Afrikadan Avropaya miqrant axını uzun müddətdir ki, böyük problemdir. Afrikanın bitmək bilməyən müharibələri və yoxsulluğu vəziyyəti daha da ağırlaşdırır. Avropa ilə eyni standartlarda keyfiyyətli və şərəfli həyat tərzinə layiq olan bu insanlar daha yaxşı yaşamaq ümidi ilə bilinməyən gələcəyə doğru səyahət edərək həyatlarını riskə atırlar. Çox vaxt qarşılaşdıqları ilk reaksiya rədd edilmək olsa da, başda Almaniya olmaqla bəzi Avropa ölkələri tərifəlayiq şəkildə comərdlik və qonaqpərvərlik göstərmişlər.
Lakin qarşıdurmalar davam edir. Yoxsulluq yayılarkən böyük ehtimalla problem daha da böyüyəcək, əzilən və yoxsullaşan insanlar təhlükəsiz sığınacaq və şərəfli yaşayış yeri tapmaq ümidi ilə Avropaya üz tutacaqlar.
Lakin aydın məsələdir ki, bütün Afrika və Yaxın Şərq əhalisi Avropada sığınacaq tapa bilməyəcək. Bu səbəbdən təxirə salınmaz vəziyyətlərdə müdafiəsiz insanlara müvəqqəti yardım göstərdikdən sonra həmin ərazilərdə problemin kökündən həlli üçün həyat şəraitinin yaxşılaşdırılmasına diqqəti yönəltmək lazımdır.
Bu gün həyatlarına və ləyaqətlərinə qarşı təhdidlər olduğuna görə digər ölkələrə sığınmaq istəyən milyonlarla insandan başqa, daha yüksək həyat standartlarını əldə etmək üçün öz ölkəsini tərk etmək istəyən böyük kütlə olduğunu da bilirik. Sözsüz ki, hər kəs kimi onların da keyfiyyətli yaşamaq hüququ var.
Hər bir insan bərabər doğulur. Bir insanın doğulduğu yer o insana hörmət göstərilməsi, dəyər verilməsi və insan kimi normal şəraitdə yaşaması üçün meyar təşkil etməməlidir. Dünyadakı bütün əhalini yalnız müəyyən bölgələrə sığışdırmaq mümkün olmadığından arzu edilən həyat standartlarını hər yerdə ən yüksək səviyyəyə gətirmək üçün çalışmalıyıq.
Başqa sözlə desək, qaçqın və köçkün probleminin həlli üçün iki əsas məsələyə diqqət yetirmək lazımdır:
- Qorunmağa və yardıma ehtiyacı olan insanlara dərhal sığınacaq və dəstək təmin etmək,
-Problemli bölgələrdə standartlara uyğun olmayanhəyat şəraitinin yaxşılaşdırılması, bununla da insanların ölkələrini tərk etmək və başqa yerlərdə daha yaxşı yaşamaq axtarışında olma ehtiyacını hiss etməmələrini təmin etmək.
Unudulmamalıdır ki, Avropa müstəmləkə gücləri Afrikanın mövcud yoxsulluğunda və qarşıdurma şəraitinə düşməsində mühüm rol oynamışdır. Avropa inkişaf edib zənginləşdikcə, mədəniyyət, incəsənət və elm baxımından zəngin mədəniyyət qurduqca dövrün bəzi avropalı liderləri müstəmləkə xəyallarının izinə düşmüşlər. Hər cür əxlaqi dəyəri və insan hüquqlarını pozmuş, Afrikanı dəhşətli şəkildə istismar etmişlər. Belə ki, 1881-1914-cü illər arasında bu gün "Afrika talanı" adı verilən üsulla qitənin 90%-i Avropanın hakimiyyətinə keçmişdir. Zaman keçdikcə təbii sərvətləri, gözəllikləri, mədəniyyəti və incəsənətinə baxmayaraq, qitə inanılmayacaq dərəcədə yoxsullaşmışdır. Bu gün zəngin təbii ehtiyatlarına baxmayaraq, dünyanın ən yoxsul ölkələrinin 75%-i Afrikada yerləşir. 2010-cu ildə Səhraaltı Afrika ölkələrində 414 milyon insan gündə 1,25$ və ya daha az məbləğlə dolanırdı. Səhraaltı Afrika ölkələrində təqribən hər üç nəfərdən biri qeyri-kafi qidalanır və eyni regionda 589 milyon insan elektrik enerjisiz yaşıyırdı. [i] O günlərin izlərinə bəzi bölgələrdə bu gün hələ də rast gəlinir. Məsələn, Fransa keçmiş Afrika koloniyalarından hələ də ildə təxminən 500 milyard dollar dəyərində müstəmləkə vergisi alır. [ii] Afrikada bir çox təbii sərvət hələ də müəyyən Avropa ölkələrinin nəzarəti altındadır. Üstəlik, heç bitməyən müharibələr, vətəndaş müharibələri, münaqişələr qitəni məhv etməyə davam edir və milyonlarla insanı haqlı olaraq sığınacaq və kömək axtarmağa məcbur edir.
Lakin Afrikanı yeni mədəniyyət mərkəzi halına gətirmək mümkündür. Laqosu Parisə, Dar əs Salamı Romaya,Əddis Əbəbəni Londona çevirmək mümkündür. Bunun mümkün olması üçün qitə yetərli potensiala və mədəniyyətə malikdir. Məsələn, BMT-nin Afrika İqtisadi Komissiyasının məlumatına əsasən, dünyanın platin ehtiyatlarının dörddə üçü, almaz və xrom yataqlarının yarısı Afrikada yerləşir. Afrika dünyanın qızıl və uran ehtiyatlarının beşdə birinə sahibdir və hazırda bu kateqoriyada otuzdan çox ölkə ilə birlikdə neft və təbii qaz istehsalına artan şkala üzrə ev sahibliyi edir. [iii]
Həmçinin bu gözəl torpaqlar keçmişdə gözəl mədəniyyətlərə ev sahibliyi etmişdir. Məsələn, Avropa orta əsrlər dövrünün qaranlığında mübarizə apararkən Timbuktuda dünyanın ilk universiteti qurulmuşdu. 12-ci əsrdə 100 min nəfərlik şəhərdə təhsil almaq üçün Afrikanın hər yerindən gələn 25 minşagird var idi. [iv] Bu gün Afrikanı həm xalqı, həm ziyarətçiləri üçün yeni təhsil və mədəniyyət mərkəzinə, sənət və musiqi ocağına, gözəl və şərəfli həyat vəd edən etibarlı limana çevirmək mümkündür.
Əslində, bu cür proqressiv dəyişikliklərin keçmişdə dəfələrlə şahidi olmuşuq. Məsələn, 1960-cı və 1970-ci illərə qədər İngiltərə, İrlandiya, İtaliya, Norveç, İspaniya və Portuqaliya ən çox miqrant göndərən ölkələr idi və milyonlarla insan həmin ölkələrdən ABŞ, Avstraliya və Belçika kimi ölkələrə üz tuturdular. Lakin bu ölkələrdə həyat standartları yaxşılaşdıqca, vəziyyət tərsinə dəyişdi və miqrant göndərən bu ölkələr özləri miqrasiya üçün cəlbedici ölkələrə çevrildilər.[v]Qitənin potensialı, təbii ehtiyatları, mədəni keçmişi və dünyanın buraya yardım etmə istəyini nəzərə alsaq, Afrikanın buna nail olmaması üçün heç bir səbəb qalmır. Lakin ilk öncə mövcud istismarçılıq dərhal dayandırılmalıdır. Daha sonra hər bir ölkə BMT himayəçiliyində öz milli gəlir səviyyəsinə uyğun olaraq Afrikadakı həyat standartlarının inkişaf etdirilməsi və yaxşılaşdırılması üçün nəzərdə tutulmuş fonda maddi yardım edə bilər. Bunlar həyata keçdiyi zaman təkcə bu gözəl qitənin əhalisi deyil, avropalılar da bunun xeyrini görəcəklər. Nəhayət, kütləvi miqrasiyanın səbəb olduğu sosial və iqtisadi çətinliklərdən xilas olmuş olacaqlar. Tamamilə fərqli və həyəcanverici mühitdə yüksək keyfiyyətdə həyat tərzindən zövq ala biləcəkləri yeni hədəfə, Avropanın demək olar ki, yeni modelinə qovuşacaqlar. Bu baş verənə qədər də miqrasiya davam edəcəkdir.
Bu səbəbdən problemlərin əsas səbəblərini aradan qaldırmaq üçün konkret addımlar ataq və dünyadakı bütün yaşayış məskənlərini insanların keyfiyyətli yaşaya biləcəkləri yerlərə çevirək.
[i] http://borgenproject.org/10-quick-facts-about-poverty-in-africa/
[ii] http://www.globalresearch.ca/frances-colonial-tax-still-enforced-for-africa-bleeding-africa-and-feeding-france/5547512
[iii] https://www.uneca.org/es-blog/africa-must-benefit-its-mineral-resources
[iv] http://www.africanecho.co.uk/africanechonews4-mar24.html
[v] https://en.wikipedia.org/wiki/Immigration_to_Europe
Adnan Oktarın “The Star”,“Cape Times”və“Cape Argus”da yayımlanan məqaləsi:
http://www.iol.co.za/capetimes/opinion/africa-has-everything-it-needs-to-become-newer-exciting-version-of-europe-10373827
http://www.iol.co.za/capeargus/opinion/africa-has-the-potential-to-be-the-new-europe-10400425
http://www.harunyahya.org/tr/Makaleler/253427/Neden-Afrikayi-yeni-bir-Avrupa-yapmiyoruz