Yer kürəsində temperatur müəyyən sərhəd daxilində mövcuddur. Amerikalı geoloqlar Frank Press və Raymond Siever Yer səthinin temperaturundakı incə nizama diqqət çəkmişlər. Bildirdiklərinə görə, “həyat məhdud temperatur aralığında mövcuddur və bu temperatur aralığı Günəşin temperaturu ilə mütləq sıfır arasında mümkün olan temperaturun təxminən 1%-ni təşkil edir”. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Bu temperatur tarazlığının qorunması Günəş ilə Yer kürəsi arasındakı məsafədə olduğu kimi, Günəşin şüalandırdığı enerji ilə də əlaqədardır. Hesablamalara görə Günəşdən Yer kürəsinə gələn enerjinin 10% -nin azalması Yer səthinin buzlaqlarla örtülməsi ilə nəticələnə bilər. Enerjinin miqdarının bir qədər artması isə yerdə yaşayan canlıların məhv olmasına gətirib çıxarar.
Yerin ideal temperaturunun planet daxilində bərabər paylanması çox əhəmiyyətlidir. Belə ki, bu tarazlığın əldə edilməsi üçün xüsusu tədbirlər həyata keçirilmişdir. Məsələn, Yerin oxunun 23º27`-lik sürüşməsi qütblərlə ekvator arasındakı atmosferin meydana gəlməsinə əngəl törədəcək ifrat istiliyin qarşısını alır. Əgər bu sürüşmə olmasaydı, qütblərlə ekvator arasındakı temperatur fərqi daha da artacaq və həyatın mövcud olması üçün atmosfer təbəqəsinin olmasını qeyri-mümkün edəcəkdi.
Yerin öz ətrafında fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer 24 saat ərzində öz ətrafında fırlanır və nəticədə gecə ilə gündüz qısa müddət davam edir. Qısa müddət davam etdiyi üçün də aralarında temperatur fərqi də çox olur. Bu tarazlığın əhəmiyyəti ondan ibarətdir ki, bir günü bir ildən uzun müddət davam edən (yəni, öz ətrafında hərəkəti planetlərin Günəş ətrafındakı hərəkətindən daha uzun müddət davam edən) və bunun nəticəsi olaraq gecə ilə gündüz arasındakı temperatur fərqi 10000C-ni təşkil edən Merkuri ilə müqayisə edəndə anlaya bilərik. Yer kürəsinin forması da temperaturun bərabər paylanmasına uyğun şəkildə yaradılmışdır. Yerin ekvatoru ilə qütblər arasında təxminən 1000C-lik temperatur fərqi mövcuddur.
Əgər belə temperatur fərqi kələ-kötür olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalar ətrafı darmadağın edərdi. Halbuki, yer səthi temperatur fərqindən meydana gələcək hava axınlarının qarşısını ala biləcək şəkildə yaradılmışdır. Bu kələ-kötürlüklər, yəni sıradağlar Çindən Himalay dağlarından başlayaraq, Anadoluda Toroslara qədər davam edir və Avropada Alp dağlarına qədər uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda yaranan əlavə temperatur, suyun temperatur fərqinin tənzimlənməsi nəticəsində şimala və cənuba doğru ötürülür.
Bundan başqa Yer atmosferində temperaturu daima tənzimləyən bəzi sistemlər də yaradılmışdır. Məsələn, müəyyən ərazidə ifrat istilik müşahidə olunanda bu ərazidə buxarlanmanın sürəti də artır və buludlar meydana gəlir. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini əks etdirərək havanın həddindən artıq qızmasının qarşısını alır.
Yerlə Günəş arasındakı məsafə, Yerin öz ətrafında fırlanma sürəti, oxunun meyl etməsi, yer səthinin forması kimi bir-birindən müstəqil bir çox faktor planetimizdə həyat üçün vacib olan temperaturu və bu temperaturun da bərabər olaraq paylanmasını təmin edir.
Yerlə Günəş arasındakı məsafənin xüsusi bir dizaynla yaradıldığını qəbul etməyənlər belə bir məntiqə əsaslanırlar: “Kainatda Günəşdən böyük və kiçik ulduzlar da mövcuddur. Bunların da özünə məxsus planet sistemləri ola bilər. Əgər bu ulduzlar Günəşdən daha böyükdürsə, o zaman həyat üçün ideal planet, Günəş ilə Yer arasındakı məsafədən daha çox uzaqda yerləşmiş olacaq. Məsələn, qırmızı nəhəngin ətrafında yəni, Plutonun məsafəsində fırlanan planet, bizim Yer kürəmiz kimi ilıq atmosferə malik ola bilər. Belə bir planet həyat üçün Yer planeti qədər vacib olacaqdır”.
Bu iddia bir tərəfdən də mənasızdır: Müxtəlif ulduzların fərqli işıq şüaları şüalandırdıqları nəzərə alınmamışdır. Ulduzların şüalandırdıqları işıq şüalarının əlamətlərinə əsasən hansı temperaturda olduqlarını müəyyən etmək mümkündür. Məsələn, Günəşə yaxın olan bənövşəyi, ondan sonra görünəbilən işıq yaxınlaşdıqca infraqırmızı şüaları şüalandırmağının səbəbi səth temperaturunun 6000 0C olmasıdır. Əgər günəşin kütləsi daha çox olsaydı, onda onun malik olduğu enerji də uyğun olaraq yüksək olardı.
Belə olduqda Günəş şüalarının enerji səviyyələri artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi işıq şüaları yaymağa başlayardı. Bu vəziyyətdə nəzərə almalıyıq ki, həyat üçün əhəmiyyətli olan işıq şüalarını şüalandırmaq üçün ulduzlar da Günəşin kütləsinə malik olmalıdırlar. Hər hansı planetdə həyatın mövcudluğu üçün ulduzlar elə bu anda Günəş ilə Yer arasındakı qədər məsafədə olmalıdırlar. Başqa sözlə desək, Yerdə həyatın mövcudluğunu təmin edəcək yeganə enerji mənbəyi Günəşdir. Həyatın mövcudluğu üçün planet məsafəsi olaraq da Günəşlə Yer arasındakı məsafədir.
Bundan başqa fərz etsək ki, həyatın mövcud olduğu başqa bir planet mövcuddur, o planetdə də yaşadığımız planetin möcüzəvi imkanlarını tapmağımız mümkün deyil. Dünya ətrafında, daxilində, Günəş sistemindəki hər bir planetin, peyklərin, Günəşin, sisteminin də daxil olduğu qalaktikamızda uyğun yerinin və bir çox detalların eyni anda mövcudluğu insanı heyran edir. Başqa yerdə həmin bu sistem kimi möhtəşəm sistemin mövcudluğu da bu vəziyyəti dəyişməz, əksinə ikinci möcüzəvi vəziyyət yaratmış olar.
Bura qədər izah etdiklərimizdən də məlum olduğu kimi, Yerlə Günəş arasındakı məsafə, şüalandırdıqları enerji ilə birlikdə hər biri Allah tərəfindən insanların yaşaması üçün xüsusilə yaradılmışdır. Yalnız Günəş ilə Yer arasındakı məsafənin lazım olduğu şəkildə mövcudluğu möcüzəvi vəziyyətdir və bizə bunun insan ağlından daha üstün bir ağlın təzahürü olduğunu bir daha göstərir.
Belə qeyri-adi sistemin təsadüflərin nəticəsi olması, şüursuz atomların meydana gətirdiyi göy cisimlərinin təsadüflərlə lazım olan yerlərdə yerləşmələri, aralarında canlıların meydana gəlməsinə imkan verəcək tarazlıqları təyin etmələri və bunlara uyğun sistemi inkişaf etdirmələri əlbəttə ki, mümkün deyil. Bütün bu qüsursuz sistemlər insanlar üçün Allahın üstün qüdrətinin və yaradılışının dəlillərindən sadəcə bir neçəsidir.
Quranda Allahın ucalığı, kainata olan hakimiyyəti və bunların qarşısında insanın üzərinə düşənin sadəcə qəlbən şükür halında olmağı belə bildirilmişdir:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.(Əraf Surəsi, 54)
(Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim Surəsi, 33-34)
2011-06-08 10:43:32