"Science" jurnalının 15 avqust 2006-cı il tarixli sayında verilən xəbərə görə Kaliforniya Universitetindən Aaron Rundusun aşkar etdiyi bir həqiqət kainatdakı bənzərsiz yaradılış nümunələrindən birini üzə çıxardı. Heyvanların davranışlarını araşdıran elm adamı yer sincablarının zınqırovlu ilanların göz çuxurlarının altındakı infraqırmızı temperatur senzorlarını yanıltmaq üçün maraqlı bir strategiya tətbiq etdiklərini aşkar etdi. Laboratoriya təcrübələrində ana sincablarla zınqırovlu ilanlar qarşı-qarşıya gəldikdə sincablar ilanlara tərəf quyruqlarını yelləyirdilər və bunu edərkən də quyruqları isinirdi. İnfraqırmızı senzorları olmayan kisəli ilanlarla qarşı-qarşıya gəldiklərində isə quyruqları isinmirdi.1 Aaron Rundus sincabların quyruqlarındakı bu isinməni qan damarlarını genişləndirərək etdiklərini kəşf etdi. İsinən quyruğun ilanı zərərsizləşdirdiyindən əmin olmaq üçün isə bir robot-sincab düzəltdi. Bunun üçün həqiqi sincab kürkü və uzaqdan idarə ilə isinən quyruqdan istifadə etdi. Zınqırovlu ilanlar robot-quyruğun həqiqi olduğuna inanmışdılar. Rundus bəzi sınaqlarda quyruğu otaq temperaturunda saxladı, bəzilərində isə temperaturu sincabın quyruğunun isindikdə çatdığı 28 dərəcəyə qədər qaldırdı. Nəticə müsbət idi. İlanlar temperatur artdıqda robot-sincabdan uzaq durmağa çalışırdılar.2 Bu kəşfdən sonra Çikaqo Universitetində sincabların davranışları üzərində işləyən davranış ekologiyası mütəxəssisi Jill Mateo "Bu iş təbiət haqqında nə qədər az şey bildiyimizi göstərdi"3 demişdi. Şübhəsiz, Aaron Rundusun bu kəşfi yer sincablarının özlərini və balalarını zınqırovlu ilanlardan qorumaq üçün son dərəcə ağılla düşünülmüş üsuldan istifadə etdiklərini göstərməklə bərabər, bir çox sualı da meydana gətirir: Yer sincabı quyruğunu isidib senzorları yanıldacaq sistemi necə əldə etmişdir? Heyvan bunun təsirli müdafiə üsulu olduğunu haradan bilir? Digər tərəfdən, bu sistemi hansı heyvana qarşı istifadə edəcəyini necə təsbit edə bilir, infraqırmızı senzoru olan heyvanı olmayandan necə ayırd edir? Cavab isə çox açıqdır: Şübhəsiz ki, yer sincabı düşmənini necə zərərsizləşdirməyi özü bilmir. O, düşməninə qarşı özünü müdafiə etmə taktikaları işlədə bilməz. Bununla bərabər, bu müdafiə metodunu istifadə etmək üçün uyğun olan quruluşu da özü bədənində var edə bilməz. Kainatdakı hər şeyi mükəmməl qüsursuzluq içində yaradan Rəbbimiz olan Allahın yaradılışdakı sənətinin möcüzəvi xüsusiyyətlərindın biri yer sincabı ilə birlikdə var olmuş, yəni onunla birlikdə yaradılmışdır. Bir Quran ayəsində bildirildiyi kimi:
"… Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir." (Maidə surəsi, 17)
QAYNAQLAR:
1. ScienceNOW Daily News, Betsy Mason, A Tail of Self Defense, 15 Avqust 2006.
2. ScienceNOW Daily News, Betsy Mason, A Tail of Self Defense, 15 Avqust 2006.
3 ScienceNOW Daily News, Betsy Mason, A Tail of Self Defense, 15 Avqust 2006.