ALLAH DÜNYANI ƏYLƏNCƏ YERİ OLARAQ DEYİL İMTAHAN YURDU OLARAQ YARATMIŞDIR
İndi insanlar dünyanı bütün gücləri ilə xoş hala gətirməyə çalışırlar. Allahın heç elə bir məqsədi yoxdur. Yəni dünyanın xoş hala gəlməsi Allahı maraqlandırmaz. Çünki bura imtahan yeridir. Bura o tip bir şey üçün istifadə edilməyə ən uyğun olmayan yerdir. Burada nə o mənada insanlar xoşbəxt ola bilər, nə də rahat yaşaya bilər. Tunel düzəldirsən, bunu bəladan xilas olmaq üçün düzəldirsən, qaranlığın içindən keçirsən. Avtomobillə bir yerdən o biri yerə getmək, imtahan gərəyi olaraq onsuz da bir problemdir. Oradakı əyləncə bəladan xilas olmağın adıdır. Yəni orada birbaşa əyləncə yoxdur, bəladan xilas olma vardır.
MEHDİYETDƏ MƏQSƏD KEF- ƏYLƏNCƏ DEYİL, İNSANLARIN VİCDANLARINDAKI YÜKSƏK DUYĞULARIN ORTAYA ÇIXARILMASIDIR
“Mehdiyyət olar; səltənət, lüks, gözəllik içində yaşayar insanlar, ay nə gözəl”. Belə bir şey yoxdur. Allah verdiyi sözü yerinə yetirmək üçün bunu edir. Əsl məqsəd orada insanların sınanılması, vicdanlarındakı yüksək duyğuların ortaya çıxarılmasıdır. Yəni yüksək dərinliyin ortaya çıxarılmasıdır. Yoxsa buranın ən gözəl əyləncəsindən nə olar? Tayyib hocam, məsələn, Ak sarayı tikdirdi, bir çox insan sıxılar orada, elə bir şey olmaz. Yəni bir şey yoxdur, istəsəniz içinə girin baxın. Topqapı sarayına da girsən, dini tərəflərini tənzih edirəm, sıxılar insan, sıxıntı basar. Ulduz sarayına da getsən insan sıxılar. Bu səbəbdən bura o mənada bir əyləncə yeri filan deyil. Çimərliyə gedən də günəşdən yanmamaq üçün nə edəcək deyə çaşır. Dənizə gedir, boğazına su gedir, ayrı bir dərd olur. Dənizdə də dərhal yorulur. Tez-tələsik sahilə çıxır, sahildən yenə dənizə getmək istəyir. Nə edəcəyini bilmir. Heç bir yerdə xoşbəxtliyi tapa bilməz. Ona görə də, “Mehdiyyət gəlir, yeyib-içib, yatarıq, əylənərik”, deyil. Onsuz da Mehdiyyətin çox qısa bir müddət hakimiyyəti var. Sırf məqsəd, Allah; “Mən verdiyim sözü yerinə yetirəcəyəm, dünyaya İslamı hakim etdiyimi də görün” mənasındadır. “Mənim üçün asandır” mənasındadır. Yoxsa əylənin, gəzin, dünyanın kefini çəkin deyə bir şey yoxdur. Onsuz da dünyanın kefi çəkiləcək bir tərəfi yoxdur. Çünki kefi çəkiləcək yer cənnətdir. Tam haqqıyla, mükəmməl yer. Niyə adam burada ala-yarımçıq əylənsin? Kürəyində bir ton odun, “haydı əylənək”. Cənnətdə o bir ton odun kürəyindən gedir. Ondan sonra əylənirsən. Birbaşa əyləncəyə istiqamətli oradadır.
ALLAH BİZİM İMANİ HƏSSASLIĞIMIZA NƏZARƏT EDİR
Allah bizim imani həssaslığımızıa nəzarət edir və heç səhv olmamışdır, hz. Adəm (ə.s)-dan etibarən qiyamətə qədər insanlar heç bir səhv olmadan mükəmməl imtahan verəcək. Heç kimə ağlını başından alacağı bir şey, bir imtiyaz verilməmişdir. Ayələrə də baxıldığında, Peyğəmbər əfəndimiz (s.ə.v) ilə əlaqədar da ayələrə baxıldıqda ağlının başından alınmadığı Qurandan aydın olur.
MÖMİN ALLAH SEVGİSİYLƏ CƏNNƏTDƏN ÇOX ŞİDDƏTLİ ZÖVQ ALAR
Allahın hədəfi, bizim cənnətin yeməklərini, ballarını sevməyimiz deyil. Allah Özünün sevilməsini ən əhəmiyyətli mövzu olaraq görür. O balı, cənnət gözəlliklərini Onun təcəllisi olaraq sevməyimizi istəyir. Müstəqil sevməyimiz, onsuz da elə bir şeyə icazə verməz və zövq də ala bilmərik. Adam cənnətdə dalacaq belə, “aa nə gözəl ballar, yağlar, yeyək, içək”. Hamısında aldığı zövqün səbəbi Allahın təcəllisi olduğu üçündür. Müstəqil olaraq heç bir şəkildə zövq ala bilməz. İmansızı cənnətə qoy sıxıntıdan havalanar. Bir adamı apar cənnətə qoy sıxıntıdan havalanar. Mömin sevincdən yerində dayana bilmir. İmanından qaynaqlanır. Təkcə küfr içindəki bir insanı apar, qoy cənnətə ağlını itirər. Heç bir şey onu maraqlandırmaz. Mömin Allah sevgisiylə cənnətdən çox şiddətli zövq alar.
ALLAH ÖZÜNÜN SEVİLMƏSİNİ ƏN ƏHƏMİYYƏTLİ MÖVZU OLARAQ GÖRÜR
Allah Özünün çox-çox sevilməsini istəyir. Allahın, insanların Özüylə maraqlanmamasından heç xoşu gəlmir. Heç xoşu gəlmir. Yəni Allahın acığına gəlir. Onun üçün belə intiqam alır. İslam aləminin məhv edilməsinin səbəbi də odur. Sevilmək Allahın haqqıdır. Hər şeyin Sahibidir, hər şeyi O yaradır. Adam Onu unudur, kefindədir. Adam Allahı sevmədikdən sonra cənnətdə olsa nə olar, olmasa nə olar? Allahı sevdiyi üçün zövq alır.
Allah dərin bir sevgiylə sevilməyi istəyir. Dərin bir diqqətlə maraqlanılmasını istəyir. Məsələn, deyir: “Mənə həmd edin, şükr edin, bol-bol təsbih edin”. Allahın məqsədi, həmişə, daim Özüylə əlaqədə olunmasıdır. Allah sevilməyi sevir. Amma çox-çox sevilməyi sevir və bu, Allahın haqqıdır. Çünki hər şeyin sahibidir, bütün gözəlliklərin sahibidir.
Məsələn, deyir: “mən övladımı dəli kimi sevirəm”. O övladını Allah göstərir sənə, Allah yaratdı. Allahın təcəllisinə sən orada sarılırsan, övladına sarılmırsan. Allah orada təcəlli edir, uşaq surətində təcəlli edir, sən ona sarılırsan. Sevgini Allaha ver. Sevgisini birbaşa övlada verir. “Ya Rəbbi nə gözəl yaratdın” demir. “Nə gözəl təcəlli edirsən” demir. Elə isə Allah da bəla verir. Min bir müxtəlif əzab. Allah ya övladını əlindən alır, ya özünə bir xəstəlik verir, bir sıxıntı verir, ya da ümumi bərəkətini pozur. “Ya Rəbbi Sənə həmd olsun” desənə, “Nə gözəl yaratdın” desənə. “Sənin təcəllin”, desənə.
BÜTÜN DÜNYANIN SÜRÜNMƏSİNİN SƏBƏBİ ALLAHI UNUTMALARIDIR
Bax, Allah Zuxruf surəsi, 33-cü ayədə deyir: “Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı,” hamısı Allahı inkar etməkdə qərarlı bir şəkildə dünya miqyasında birləşməsəydilər, Allah belə bir təhlükə var deyir. “Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik”. Allah, hər yeri zəngin edərdim deyir. “Böyük bir zənginlik verərdim. Amma rahat olduqlarında müdhiş bir azğınlıqla Mənə qarşı birləşərlər deyir. Amma süründürdüyümdə tövbə edirlər, Allah, Mənə yaxınlaşırlar deyir. Nə qədər əzilsə o qədər Allaha yaxınlaşır. Zənginlikdə də bir çox insan qudurur, azır. Allaha üsyanda sərhədsiz bir azğınlığa çatır. Zuxruf surəsində də Allah onu söyləyir. “Amma Məni sevsələr, hörmətli olsalar Mən nə belə bir əziyyət verərəm, nə də bir çətinlik olar” deyir. Müdhiş bir zənginlik verərəm, deyir. Bunu etmir insanlar və niyə sürünürük deyə də maraqlanmırlar. Bütün dünya istisnasız sürünür. “Nə olur? Texniki olaraq bu qeyri-mümkündür” deyə bilmirlər. Amerikanın sürünməsi üçün heç bir səbəb yoxdur. Dünyanın ən zəngin ölkəsi olmalıdır. Ucsuz-bucaqsız torpaqları var, xeyli də bərəkətlidir. Müdhiş texnologiya var. Pul da boldur. Amma Obama başda olmaqla bütün Amerika sürünür. Hamısı əl-ələ, baş-başa çatdırıb dolanır.