan ilə sözlü bir müqavilə belə bağlamışdılar. Bu müqaviləyə görə Rusiyanın boğazları istifadə etməsi müqabilində, Rusiya Bosniyanın ilhaqına reaksiya verə bilməyəcəkdi. Rusiya Avstriya-Macarıstanın Bosniyaya etdiyi həmləyə qarşı Fransa və İngiltərədən cavab gözlədi. Lakin bu ölkələrdən hər hansı bir cavab gəlmədi.
Osmanlının isə Avstriya-Macarıstan ilə vuruşacaq gücü olmadığı üçün 2.500.000 qızıl qarşılığında bölgəni Avstriya-Macarıstana vermək məcburiyyətində qaldı. Osmanlı 400 il boyu hökm sürdüyü torpaqlardan istəməsə də çəkilmək məcburiyyətində qaldı.
20-ci əsrin əvvəllərində isə Avropada siyasi vəziyyət qarışdı. Almaniya və İtaliya milli birliklərini digər Avropa ölkələrinə nəzərən gec qurmuş və Fransa, İngiltərə, Hollandiya, İspaniya və Rusiya kimi ölkələrə nəzərən müstəmləkələşdirmə yarışında çox geridə qalmışdılar. Müstəmləkə mübarizəsində bu iki ölkənin silahlı mübarizə yolunu seçməsi ilə də Avropa üçün qorxunc bir müharibənin yaşanması labüd oldu.
Avropada yaşanan Birinci və İkinci Dünya Müharibələrində və daha əvvəl də yaşanan Balkan müharibələrində ən böyük itkiləri Balkan xalqları verdi.
Avropanın “müstəqillik” vədləri ilə Osmanlıya qarşı çıxan Balkan xalqları İkinci Dünya Müharibəsindən sonra bu səfər kommunist Yuqoslaviyanın hakimiyyəti altına girdilər və illərlə assimilyasiyaya məruz qaldılar.
20-ci əsrin əvvəllərində Balkanlarda yaşanan güc savaşları ilə günümüzdə yaşananlar arasında elə çox fərq yoxdur. Güclər, ünsürlər, səbəblər eynidir. Əzilən və itirən isə yenə məsum xalqdır.
20-ci əsrin əvvəllərində Avstriya-Macarıstan Bosniyanı ələ keçirməyi hədəf etmiş və bu yöndə fəaliyyət göstərirdi. Hazırda Avropa İttifaqı isə bütün Balkanları istəyir. Xüsusilə, Balkanlardakı gənc nüfuz yaşlı Avropa üçün cazibədardır.
Balkan xalqları illərlə təzyiqçi Yuqoslaviya rəhbərliyi altında assimilyasiyaya məruz qaldılar. Mənliklərini və varlıqlarını itirməmək üçün böyük mübarizə apardılar. İndi isə öz mədəniyyətlərini itirməmək üçün Avropa Birliyi ilə mübarizə aparmaq məcburiyyətindədirlər.
Qərb ölkələri nə qədər bu bölgədəki ölkələrə mühüm maliyyə dəstəkləri etsələr də, yaratmağa çalışdığı “kosovalı, boşnak, albaniyalı, makedoniyalı, serbiyalı yox, avropalı var” strategiyası ilə bölgə gəncliyini korlayaraq təsiri altına almağa çalışır və bu vəziyyət bölgədə təsirli də olur.
Bosniyadakı milli kitabxana yanğınına qarşı laqeyd olan gənc nüfuz buna ən mühüm örnəkdir. Halbuki yanan kitabxanadakı arxivləri qorumaq üçün 1991-1995-ci ildə müharibədə yüzlərlə boşnak şəhid olmuşdu.
Qərblilərin bu gizli assimilyasiya strategiyasına qarşı isə yalnız Bosniyada deyil, bütün Balkanlarda təcili olaraq milli və mənəvi dəyərləri ön plana çıxaran çalışmalar həyata keçirilməlidir. Bu, məsuliyyətli və çətin işdir. Bunun üçün xalqlar birləşərək hərəkət etməlidirlər.
Qərb qüvvələri bu cəmiyyətləri 20-ci əsrin əvvəllərində müxtəlif intriqalarla necə Osmanlıdan qopardılarsa, indi də eyni şəkildə keçmiş ilə əlaqələrindən qopara bilirlər.
Boşnak qardaşlarımız bu gizli assimilyasiya və degenerasiya təhlükəsinə qarşı birləşməlidirlər. Ölkələrində sülhü və əmin-amanlığı təmin edərkən də İslam Birliyi içində yer alacaq Balkan Birliyinin yaranması üçün cəhd etməlidirlər.
Balkanlar Osmanlı zəmanəti ilə yüz illərlə yaşadığı hüzur mühitini geri istəyir. Balkanlarda bu hüzur mühiti inşaAllah İslam Birliyinin qurulması ilə yenidən təsis ediləcək.
Adnan Oktarın MBC Times'da nəşr olunan məqaləsi:
http://www.mbctimes.com/english/the-eastern-question-still-persists-in-europe