İnsanların bir çoxunun din haqqındakı bilgiləri uşaqlıqlarından etibarən ətraf mühitlərindən aldıqları təlqinlərlə yoğrulub. Dini əsl mənbəyindən, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılırlar. Bu inancların ən təhlükəlilərindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyu, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə yaratmaq üçün müxtəlif üsulları sınayan şəxslər dinə bir çox çətinlik və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbərimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və "... Allah, sizə asanlıq diləyər, çətinlik diləməz..." (Bəqərə surəsi-185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə təslim olan bir insan eyni zamanda yaradılışına ən uyğun olan gözəl həyatı yaşayan insandır.
Bu həqiqəti bilməyən bəzi insanlar isə din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını, məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudiyyətlər gətirəcəyini zənn edirlər. Halbuki bütün bunlar sadəcə yanılmadır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək çox asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu çox pis nəticələrlə bitir.
Əvvəla, din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edir və heç bir mövzuda sərhəd tanımır. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərmir, sevgi, hörmət bilmir, maddi və mənəvi dəstək vermirlər. Buna görə də belə bir həyat heç vaxt heç bir insana xoşbəxtlik gətirmir. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın dinclik tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gəlir.
Məsələn, indi tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotik istifadəsinin və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alına bilməyən bir vəziyyətə gəlməsi insanların bütünlüklə dindən, mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşması ilə əlaqəlidir. Belə mühitlərdə insanlar özlərinə görə azad və istədikləri kimi davrandıqlarını zənn edirlər. Halbuki, bu yanaşmalarının gətirdiyi maddi və mənəvi itki, azadlıq zənn etdikləri hisslərdən daha böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə çox daha sürətlə yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa, o qədər bədbəxt və çətin həat tərzi keçirər. Bir insanın adi həyat yaşaması isə onun asan və xoşbəxt bir həyatı olduğu demək deyil. Bəlkə də, yuxarıda bəhs etdiyimiz insanlara nisbətən bir az daha rahat bir həyat yaşayar. Amma gerçək xoşbəxtliyi və dincliyi əsla tapa bilməz. Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşar.
Allahdan qorxan və din əxlaqının gərəklərini əksiksiz olaraq yerinə yetirən insanlar isə həm dünyada, həm də axirətdə böyük bir qazanc içindədirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdanı rahatlığını yaşayırlar. Onlar üçün daima bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Vicdanının əksini edənlər, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə dünyada da, axirətdə də çətinliklərlə qarşılaşacaqlar. Allah bir ayəsində belə bildirir:
Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda yuxarıda danışdığımız kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dinin əslini qavraya bilməyən bəzi şəxslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar azadlıq adı altında sərhədləri tanımırlarsa, bəzi şəxslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmək, çətinləşdirmək cürətini göstərirlər. Bu, əslində şeytanın insanlara qurduğu tələdir. Bu insanlar Allahın haram etmədiyini haram kimi göstərib, daha çox qadağa meydana gətirməyi bir üstünlük zənn edirlər. Hətta öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etmir və bir də bunun vicdani çöküntüsünü yaşayırlar. Allah bir ayəsində hz. İsadan sonra isəviləri azdıran xristianları bu mövzuya nümunə olaraq verir:
Bu səbəbdən Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:
İnsanın əməl etməsi lazım olan tək şey Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də qaçınmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar axirətdə bunun məsuliyyətini öz üzərlərinə götürmüş olaraq hesab verəcəklər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbərimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (səv) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:
"Din asandır. Kimsə dinə qarşı sərt ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır. Möhkəm tutmaq istəyərkən aciz qalar.) Hərəkətlərinizi düzəldin, (hüduda) yaxın olun. " (Ramuz Əl-Hadis, 1. Dəri, s. 98)
İnsanlar dini Peyğəmbərimizin yuxarıdakı hədisi ilə bildirdiyi şəkildə qiymətləndirməlidirlər. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük yanlışdır. Necə ki, Allah Quranda bildirdiyi hökmləri hər şərtdə və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. Sonrakı hissələrdə Allahın hökmlərində halal və haramdan, insanlara verilən asanlıqlardan bəzilərinə yer veriləcək.
Qidalarla bağlı asanlıqlar
Allah ruzi olaraq insanlara çoxlu nemətlər vermişdir. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içkilər … Hər biri insanların xidmətinə təqdim edilmişdir və Allah “Səndən hansı şeylərin halal edildiyini soruşarlar. De: "Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə surəsi-4) ayəsi ilə insanlara bütün təmiz yeməklərin halal edildiyini bildirmişdir.
Allahın insanlara haram etdiyi yeməklər isə ölü əti, qan, donuz əti kimi onsuz da insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayəsində belə buyurur:
Ayədə haram olan yeməklər üçün keçən "murdar" ifadəsinin çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.
Məsələn, donuz əti çox yağlıdır, yeyildiyi halda bu yağ qana keçər. Qandakı çoxlu miqdarda olan yağlar damarların sərtləşməsinə, təzyiq yüksəlməsinə və ürək infarktına səbəb olar. Donuz yağında "sutoksin" deyilən zəhərli maddənin kənara atılması üçün linfa bezləri daha çox çalışmalıdır. Bu vəziyyət xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü göstərir. Bunlardan əlavə, donuz əti bol miqdarda kükürd ehtiva edir. Orqanizmə daxil olan çoxlu sayda kükürd qığırdaq, əzələ və sinirlərə oturaraq oynaqlarda iltihablanma, kirəncləşmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə gətirib çıxarar. Bununla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz vasitəsilə keçər və insanlarda öldürücü bir vəziyyət meydana gətirər) ciddi xəstəliklərə də səbəb olur. (Burada donuz ətinin yalnız bilinən ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)
Göründüyü kimi, insana zərər verəcək yeməklərin haram edilməsi insanlara təqdim edilmiş bir asanlıqdır.
Ancaq burada bir məqama diqqət çəkməkdə fayda vardır. Əlbəttə, bir şeyin haram və ya halal olması Rəbbimizin əmridir və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə, insanlara göstərər, diləməzsə göstərməz. Amma Allah insanlara bir asanlıq olması, ürəklərinin rahatlıq tapması üçün yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi, bu hikmətləri insanlara bir çox vəsilə ilə göstərir.
Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranması lazım olduğunu da açıqlamışdır. Beləcə insanların gözlənilməz vəziyyətlərdə tərəddüd etmələrinin qarşısı alınmışdır. Bu mövzudakı bəzi ayələr belədir:
Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayədir. Çünki insan zəif yaradılmışdır. İnsan səhv edə bilər, unuda bilər, fikrə gedə bilər, iradəsiz davrana bilər. Allah insanı ancaq səmimi olaraq tövbə edəndə bağışlayıb əsirgəyər.
5 vaxt namaz qılmaq müsəlmanın bütün həyatı boyunca, Allahın təyin etdiyi vaxtlarda axsatmadan edəcəyi vacib olan ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar namaz qılmağı da ümumiyyətlə, yaşlılıq dövrlərinə saxlayırlar. Halbuki namaz bütün digər ibadətlər kimi olduqca asan yerinə yetirilə biləcək bir ibadətdir.
Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi vacib etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə məsuldur. Bunun qarşılığında isə Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara vacib etdiyi ibadətlərdə asanlıq yaratması isə Allahın mərhəmətinin və şəfqətinin bir göstəricisidir. Allahın əmrlərinə itaət etməyənlərin isə axirətdə, güclərinin çatmadığına və ya çətin gəldiyi üçün edə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaqla) məsələn, dəstəmaz almaq çox asandır. Hətta bir insanın dəstəmaz alması üçün su tapa bilmədiyi halda, Allah "təyəmmüm etmə"yi yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayəsində belə bildirir:
Allahın ayəsində də bildirdiyi kimi, Allah insanlara çətinlik çıxarmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar vermişdir. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman gətirənlər üçün çox asandır. Allah sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara itaət edənləri isə razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.
Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah möminlərin gerçək dostu və tək vəkilidir.
Allah müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələri ilə istisna vəziyyətləri, yəni xəstəlik, səfər halı vəziyyətlərini də açıqlayaraq insanlar üçün çətinlik deyil, asanlıq dilədiyini bir daha bildirmişdir:
Allahın hökmləri ilə bağlı ayələrində insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığını düşünərək başa düşülməsi lazım olduğunu da göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən çəkinənlər yanılırlar və dini yanlış başa düşürlər.
Bir ayədə Allahın insanlara çətinlik çıxarmadığı və bunun Onun şəfqətinin və mərhəmətinin bir göstəricisi olduğu belə ifadə edilir:
Allah, şikəstliyi olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətinin və sonsuz şəfqətinin dəlilini insanlara göstərir. Allah bunu bir ayəsində belə bildirir:
And içmək insanlar arasında vərdişə çevrilən davranışdır. Xüsusilə, birinə söz verərkən insan vərdişlə and içə bilər. Andlara sədaqət, verilən sözün üstündə dayanmaq isə Allahın Quranda əmr etdiyi bir mömin xüsusiyyətidir. Ancaq insan unutqan bir varlıqdır, bəzi vəziyyətlərdə dalğınlıqla edəcəyi işi və ya verdiyi sözü unuda bilər. Bu, çox təbii, insani zəifliklərdən meydana gələn bir səhvdir. Bu vəziyyətdə Allah ixtiyari, ağız vərdişi ilə diqqət vermədən edilən andlardan insanları məsul tutmayaraq, möminlərin üzərindən bu məsuliyyəti götürmüşdür. Edilən andlara sədaqət axirətdə soruşulacaq, ancaq Allahın Quranda istisna etdikləri, ixtiyari və məqsədsiz olaraq deyilən andlardır. Allah bunu bir ayəsində belə bildirir:
Allahın and mövzusunda etdiyi başqa bir asanlıq da vardır. Bir məqsəd üzərində, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə verməklə həll edilməsidir:
Ayələrdən aydın olduğu kimi, Allah hər iki vəziyyətdə də, insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərir. Gözəl və doğru olan, əlbəttə, andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir vəziyyətə düşə bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq vəziyyətləri bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Ayrıca andı pozma mövzusunda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam kəffarə ödəmək vəziyyətində olacağı üçün andını həqiqətən pozsunmu, yoxsa sözünü yerinə yetirə bilərmi deyə bir daha düşünəcək və bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcək.
Allah dinini çox asan etmişdir. İslam dini hər zaman üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağı, Rəbbimizin nemətləri qarşısında şüküredici bir qul olmağı niyyət edəndə, din əxlaqının həyatı mövzusunda heç bir çətinliklə qarşılaşmayacaq.
2013-10-01 23:47:58