Faşizm və Kommunizm son yüzillikdə dünyaya müharibə, qarşıdurma, qırğın və zülm gətirdi. Dinsizliyin bu qaranlıq tarixini bilirsinizmi?
Bunları bilirsinizmi?
-Lenin, Trotski və bolşeviklerin insanı bir heyvan növü kimi gördüklərini və maddə yığını hesab etdikləri üçün insan həyatına dəyər vermədiklərini, inqilab uğrunda milyonlarla insanın rahatlıqla fəda ediləcəyini söylədiklərini…
-Kommunist Leninin kəndlilərə məxsus bütün məhsulu və toxumları yığdıraraq 1921-1922-ci illərdə 29 milyon insanı ac saxladığını və 5 milyon insanın aclıqdan öldüyünü…
-Leninin məhsullarını əlindən aldığı kəndlilərin aclıqdan ot, ağac qabığı, gəmiriciləri, pişik və it yediklərini, hətta bir müddət sonra ölkədə adamyeyənliyin yayıldığını, insanların öz uşaqları ilə başqalarının uşaqlarını dəyişərək yediklərini…
Leninin kəndlilərin məhsullarını yığaraq insanları bilərəkdən qıtlığa məruz qoymasının əsl səbəbinin insan psixologiyasında təxribat meydana gətirmək, bu yolla insanların Allaha olan inanclarını yox etmək və dinə qarşı hərəkat başlatmaq olduğunu…
Stalin tərəfindən kəndlilərin məhsullarının müsadirə olunmasına görə müsadirə dəstələrinin qurulduğunu, bunun nəticəsində, 6 milyon insanın qıtlıqdan öldüyünü, digər ölkələrin bu zülmdən xəbərdar olmasına mane olmaq üçün xaricə yüz minlərlə ton taxıl ixrac edildiyini…
Stalin dövründə bazarda toxum satmağın, tarlada işçi işlətməyin, hətta iki samovar sahibi olmağın böyük cinayət olduğunu, kəndlilərin özlərinin istehsal etdikləri məhsulları bazarda satdıqları üçün ticarətə başladıqlarına görə həbs olunduqlarını…
Stalin dövründə 6 milyon insan, qadın, yaşlı, uşaq və körpənin ölümünə səbəb olan qıtlığın sovet torpaqlarında kifayət qədər taxıl yetişmədiyi üçün deyil, kommunist partiyanın tələbi olduğu üçün reallaşan qıtlıq olduğunu, yəni tamamilə insan əli ilə təşkil edildiyini…
-Stalinin kommunizmə müqavimət göstərən ukraynalıları qıtlıq yolu ilə öldürərkən, digər xalqları da sürgünə göndərərək qətl etdiyini, sürgün adı altında milyonlarla insanı öldürdüyünü…
-Kubada kommunist inqilabından sonra 10 min nəfərin edam edildiyini, 30 mindən çox insanın isə insanlıqdan uzaq şəraitdəki həbsxanalarda saxlanıldığını…
-Qızıl Ordunun Əfqanıstanı işğal etməsindən sonra müsəlmanlara qarşı ən alçaq üsulları tətbiq etdiyini, əfqan uşaqlarının oyuncaq sanaraq əllərinə götürmələrini təmin etmək üçün oyuncaq şəkilli minalar istehsal etdiklərini, tutulan mücahidlərə qorxunc işgəncələr verildiyini, dinc əhalinin tərəddüdsüz bombalandığını…
-10 il davam edən Qızıl Ordu işğalı nəticəsində Əfqanıstanda on minlərlə insanın öldüyünü, bir o qədər də insanın şikəst qaldığını, bu səbəbdən, hal-hazırda Əfqanıstanın dünyanın ən çox protez qol və ayaq emal edilən ölkəsi olduğunu…
-Darvinist-kommunist elm adamı Lisenkonun toxumların əgər uzun müddət soyuq suda saxlanılsa, soyuq hava şəraitinə uyğunlaşacağını iddia etdiyini və bunu sınamaq üçün tonlarla toxumun soyuq suda saxladıqdan sonra Sibir çöllərində əkildiyini və toxumların hamısının zay olduğunu…
-Maonun 1949-cu ildə Çində kommunist inqilabla hakimiyyətə gəldiyini, inqilabdan sonrakı ilk illərdə bütün Çinə hakim olmağa və kommunizmi hər yerdə qurmağa çalışdığını, buna görə, minlərlə insanın həbs olunduğunu və ictimaiyyət qarşısında edam edildiyini…
-1950-ci illərin ortalarında Maonun “Böyük sıçrayış” layihəsini tətbiq etdiyini, bu layihənin də eynilə Sovet İttifaqında olduğu kimi, Çin xalqına yalnız böyük qıtlıq və işgəncə gətirdiyini…
-“Böyük sıçrayış” layihəsinin tətbiq edilməsindən sonra Çində sərt qış mövsümünün yaxınlaşmasına baxmayaraq, odun yandırmağın qadağan edildiyini, minlərlə insanı həbs edərək işgəncələr verilməsi və öldürülən uşaqların qaynadıldıqdan sonra tarlalarda gübrə kimi istifadə edilməsi kimi vəhşilik mənzərələrinin yaşandığını…
Maonun “Böyük sıçrayış” siyasəti nəticəsində 1958-1961-ci illərdə Çində yaşanan qıtlığın tarixə ən böyük və ən ölümcül qıtlıq kimi yazıldığını, qıtlıq nəticəsində ölən insanların sayının 40 milyona çatdığını, bu rəqəmin o dövrdəki əhaliyə görə çox böyük olduğunu, müqayisə üçün desək, bütün Türkiyə əhalisinin ölməsi kimi qorxunc bir fəlakət olduğunu…
-Çinli kommunistlərin təkamülçü fikirlərin təsirilə bitki toxumlarının torpağa yaxın əkildikdə toxumların arasında “sosialist həmrəylik” təmin ediləcəyinə və bu şəkildə, daha çox səmərə əldə ediləcəyinə inandıqlarını, üstəlik, bunu tətbiq etdiklərini, nəticədə, böyük istehsal itkisi və qıtlığın olduğunu…
-Çinli kommunistlərin kimyəvi gübrələrin istifadəsinə son verdiklərini, çünki toxumların gübrəsiz qaldıqda, yeni vəziyyətə uyğunlaşaraq “təkamül keçirəcəklərini” və beləliklə, gübrə istifadə etmədən də eyni səmərənin təmin ediləcəyini düşündüklərini, bu sınaqların əkinçiliyin səmərəsini böyük ölçüdə aşağı saldığını…
-Mao dövründə milyonlarla insanın konkret günahı olmadığı halda, kommunizmə müxalif sayılaraq həbs olunduğunu və bir müddət sonra böyük şəhər meydanlarında təşkil edilən edam mərasimlərində öldürüldüklərini…
-Maonun əmrilə 6-10 milyon insanın birbaşa öldürüldüyünü, təxminən 20 milyon “antiinqilabçı”nın da ömürlərinin böyük hissəsini həbsxanalarda keçirdiyini…
-Mao dövründə məhbusların mədən ocaqlarında işlədildiklərini, burada gündə 300 nəfərin öldüyünü, məhbusların diri-diri basdırıldıqlarını və təhqir edilmələrini, mənəviyyatlarını yox edən işgəncələrə məruz qaldıqlarını…
-Maonun xalqın kommunizmi daha yaxşı anlaması üçün “Mədəni inqilaba” başladığını, sonra “kommunizmə zidd” olan minlərlə bürokratın, universitet müəlliminin, elm adamı və ziyalının həbs olunduğunu, qorxunc işgəncələrdən sonra edam edildiklərini…
-Çində “Mədəni inqilab”dan sonra həbs olunan bəzi professorların əlləri arxadan bağlanaraq çəmənliyə atıldığını və “otlamaları”, yəni ağızları ilə yerdəki otu yolmaları üçün məcbur edildiklərini, Pekin mətbuatının “Mao əleyhdarları küçələrə qaçan siçanlardır, öldürün onları, öldürün” şəklində başlıqlar yazdıqlarını…
-Maonun qızıl mühafizəkarlarının on minlərlə insanı musiqi dinlədiyi, ev heyvanları bəslədiyi və ya ibadət etdiyi üçün həbs etdiyini, işgəncələrlə edam etdiyini…
-Maonun iqtidara gəlməsindən sonra Şərqi Türküstanda yaşayan uyğur türklərinə sistemli şəkildə soyqırım tətbiq olunduğunu…
-Çinli kommunistlər tərəfindən uyğur türklərinin ibadətlərini yerinə yetirmələrinə icazə verilmədiyini, ibadət yerlərinin və məktəblərin bağlanıldığını, din adamlarının həbs olunduğunu, əksəriyyətinin isə öldürüldüyünü…
-Çinin Uyğur muxtar bölgəsində 1964-cü ildən bu yana 46 nüvə sınağının keçirildiyini, bu sınaqların nəticəsində uyğur türkləri arasında xərçəng xəstəliyinin artdığını, çoxlu körpənin şikəst və ya ölü doğulduğunu…
-1949-1952-ci illərdə 2.800.000, 1952-1957-ci illərdə 3.509.000, 1958-1960-cı illərdə 6.700.000, 1961-1965-ci illərdə 13.300.000 müsəlman uyğur türkünün çinlilər tərəfindən müxtəlif üsullarla öldürüldüyünü…
-Müsəlman uyğurların 1-dən çox uşaq sahibi olmalarının qadağan edildiyi Şərqi Türküstanda uşaq sahibi olmaq istəyənlərin uşaqlarının 9 aylıq olsa belə, ana bətnində kommunistlər tərəfindən qətl edildiyini…
-Zəruri köç, zəruri əhali planlaması və qırğınlar nəticəsində uyğur türklərinin Şərqi Türküstanda azsaylı xalqlar siyahısına düşdüyünü, 1953-cü ildən başlayan assimilyasiya siyasəti nəticəsində Uyğur muxtar bölgəsində 75%-i müsəlman olan əhalinin sayının hal-hazırda 35%-ə düşdüyünü…
-Kommunist Qızıl Kmerlərin Kamboccadakı düyü tarlalarını 1975-79-cu illərdə “ölüm tarlalarına” çevirdiklərini, əhalisi 9 milyon olan ölkədə təxminən 3 milyon insanın başına güllə sıxmaqla, kəlləsini balta ilə parçalamaqla, başına torba keçirib boğmaqla və ya aclığa məhkum etməklə öldürdüklərini…
-Kommunist rəhbərlik tərəfindən Kamboccada da qəsdən aclığın yaradıldığını, ölkədə aclıqdan ölənlərin olduğuna baxmayaraq, əkilməyə əlverişli torpaqların yalnız beşdə birinin istifadəsinə icazə verildiyini…
-Kommunist Maonun “Mədəni inqilabı” nəticəsində “sevgiyə, gözəlliyə, estetikaya və mədəniyyətə düşmənlik” meylinin artmasını, Qızıl Kmerlərdə insanların saçlarını daramaları, özlərinə bir az diqqət göstərmələri, hətta eynək taxmalarının belə “xalq düşməni” sayıla bildiyini…
Kamboccadakı Maoçu psixopatların əvvəllər insanları başlarına güllə sıxaraq öldürdüklərini, sonra bunun güllə israfı olduğuna qərar verdiklərini və sonra qurbanların 53% -nin başını əzərək (dəmir çubuqla və s.), 5%-nin başına keçirilən plastik torba ilə boğulduqlarını…
Şimali Koreyalı ruhi xəstələrin sürgünə göndərildiklərini, şəhər xaricindəki bu düşərgələrdə uşaq sahibi olmaqdan da məhrum edildiklərini, bu insanlıqdan uzaq metodun qaynağının da darvinizmin məhsulu olan Yevgeni nəzəriyyəsi (insan nəslindən xəstə və şikəstlərin kənarlaşdırılması, bu şəkildə sağlam cəmiyyətlərin meydana gətirilməsi) olduğunu…
-Kommunist Hoşiminin rəhbərliyi altındakı Vyetnamda həbsxanalarda 1975-1977-ci illərdə 8 min nəfərin yerləşə biləcəyi yerə 40.000 nəfərin qoyulduğunu, məhkumların aclıqdan, havasızlıqdan, işgəncə ilə öldüklərini, ya da intihar etdiklərini…
-Almaniyanın ən məşhur darvinisti və ən fanatik yevgeni tərəfdarı olan zooloq Ernst Hekelin şikəst doğulan körpələrin vaxt itirilmədən öldürülməsini müdafiə etdiyini…
-Faşist diktator Mussolininin: “Faşizm azadlıq deyil, zalımın hakimiyyətidir. Millətin zəmanəti deyil, xüsusi mənfəətləri müdafiə etməsidir”, – deyərək faşizmin zalımlığını etiraf etdiyini və İtaliyada xüsusi olaraq qurduğu “Təmizləmə düşərgəsi”nə 35 min insanı salaraq onların 18 minini qətl etdiyini…
-Faşist Frankonun İspaniyanı çox böyük vətəndaş müharibəsinə sürüklədiyini və gündə təxminən 500 nəfərin öldüyünü, kütləvi qırğınların, vəhşi işgəncələrin və insanlıqdan uzaq cinayətlərin ardı-arasının kəsilmədiyini, İspaniya vətəndaş müharibəsi nəticəsində 600.000 insanın öldüyünü…
-Faşist diktatorların ölkələrindən bir sınaq sahəsi kimi istifadə etdiklərini, məsələn, İspaniyanın faşist diktatoru Frankonun Hitlerə bir qəsəbə (Quernika) hədiyyə etdiyini, bu qəsəbənin 5 may, 1937-ci ildə nasist bombardman təyyarələri ilə yerlə-yeksan edildiyini…
-Darvinist-faşist Mussolininin “qara köynəklilər” adlandırdığı, hər cür zorakılıq hərəkətlərini reallaşdıran yarı əsgəri birliklər meydana gətirdiyini, qara köynəklilər vasitəsilə yalnız öz ölkəsində deyil, digər ölkələrdə də şiddət və təzyiq tətbiq etdiyini, məsələn, 1935-ci ildə Efiopiyanı işğal edərək 1941-ci ilə qədər 15 min insanı qətl etdirdiyini…
-Mussolininin Efiopiya işğalını darvinizmin irqçi fikirləri ilə dəstəkləyərək məqbul göstərməyə çalışdığını, efiopiyalıların qara irqdən olduqları üçün aşağı olduqlarını düşündüyünü və bu səbəblə, italyanlar kimi üstün irq tərəfindən idarə olunmanın onlar üçün bir şərəf olduğunu söylədiyini….
-II Dünya müharibəsini başlayanların – almanların Almaniya sərhədlərindən daha çox əraziyə ehtiyac duyduğunu iddia edən nasistlər olduğunu, həm almanlara, həm də digər millətlərə böyük fəlakətlər gətirdiklərini, 55 milyon insanın ölümü ilə nəticələnən bu siyasətin faşizmin XX əsrə atdığı ən qanlı imza olduğunu…
-Üçüncü dünya faşistlərinin də nasist qırğınlarını xatırladan vəhşiliklər tətbiq etdiklərini, məsələn, 1973-cü ildə zor gücünə hakimiyyətə gələn Çili diktatoru Pinoçetin xuntasının ilk ilində minlərlə insanın öldürüldüyünü, 9 milyonluq Çilidə təxminən 90 min nəfərin həbs olunduğunu…
-Argentinadakı faşist xunta rejimi dövründə iki mindən çox siyasi məhbusun təyyarələrə mindirilib Argentina çöllərində minlərlə metr yüksəklikdən dənizə atıldıqlarını, doğuş sancısı çəkən qadınların dənizə atıldıqlarını, insanların cinsi orqanlarını dişləmək üçün xüsusi olaraq yetişdirilən itlərə qədər bir çox vəhşi üsulun tətbiq olunduğunu…
-Qvatemalada faşist vəhşiliklərin yaşandığını, buradakı faşistlərin hədəflərinin, əslində, din adamları olduğunu, 1966 və 1968-ci illərdə çoxlu sayda din adamının da iştirak etdiyi 8 min qvatemalalının “ölüm manqaları” tərəfindən edam edildiyini, 1972-ci ildə bu ölüm manqalarının qurbanlarının sayının 12 minə, dörd ildən sonra isə 20 minə çatdığını…
-Yaxın Şərqin faşist diktatorlarından Səddam Hüseynin İranla müharibə nəticəsində 17 milyon əhaliyə sahib olan İraqda 1 milyon insanın öldüyünü və ya yaralandığını, xalqın 1 milyonunun da ölkəni siyasi və iqtisadi səbəblərlə görə tərk etdiklərini…
-Səddamın 1988-ci ildə Hələbcədə kürdlərə qarşı zəhərli qazdan istifadə etdiyini və bir çox günahsız insanın, körpə, yaşlı, qadın, kişinin ölümünə səbəb olduğunu, bu qırğında 5.000 kürdün öldüyünü və bir neçə mininin isə itkin düşdüyünü…
-Kommunistlərin dinə qarşı tətbiqlərin ən şiddətlilərindən birinin Albaniyada yaşandığını, Albaniyanın kommunist lideri və dinsizliyi ilə tanınan Ənvər Xocanın 1967-ci ildə Albaniyanı dünyanın ilk dinsiz ölkəsi elan etdiyini və Albaniyada kommunist rəhbərliyin hakimiyyətə gəlməsindən sonra 1948-ci ildə iki yepiskopun 5000 din adamı ilə birlikdə güllələndiyini, 327 katolik məbədi də daxil olmaqla, 2 min 169 məscid və kilsənin bağlandığını…
-Krım türkləri, Orta Asiya türkləri, kazaklar kimi rus olmayan xalqların Sovet rejiminin terroruna məruz qaldıqlarını, 1920-ci ilin oktyabr ayında 6000-dən çox insanın ölümə məhkum edildiyini və onların dərhal edam edildiyini…
-Kommunizmin qanlı balansının: SSRİ – 20 milyon ölü, Çin – 65 milyon ölü, Vyetnam – 1 milyon ölü, Şimali Koreya – 2 milyon ölü, Kambocca – 2 milyon ölü, Şərqi Avropa – 1 milyon ölü, Latın Amerikası – 150 min ölü, Afrika – 1.7 milyon ölü, Əfqanıstan – 1.5 milyon ölü və ümumilikdə ölənlərin sayının 100 milyona çatdığını…