Hörmətli Adnan Oktar Türk-İslam Birliyinin quruluşunun necə olacağını və əhəmiyyətini bildirdiyi açıqlamalarında bütün İslam ölkələrinə olduğu kimi, İrana qarşı da qardaş və dost kimi yanaşmış, İranın da bu birlikdəiştirak etməsinin lazım olduğunu bildirmişdir. Hörmətli Adnan Oktar əlavə olaraqİranın özünün də belə bir birliyi dəstəklədiyini və daxil olmaqmövzusunda könüllü olduğunu ifadə etmişdir. Necə ki, mətbuatda çıxan xəbərlərdə də bu vəziyyət açıq şəkildə görülür. Hörmətli Əhmədi Necad tez-tez birlik çağırışı edir, İstanbula gəldiyində sünni imamın arxasında namaz qılır, Türkiyənin əhəmiyyətini vurğulayır və əslində açıq şəkildə sünni bir ölkənin liderliyində müsəlmanların birləşməsinə isti yaxınlaşdığını göstərir. Bu vəziyyəti dəlilləşdirən inkişaflardan biri də Türk-İslam Birliyinin təməli xüsusiyyətindəki Qafqaz Birliyinə İranın da daxil olmaq istəməsidir.
Adnan Oktar:Hər dövlət öz sərhədləri daxilində olmaqla Respublikalar Birliyi tərzində bir quruluşdur.
Kaçkar TV: Olar, deyirsiniz?
Adnan Oktar:Əlbəttəki, bu anarxiyanı da, terroru da, qarışıqlığı da dayandırar… İndi bölgə yanır. Orta şərq pis vəziyyətdədir. Hamı narahatdır. Fələstin, İsrail, Suriya və İran da narahatdır. Narahat olmayan heç kim yoxdur aşağı və yuxarı bölgədə. Bu birlik bütün narahatlığı kökündən həll edən bir şeydir.
Kaçkar TV:İran da buna daxil ola bilər?
Adnan Oktar: Əlbəttə.
Kaçkar TV:Sahib çıxa bilər, deyirsiniz.
Adnan Oktar:Əlbəttəki.
|