Avropada irqçilik anlayışı bir az qəribədir. İrqçilik rəsmi olaraq qadağandır, heç bir şəkildə təsdiqlənə bilməz və belə halla qarşılaşanda çox vaxt cəzalandırılır. Qeyri-rəsmi olaraq isə Avropa cəmiyyətlərində mövcud olan bir təhdiddir. Bəziləri hadisələri laqeydliklə izləyərkən, bəziləri də gizlətməyə belə ehtiyac duymadan irqçiliyi dəstəkləyirlər.
İrqçilik yeni problem hesab olunmur. 13 və 14-cü əsrlərdə yəhudiləri şeytan və ya cadugarlıqla əlaqələndirmək Avropada irqçiliyin gözə çarpan ilk nümunəsi ola bilər. Müstəmləkəçilik afrikalıların zalımca hədəf alınmasına, qətl edilməsinə və kölə olaraq istifadə edilməsinə səbəb oldu. Bu insanların torpaqları istismar edildi və cəmiyyətləri dağıdıldı. Daha sonra 1870-ci ildə irqçilərin və müstəmləkəçilərin köməyinə sosial darvinizm çatdı və onlara qorxunc cinayətləri üçün ehtiyac duyduqları saxta elmi səbəb verdi. Bu axmaqlığın sərhədi 20-ci əsrdə daha da yüksəldi və Hitlerin yəhudi qətliamı ilə zirvəyə çatdı.
Nəhayət, 1945-ci ildə BMT-nin Konvensiyasının 1-ci maddəsi irqçiliyi lənətlədi və 2001-ci ildə Avropa Birliyi irqçiliyi digər bir çox ictimai ayrı-seçkilik formatı ilə birlikdə açıq şəkildə qadağan etdi.
Bu gün irqçilik Avropada açıq şəkildə qınanır. Bəs, həqiqətən də, elədir? Bir müddət əvvəl baş verən hadisələr qorxunc görüntü yaratdı və problemin aradan qalxmadığını, sadəcə səssizcə içdən-içə davam etməsi üçün yerin altına endiyini göstərdi. Avropa hökumətləri bunu zəbt etmək üçün ciddi heç bir tədbir almadı. Nə insanların beyninə hər kəsin bərabər olduğunu yeridəcək ibtidai məktəbdən başlayan geniş miqyaslı təhsil kampaniyaları keçirdilər, nə də ən kiçik irqçi sözü, ya da hərəkatı qadağan edən qanunların olub olmadığına baxdılar.
Vəziyyət daha da gərginləşdi. Ən son Avropa Parlament seçkilərində irqçi və qaçqın əleyhdarı ifadələri ilə tanınan müxtəlif sağçı partiyalar böyük fərq ilə qalib gəldilər. Bəzi Avropa ölkələrində irqçiliyin daha da zəifləyən səviyyələrinin qısa təsviri:
- Yunanıstan: Köçkünlərə qarşı nifrət cinayətləri qorxuducu şəkildə artırır. İran əsilli Ashkan Najafi Afinanın cənubunda liman şəhəri olan Piraeusda faciəvi şəkildə döyüldü və 12 dəfə bıçaqlandı. Ən az 60 tikiş atıldı. Sığınacaq axtaranlar içərisində olan əfqanıstanlı Ali Rahimi 2011-ci il sentyabr ayında sinəsindən 5 dəfə bıçaqlandı. İnsan Haqqları Təşkilatı (HRW) danışıq apardıqları insanlar içərisində iki hamilə qadının da olduğu onlarla insanın təpikləndiklərini, avtobuslardan sürüklənərək çıxarıldıqlarını və Afina küçələrində təqib edildiklərini qeyd edir. Polislər bir çox qurbanı şikayət etməmələri üçün aktiv şəkildə fikrindən daşındırırlar. Bu günə qədər hələ heç kim nifrət cinayəti qanunlarına görə məhkum edilməmişdir. (1) Mənfəət güdməyən qrup olan Human Rights First-ün yeni hesabatına görə yeni seçilmiş Yunan parlamenti və baş nazir Antonis Samarasın hökumətinin irqi ayrıseçkiliyinə normal münasibət göstərdiyi anlaşılır. (2)
- İsveç: İrqçi biologiya üçün bir araşdırma mərkəzi quran dünyadakı ilk ölkədir. İsveç Mədəniyyət naziri Lena Adelson Lilheroz (Lena Adelsohn Liljeroth) bir mərasim əsnasında tipik bir afrikalı qadını xatırladan bir tort kəsmişdir. Hesabata görə müsahibə verənlərin təxminən 40% -i müsəlmanlara edilən hücuma şahid olduqlarını söyləmişdilər. İsveçrədəki Avropa İrqçilik Əleyhdarı Network bu gün İsveçdə etnik isveçlilərin ən yüksəkdə, Aavropalı qaçqınların ən altda təsvir olduğu açıq etnik iyerarxiyanın mövcudluğunu iddia edir.
- Fransa: Ölkənin qanun kitablarından "irq" sözünü çıxarmaq üçün verilən qanun təklifinin qəbul edildiyi bu ölkədə Marine Le Pen bir müddət əvvəl müsəlmanları nasistlərə bənzətmiş və prezident seçkilərində üçüncü olmuşdu. 10.000 roman Fransadan deportasiya edilmiş və bir zənci Kabinet nazirinə meymun deyilmişdi. Yəhudilər və müsəlmanlar getdikcə artan nifrət cinayətlərinin hədəfi olmuş və müsəlman qadınların çarşab geyinməsi qadağan edilmişdi. Keçən həftə dünya Parisdə Charlie Hebdo binasında və Koşer qida marketində çox sayda ölümə səbəb olan iki terrorist hücuma şahid olmuş və lənətləmişdir. Bu hücumlar şiddət hərəkatlarını İslam adından etdiklərini iddia edən radikallar tərəfindən reallaşdırılmışdır.
- İngiltərə: Əsilzadə və nəzakətli xalqı ilə məşhur olan bu ölkədə etnik gərginlik səbəbi ilə ortaya çıxan üsyanlara 1919-cu ildən bəri olduqca çox rast gəlinir. Xüsusilə, müsəlmanları və asiyalıları hədəf alan nifrət cinayətləri sürətlə artır. 2004-ci ildə İngiltərə Cinayət Anketi zənci və ya azlıq təşkil edən etnik cəmiyyətlərdən gələn 87.000 insanın irqçiliklə əlaqəli cinayətlərin qurbanı olduqlarını göstərmişdir. 49.000 nəfər şiddət təcavüzünə məruz qalmış, 4000 yaralanma hadisəsi baş vermişdir.
- Almaniya: Hitlerin ölkə tarixində yer almasından, həqiqətən, utansalar da qəribədir ki, bu ölkə irqçiliyi kökdən məhv etməkdə müvəffəqiyyətsiz olubdur. Fərqli etnik qruplara qarşı narahat edici nifrət və xaricilərə qarşı şiddət hücumlarını həyata keçirmək istəyi daima artmışdır. Neo-nasistlər hər zaman türkləri və müsəlmanları təhqir etmişdir. Almaniyanın imicini zədələyən ən qorxunc hadisələrdən bəziləri neo-nasistlər tərəfindən evləri yandırılan beş nəfərlik türk ailəsinin (üç qız və iki qadın) ölümünə səbəb olan 1993-cü ildə baş vermiş Solingen Arson hücumu və neo-nasist qrupu sayılan NSU tərəfindən həyata keçirilən cinayətlərdir. Bu qrup 2000-2007 illəri ərzində 10 insanı öldürmüşdür. Bunlardan səkkizi türkdür.
Qısa müddət əvvəl sağçılar müsəlmanlara qarşı PEGIDA adlanan həftəlik mitinqlər təşkil etməyə başlamışdır. Ən son mitinqdə soyuq dekabr havasına baxmayaraq 17.000-ə yaxın insan toplanmışdır.
İrqçilik hadisələrini törədənlərin bir çoxu diqqət çəkməmək üçün hətta işləmirlər. Maykl Helmbrekt (Michael Helmbrecht) və ailəsi qəsdən evlərinə yaxın yerdə torpaq kirayəyə götürən 250 neo-nasist tərəfindən üç gün ərzində narahat edildi. Köçkünlər və sağçı ekstremizmə qarşı aktiv şəkildə mübarizə aparan insanlar izlənilir və hədəf alınır. Hücumları törədənlər isə nadir hallarda tapılır. Bir çox vətəndaş bu neo-nasist hücumları görməzlikdən gəlir, çünki özlərini hədəf siyahısında görməkdən qorxurlar (3).
Bu ürküdücü nümunələrə baxmayaraq, irqçiliyin qarşısı tamamilə alına bilər. Əsl həll yolu isə insanların ağıllarındakı səhv fikirləri hədəf almaqdır. İbtidai sinifdən başlayaraq irq, rəng, dil və ya inanc fərqliliklərinin bir zənginlik olduğu onlara izah oluna bilər. Bu gözəllikdir. Heç bir insan yalnız irqinə görə bir başqasından üstün deyil. Bu cür baxış Avropanın gözəl insanlarının qəlblərinə və ağıllarına yerləşdikdə irqçilik dəhşəti tamamilə tarix olacaq.
Müəllifin siyasi, imani və elmi mövzularda 73 dildə 300-dən çox kitabı mövcuddur. www.harunyahya.com ünvanından əldə edə bilərsiniz.
Hörmətli Adnan Oktarın MBC Times saytında nəşr olunan məqaləsi:
http://www.mbctimes.com/english/is-racism-really-over-in-europe
(1) http://www.hrw.org/news/2012/07/13/greece-s-other-crisis-xenophobic-violence
(2) http://america.aljazeera.com/opinions/2014/9/greece-anti-immigrantsviolenceandracismineurope.html
(3) http://www.dw.de/neo-nazi-attacks-on-the-rise-in-western-germany/a-15905231