Darvinistlər son vaxtlarda təkamül nəzəriyyəsinin müxtəlif təxribatlarla bəsitləşdirildiyini, “meymun idik insan olduq bəsitliyində bir axmaqlıq” olaraq tanıdıldığından bəhs etməkdədir. Əvvəlcə bu şəxslərə bu məlumatı verməkdə fayda vardır. Darvinin təkamül nəzəriyyəsi, Darvin dövrünün köhnə və son dərəcə cahilcə elm anlayışı içində meydana çıxmış, heç bir elmi dəlilə əsaslanmayan, keçmişlərin Şummer və Misir bütpərəst dinlərini möhkəmləndirmək məqsədi ilə ortaya atılmış saxta bir nəzəriyyədir. Sonra elm irəlilədikcə, xüsusilə genetika, mikrobiologiya sahəsində hüceyrənin kompleksliyi ortaya çıxdıqca və paleontologiyada yeni fosillər tapıldıqca və bu fosillərin heç birinin ara fosil olmadığı aydın olunca, təkamül nəzəriyyəsi şiddətli bir zərbə almış və məğlubiyyətlə üzləşmişdir.
BÜTÜN BUNLARA BAXMAYARAQ, dünyanı hakimiyyəti altına almış olan DARVİNİST DİKTATORLUĞUN təzyiqi, təsiri və təlqini nəticəsində bu saxta nəzəriyyə, ölkə qanunları ilə qorunmağa başlamış, məktəb dərs kitablarına girmiş, heç bir şəkildə heç bir yerdə doğruluğu “müzakirə edilə bilməz” mövqeyə gətirilmişdir. Universitet müəllimləri təkamülə qarşı çıxmamaları üçün təhdid edilmiş, nəzəriyyəni müdafiə etməyənlər məktəblərdən atılmış, işlərindən olmuş, şagirdlər təkamülü sorğuladıqları üçün sinifdə qalmışdır. İnsan kimi kompleks və fövqəladə bir varlığın mövcudluğuna son dərəcə bəsit açıqlama gətirən, yer üzündəki böyük canlı müxtəlifliyini yalnız “təsadüf”lə izah edən bu fövqəladə dərəcədə məntiqsiz nəzəriyyə, bu şiddətli təlqinlə bir anda bütün dünyanı hegemoniyası altına almışdır.
Bu vəziyyətdə darvinistlərin heyifləndikləri mövzunun əslində tam əksi reallaşmışdır. Uşaqların belə qəhqəhələrlə güləcəyi bəsitlikdəki bu nəzəriyyə, sanki həqiqətən bir elmmiş kimi bütün dünyaya hakim edilmişdir. Dünyaca məşhur professorlar bu axmaq nəzəriyyəni müdafiə edəcək vəziyyətə gəlmiş, dünyanın ən məşhur nəşrləri darvinizmin - açıq-aşkar saxtakarlıq olduğu aydın olan - dəlillərini günlərlə nəşr etmişlər. Dövlət rəhbərləri Yaradılış gerçəyindən bəhs edə bilməz hala gətirilmişlər. Kütlələr bir əsr yarım ərzində bu yalan ilə aldadılarkən, Papa öz evində təkamül konfransları verməyə məcbur edilmiş, kilsələr ağlasığmaz bir təzyiq sonrasında Darvindən üzr istəmək məcburiyyətində buraxılmışlar.
Son dərəcə axmaq, bəsit və adi bir yalan darvinist diktatorluğun təzyiqi ilə bu şəkildə saxta bir elm tabusuna çevrilmişdir. Bir yalan, illərlə insanlara təlqin edilmişdir. İnsanlar bir əsr yarım ərzində bu yalana inanmaq məcburiyyətində qalmışlar. Çünki darvinizm, əksəriyyətini masonların meydana gətirdiyi bir birliyin təsiri ilə dünyaya hakim edilməyə çalışılan azğın bir dindir. Elmiliklə əlaqəsi yoxdur.
Bu səbəbdən darvinistlərin “bəsitləşdirilmə” iddiasına qatılmaq mümkün deyil. Ortada, tam tərsinə, bir saxtakarlığın elm kimi göstərilməsi və kütlə yalanına çevrilməsi vəziyyəti vardır.