Yaxın Şərqi yenidən qurmaq bir əsrdən çoxdur ki, hər zaman ABŞ-ın ən böyük hədəflərindən biri oldu. Osmanlının süqutundan sonra ABŞ bu məqsədlə çoxlu pul və əmək sərf etdi. ABŞ əgər istəsə, həqiqətən Yaxın Şərqi dəyişdirə bilərdi. Xəyal etdiyi şəkildə öz demokratiyasını gətirə, öz azadlıq anlayışını hakim edə bilərdi. Müasirliyi, keyfiyyəti, azadlıq ruhunu yaya bilərdi. Bəəs rejimlərinin dəstəklədiyi kommunist düşüncə tərzini aradan qaldıra bilər, xalqların sülh içində xoşbəxt yaşadıqları, parçalanmaq əvəzinə birləşməyə yönəldikləri region formalaşdıra bilərdi. Bu region ABŞ-ın istədiyi kimi müttəfiq ola bilər, ABŞ-ın Yaxın Şərq hakimiyyəti sevgi, ittifaq və minnətdarlıq əsasında qurula bilərdi.
Keçən bu qədər müddət ərzində ABŞ əgər əlindəki təhsil, sevgi və uzlaşma yollarından istifadə etsəydi, bu nəticəni çoxdan əldə etmişdi. Əgər ABŞ dərin dövləti Yaxın Şərq xalqlarına «aşağı irq» gözü ilə baxmasaydı, onları illərdir diktatorluq altında yaşayan xalqlar olaraq görə bilsəydi, bu cəmiyyətlərə zərər verən xurafat dinini aradan qaldıraraq Quranla maarifləndirsəydi, mənzərə bugünkündən çox fərqli olardı.
Ancaq Amerika fərqli yol seçdi. «Barbar» olaraq gördüyü xalqları zorakılıqla «adam etməyə» çalışdı. Öz demokratiya anlayışını, onların dinlərini, tarixlərini, dəyərlərini, əxlaqi gözəlliklərini nəzərə almadan yenidən qurmağa çalışdı. Daha öncə demokratiya və azadlıqları yaşamamış, xurafat dini və diktator rejimi altında əzilməyə məhkum edilmiş xalqlarıın vəziyyətini başa düşə bilmədi.
Hazırda ABŞ rəsmiləri İŞİD tərəfindən həyata keçirilən qətliamları, əl-Qaidə kimi qruplaşmaların tətbiq etdiyi zorakılığı heyrət içində izləyib qınayırlar. Halbuki vəziyyəti dəyərləndirmək üçün bir az keçmişə, İraq müharibəsinin başladığı dövrlərə nəzər yetirmək kifayətdir.
Əbu Qarib (və ya Əbu Qureyb) həbsxanası 2004-cü ildə iraqlı məhkumun boynuna keçirdiyi kəməri dartarkən görüntülənən Lindi İnqlandın görüntüləri ilə geniş miqyasda gündəmə gəlmişdi. Əslində bu görüntülər nə baş verdiyini anlamaq üçün kiçik bir mənzərə idi. Əbu Qaripdən məsul olan general J. Kaprinski Əbu Qarib həbsxanasının hərbi kəşfiyyat tərəfindən idarə edildiyini, taciz və pis rəftarın rəsmi siyasət olduğunu, dindirmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin də iştirak etdiyini bildirmişdi. 2004-cü ildə Əbu Qaripdə dindirmə aparan Erik Feyrin illər sonra dilə gətirdiyi ifadələri xatırlayaq. Keçən il «New York Times» qəzetində dərc edilən yazısında, “Mən hazırda qürur duyula biləcək biri ola bilərəm. Amma deyiləm. Mən Əbu Qureybdə dindirmə apardım. Mən insanlara işgəncə verdim” deyə etiraf edən Feyr Senatın açıqladığı işgəncə hesabatında hallanan bir çox işgəncə üsuluna təəccüblənmədiyini, hətta redaktə edilən səhifələrdə daha da çox olduğunu bildirmişdi. Feyr sözlərinə bu şəkildə davam etdi: “Amma amerikalıların əksəriyyəti hesabatı oxumadı. Əksəriyyəti əsla oxumayacaq. Yenə də o hesabat bu ölkənin necə bir ölkə olduğunu daima xatırlayacaq».1
2006-cı ildə açıqlanan Əbu Qarib hesabatı 1325 fotoşəkil, 93 video və cinsi təcavüzü sənədləşdirən 660 fotoşəkillə həqiqi mənada geniş mənzərəni gözümüzün önünə sərmişdi. Lakin problem ondan ibarətdir ki, bu məlumatlar 18 oktyabr - 30 dekabr tarixləri arasını, yəni təkcə iki ay yarımlıq bir müddəti əhatə edir. 8 il davam edən İraq müharibəsi özü ilə necə dəhşətli işgəncələri gətirdi. Bunlar hələ də sirdir.
İllər sonra yenə ABŞ dəniz piyadalarının Fellucedə bir evin həyətində yatan üsyançıların meyidlərini yandırdıqlarını göstərən şəkillər isə faciənin bir başqa tərəfidir. Bildiyimiz kimi, Pentaqon nümayəndəsi polkovnik Stiven Varren şəkillər barədə “əsgərlərimizdən heç gözləmədiyimiz bir şey” demişdi. Acınacaqlısı budur ki, Yaxın Şərq ölkələri bunu ABŞ əsgərlərindən gözləyirlər.
2001-ci ildə başlayan Əfqanıstan müharibəsinin ən böyük qara ləkələrindən biri olan Quantanamo həbsxanasında olanlar isə, demək olar ki, unudulmağa başlayıb. 2007-ci ildən etibarən aclıq aksiyası keçirən və həbsxana işçiləri tərəfindən zorla damardan qidalandırılan yəmənli məhkum Tariq Ba Odah hazırda 33.5 kiloqramdır. Məhkumun düşərgədən ayrılması isə aclıq aksiyalarını təşviq edər deyə qəbul edilmir.2 Obamanın prezidentlik macərasının başlanğıcından etibarən bağlanılması gözlənilən Quantanamo ancaq bu xəbərlərlə gündəmə gəlir.
Burada bir məsələni vurğulayaq ki, İŞİD və onlar kimi Yaxın Şərqdə vəhşilik törədən heç bir qruplaşmanın tətbiq etdiklərini qəbul etməyimiz mümkün deyil. Vurğulamaq istədiyimiz əsas məsələ İŞİD-in etdiklərini hər fürsətdə qınayan, bunları «vəhşilik», «qəddarlıq» olaraq adlandıran ABŞ-ın öz siyasətinə dönüb baxmasıdır. Əbu Qarib vəhşilikləri, Quantanamo qanunsuzluqları, ardı-arası kəsilməyən işgəncələr, öldürdükləri əsgərlərin burunlarını və qulaqlarını saxlayan ABŞ əsgərləri yaxın keçmişə aid konkret faktlardır. Gündə 22 ABŞ əsgərinin intihar etdiyi Amerika bunun cəriməsini ödəyir. Yaxın Şərqdə çılğınlıq halına gələn Amerikan düşmənçiliyi isə geri dönüşü qəliz hala gəlib. Dolayısilə Yaxın Şərqdəki vəhşilik və düşmənçilik ruhunun ortaya çıxmasında ABŞ özünü kənar görməməli, əksinə məsul tutmalıdır.
Onu əlavə edək ki, ABŞ gözəl bir ölkədir, insanları dəyərlidir. ABŞ əsgərlərinin də bir çoxu vicdanlı insanlardır. Amma ABŞ-ın Yaxın Şərq siyasətində böyük bir yanlışlıq olduğu ortadadır. ABŞ "bu vəhşilik haradan çıxdı" demək əvəzinə öz siyasətini mühakimə etməlidir. Yaxın Şərqdə vəhşilik inanılmaz səviyyələrə çatsa da, vəhşiliyə deyil, maarifləndirməyə yönəlik yeni siyasəti tətbiq etmək üçün hələ də çox gec deyil.
1. http://www.nytimes.com/2014/12/10/opinion/the-torture-report-reminds-us-of-what-america-was.html?_r=0
2. http://www.reuters.com/article/2015/08/14/us-usa-guantanamo-idUSKCN0QJ02D20150814
Adnan Oktarın «Arab News» və «MBC Times»da dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/794986
http://www.mbctimes.com/english/us-fatally-flawed-policies