"Ümmətimin içində qorxunc hadisələr olar, İNSANLAR SIĞINMAQ ÜÇÜN ALİMLƏRİNİN YANINA GƏLƏRLƏR VƏ BİRDƏN-BİRƏ ONLARIN MEYMUN VƏ DONUZ OLDUQLARINI GÖRƏRLƏR." (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve AhirZaman Alametleri Muhtasaru Tezkiretil Kurtubi, səh. 470)
Axırzamanda bir qisim saxta din alimləri darvinizmi müdafiə edəcək və özlərinin təkamüllə meydana gəldiklərinə inanacaqlar. Özlərinin meymun, yəni bir növ heyvan olduqlarını iddia etdikləri üçün Peyğəmbərimiz (s.ə.v) də bu kəsləri "meymun" olaraq xarakterizə etmiş; "meymunlar kimi olacaqlarını" xəbər vermişdir.
Hədisdə ayrıca bəzi saxta din alimlərinin də, donuz kimi inadkar, sərt, sevgisiz, təcavüzkar, hər tapdığını yeyən, şəfqətsiz və ruhsuz olacaqlarına işarə edilmişdir.