Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (27 iyul 2012, 23:00)
Adnan Oktar: Bismillah. İbrahim surəsi, 12. Şeytandan Allaha sığınıram. "Bizə nə olur ki, Allaha təvəkkül etməyək?" Bir insanın, Allaha təvəkkül etməməsi üçün, dəli olması lazımdır. Çünki təvəkkül ən böyük lüksdür, ən böyük fərəhlikdir. Ən güclü sakitləşdirici dərmanın edə bilməyəcəyi təsiri təvəkkül edər. Ən güclü anti-depressantların edə bilməyəcəyi təsiri təvəkkül edər. Təvəkküllü insanlar çox sağlam, şən olarlar. Heç bir dərdləri olmaz. Xəstəlikləri olmur belə insanların. "Bizə doğru yolları O göstərmişdir". Quran. "Əlbəttə, bizə verdiyiniz əziyyətlərə səbir edəcəyik". Çünki təvəkküllüdür. İstədiyi qədər əziyyət versin. Təhqir edər, böhtan atar, sui-qəsd edər, tələ qurar. Nə edirsə etsin. "Təvəkkül edənlər Allaha təvəkkül etməlidirlər". Silahına, əşirətinə, yoldaşlarına, puluna deyil; Allaha təvəkkül etməlidir, Allaha gücənməlidir.