HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Nur surəsi, 35-ci ayənin izahı:
“Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir”. Allah bütün kainatın nurudur. Nur; insan ağlının qəbul edə biləcəyi ən gözəl görünüş, ürək açıcılıq, gözəllik, imandan qaynaqlanan fərahlıqdır. Məsələn, mömində nur olur. Məscidlərdə, gözəl sözdə, gözəl rəftarda bir nur olur. Nur təsvir edilməsi mümkün olmayan ürəyə fərahlıq verən, imanın gözəlliyini əks etdirən bir işıqdır. Amma bizim bildiyimiz işıq kimi deyil. Məsələn, bir zəncidə də nur olur; etibarlılıq tərzində, üzündə bir fərahlıq, xoşluq meydana gəlir. Cənnətin hər tərəfi nurludur. Amma zülm və küfr əhli nursuz olurlar. Allah onlardan nuru alır. Möminə isə nur verir. Mömin nuru görə bilir, məsələn, möminin üzündəki nuru görə bilir. Küfrün üzündəki nursuzluq da görünər. Onun üçün mömin nura qovuşmaq üçün Allaha dua edər. Peyğəmbərimiz (s.ə.v); “Ya Rəbbim! Üzümü, bədənimi, damarlarımı, bütün bədənimi nurlandır” -deyir. Müsəlmanın da Allahdan əhəmiyyətli bir tələbi və duası, nurlanmağı istəməkdir.
Fəth surəsi, 29-cu ayənin izahı:
“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir”.
Bəzi sələfilər ayədə keçən “Əlamətləri isə üzlərində olan səcdə izidir” ifadəsini səhv anlayırlar. Alınını çirkli torpağa, ora-bura sürtərək və yaxud çirkli xalçaya sürtərək alınını yara edir. Alınında xəstəlik, infeksiya yaranır. Sonra da: “Allah alınımda səcdə izi yaratdı” -deyir. Halbuki, “səcdə izi” ifadəsi müsəlmanın üzündəki nuru bilidirir. Üzündəki fərahlıq verici təsirdir. Alınındakı yara, infeksiya deyil.