Adnan Oktarın 01 Yanvar 2010-ci il tarixli Tempo TV və Kral Karadeniz TV müsahibəsindən
Adnan Oktar: Vaqiə surəsi, 56-cı ayə, baxın yenə 56-a gəldik, Vaqiə surəsi, 56. “Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı”, baxın 5-ci ayə də bu, baxın 4-də “Yer şiddətlə titrədiyi zaman...”, yəni bir toqquşma ilə, bax qiyaməti yenə izah edir. “Dağlar parça-parça olub ovxalandığı”, toqquşmanın şiddəti ilə dağlar darma-dağın olacaq. 4 və 5-ci ayələrin rəqəmləri 4, 5 yanaşı qoyulduqda nə olur?
Oktar Babuna: 1545.
Adnan Oktar: Yenə 1545-ə işarə edir.
Oktar Babuna: MaşaAllah. Qiyamətin baş verəcəyi tarixi.
Adnan Oktar: Vaqiə surəsi, “Nəim bağlarında qalacaq kimsələrdir” -deyir, Cənnət əhlindən bəhs edir Allah. “Onların çoxu əvvəlki nəsillərdən”, 13-cü ayədə, “az bir qismi də axırıncılardandır”. 14 ağlına nə gətirir? Yəni cənnətdə insanların az bir qisim də axırıncılardandır, Hicri 14-cü əsr. Hicri 1400-cü ilə baxır elə deyil mi? “Az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər”. Bəs təkamül var idi Cənnətdə də? Ləl-cəvahiratlar taxtlar orada mağazadan alınmır, Allah yaradır, elə deyilmi? Orada bir usta hazırlamır onu, Allah yaradır. “Qarşı-qarşıya əyləşib dirsəklənəcəklər” -deyir Allah.