«Bu insanların bir çoxunun şəxsiyyəti müəyyən edilə bilmir və ya bunu istəmirlər. Onlar iqtisadi problemlərlə yanaşı terroristlərin və ya cinayətkarların sızması baxımından da bütün Avropa üçün potensial təhlükə təşkil edirlər».
Yuxarıdakı sözlər İtaliya səfiri Alessandro de Pedysə məxsusdur və səfirin «bu insanlar» olaraq deyə səciyyələndirdikləri də məruz qaldıqları təhlükələrdən xilas olmaq üçün Avropaya sığınan qanunsuz miqrantlardır. «Təhlükə» təşkil etdikləri iddia edilən miqrantların arasında isə uşaqlar, qadınlar və yaşlıalar da var.
Pedysin bu sözlərinə bir çox insan təəccüb etmir, hətta əksinə bu fikri dəstəkləyirlər…
Təəssüf ki, Avropadakı bir çox hökümət qanunsuz miqrantları yardıma möhtac insanlar olaraq deyil, «can sıxıcı» məsələ olaraq görür. Məsələn, İtaliya bu yaxınlarda dənizdə qalmış qanunsuz miqrantlar üçün xilas etmə tədbirlərini dayandırma qərarı aldı. Halbuki İtaliya keçən ilin oktyabr ayında 400-dən çox miqrantın dənizdə həyatını itirdikdən sonra “Mare Nostrum” adlı xilas etmə proqramı başlatmışdı. Ancaq ayda 10 milyon avroya başa gələn Mare Nostrumu Avropa İttifaqının Triton missiyası ilə dəyişdirdi ki, bunun da Mare Nostrum qədər təsirli olacağı düşünülmür.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Cənubi Avropa sədri Laurens Jolles bu missiyanın yetərsizliyini: “… əsas səlahiyyəti insan həyatını xilas etmək deyil və bu səbəbdən təcili ehtiyaca cavab ola bilməz” şəklində bildirir. Belə ki, bu dəyişiklik fəlakətə səbəb oldu və bir neçə həftə bundan əvvəl üstü açıq qayıqlarla Liviyadan yola çıxan, ən kiçiyi 12 yaşında olan 300 nəfər dənizdə batdı.
Bir çox insan hökumətin rəsmi olaraq bu insanları o şəkildə ölümə tərk etməsi qarşısında şok oldu. Xüsusilə, qaçaq yolla Afrikadan Avropaya gedərkən Aralıq dənizini keçməyə çalışan üç mindən çox miqrantın öldüyü 2014-cü ildən sonra. Ancaq qısa müddət öncə ingilis hökuməti də bu cür xilas etmə əməliyyatlarının daha çox miqrantı təşviq etdiyini iddia edərək artıq qanunsuz miqrantları axtarma-xilas etmə əməliyyatlarında iştirak etməyəcəyini açıqladı. Bu mənfi münasibət Almaniyadakı miqrant düşərgəsində əlcəzairli miqrantların məruz qaldıqları pis rəftarı gəstərən şəkillər və videolar ortaya çıxdıqda daha da açıq hala gəldi. Bu şəkillərdə bir məmur əlcəzairli miqrantın başını ayağı ilə əzərkən, digər məmur qollarını əzir və miqrant üzü üstə yerə yatırılırdı. Bunlar individual hadisələrdir? Təbii ki, deyil.
“Ölümə tərk edilən qayıq” hadisəsində NATO Liviyadan gələn, dənizdə qalmış miqrantlarla dolu qayığa 15 gün boyunca yardım etməyi rədd etdi və nəticədə aralarında bir körpənin də olduğu 63 nəfər susuzluqdan və aclıqdan öldü.
Avropada bir sıra səlahiyyətli şəxslər və bəzi hökumətlər məcburi köçkünlər üçün edilən yardımları məhdudlaşdırmağı qəbul etsələr də, digər məsələlərlə bağlı xərclərdəki qeyri- tarazlıq ortaya çıxır. Məsələn, yerli İngilis Şurası bir sehrbazlıq nümayişi üçün 19 min funt sterlinq, Sənət Şurası da sarı işıqlarla bəzədilmiş zibil qutuları üçün 95 min funt sterlinq ayırır. Nazirlər və rəsmi şəxslər 3 milyon funt sterlinqlik peçenye yeyərkən, Avropa Komissiyası sədri Barroso xüsusi raketlər üçün 249 min avro xərcləyir. Avropa İttifaqı fondları vasitəsilə Amsterdamdakı 75 min avroluq böyük gecə də daxil olmaqla, cəmi 300 min kokteyl gecələrinə xərclənir. Əlbəttə ki, sənət əsərləri və gözəl şeylər almaq yanlış deyil. Ancaq bu tip fəaliyyətlər üçün kifayət qədər vəsait mövcuddursa, qanunsuz miqrantların həyat şəraitini yaxşılaşdırmaq üçün də fondlar yaradıla bilər.
Halbuki bu insanlara insanlıqdan kənar münasibət göstərilir. Nə qədər dəyər vermək lazım olduğunu müəyyən edən amil isə, adətən, doğulduqları ölkə olur. Halbuki insanlar bərabər yaradılır. Üç ilahi din də irqçiliyi, ayrıseçkiliyi qadağan edir və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bu əsas prinsip açıq şəkildə vurğulanır. Buna baxmayaraq, daha yoxsul ölkələrdə doğulanlar Avropadakı insanlarla eyni həyata sahib olmağı istədikdə kobud şəkildə geri qaytarılırlar.
Qanunsuz miqrantları yük olaraq görənlər, hətta bəzən sadəcə «narahat edən statistika» kimi düşünənlər bu insanların hər birinin ruhu, ümidləri və xəyalları olan fərdlər olduğunu heç düşünürlər? Demək olar ki, hər birinin himayəsində ailəsi var. Daimi müharibələr, münaqişələr, qarışıqlıqlarla sabitliyi pozulan ölkələrindən həyatlarını xilas etmək üçün qaçanlar var..
Sadəcə bir anlıq özünüzü bu insanların yerinə qoyun. Sizi və ailənizi təqib edən silahlı insanlardan qaçarkən sığınacaq verilməsinə icazə verilməsini istərdinizmi? Ailəniz üçün pul qazanmağa çalışarkən təhqirə və pis rəftara məruz qalmaq istərdinizmi? Avropa hökumətləri «bir mesaj vermək istədikləri» üçün dənizdə ölümə tərk edilmək istərdinizmi? Daha yoxsul bir ölkədə doğulduğunuz üçün təhqirə və pis rəftara məruz qalsanız və şərəfli yaşamaqdan məhrum olsanız, necə hiss edərsiniz?
Unutmayaq! Hər bir hərəkət və davranışlarımızdan məsuluq. Başqalarının insan həyatına lazımi hörməti götərməməsi bizim də eyni şəkildə davranmağımız mənasını vermir. Hər insan dəyərlidir və yüksək hörmətə layiqdir. Bunu etməsək, baş verəcək faciəvi hadisələrdən biz məsul olmuş olarıq. Bu əsəs prinsipi xatırladığımız və tətbiq etməyə başladığımız zaman dünya daha gözəl yer halına gəlməyə başlayacaq.
Adnan Oktarın «Morocco World News»də nəşr olunan məqaləsi: