MÜNAFİQLƏRLƏ AİD ŞƏRHLƏR
MÜNAFİQLƏ MƏŞĞUL OLMAQ ŞAHMAT OYUNU KİMİDİR
Münafiq İslamdan utanar, Allahdan utanar haşa, peyğəmbərdən utanar, özünü üstün görər. Hər əsrin dərin dövlətini ilah kimi görər. Münafiqlə mübarizə aparmaq şahmat oyunu kimidir. Çox diqqətli olmaq lazımdır, çünki şeytanın zəkası, aktyorluğu məlumdur. Şeytan əqrəb kimidir. Münafiq də əqrəb kimidir. Yəni münafiqin vəziyyəti şeytandan daha əlverişlidir. Çünki şeytan ancaq beynə təsir edə bilir, amma münafiq fiziki cəhətdən də müdaxilə etmək imkanı vardır. Yəni aktivdir. Əqrəb kimi gözləyər. Müsəlmanı zəhərləyəcəyi məqamı gözləyər. Ona görə münafiqə qarşı olduqca gözüaçıq olmaq, ən kiçik hərəkətinə belə fikir vermək lazımdır. Münafiq qəfil hücum edər və zəhərləyə bilər, xəstə olduğuna görə, şeytanın ruhunu daşıdığına görə, şeytana çevrildiyinə görə bütün gücüylə əxlaqsızlıq və alçaqlığın, pisliyin icraçısı kimi səbirsizliklə gözləyər. Ona görə müsəlmanlar münafiqə qarşı çox diqqətli olmalıdırlar.
Münafiqin müvəffəqiyyəti, müvəffəqiyyət kimi görünər amma həmişə məğlubiyyətdir, bədbəxtlikdir. Diqqət edilsə həmişə məğlubiyyət və bədbəxtlikdir, Allah, onu qədərində məğlub olmaq üçün yaratmışdır. Münafiq də, o məğlubiyyətin qanununu bilmədiyi üçün vurnuxar, yəni cəhənnəm əhli necə vurnuxar, qaçmaq istəyər, oyun oynamaq istəyər, hər dəfə rəzil-rüsvay olar, cəhənnəm əhli kimi müdhiş bir vurnuxma içindədir. Amma müsəlman əqrəbə diqqət yetirdiyi kimi, münafiqə də çox diqqət yetirməlidir. Əqrəbin haradan necə sancacağı, necə zəhərləyəcəyi məlum deyil. Ona görə çox diqqətli olmaq lazımdır. Buna baxmayaraq, çox diqqətli olmağa baxmayaraq münafiq, hücum edər, amma hücumları boşa çıxar, yəni etibarsız hücumlar olar.
Münafiq həmişə bir gün müsəlmanların parçalanacağına, məğlubiyyətə uğrayacağına görə planını qurar.
Amma əksinə müvəffəqiyyət xəbərləri gəldikcə münafiq üstünə duz tökülmüş soxulcan kimi qıvrılmağa başlayar, çox əziyyət çəkər. Müsəlmanın gücü, müvəffəqiyyəti, sağlamlığı, səhhəti, aktivliyi, şöhrəti onlara çox əzab verər.
Münafiq yalnız özünü ön planda görər, özünün ucaldılmasını istəyər, ancaq özünün mərkəzdə olmağını istəyər.
Rəsulullah (s.ə.v)-in dövründə münafiqlər belə davranırdırlar. Məsələn, yanına vəhy katibi olaraq gəlirdi amma yeganə məqsədi əxlaqsızlıq və alçaqlıq etmək, Peyğəmbər (s.ə.v)-in haşa öz ağıllarına görə qüsur tapmaq idi. Buna görə aylarla, illərlə Peyğəmbər (s.ə.v)-in yanında qalır, vəhy katibliyi də edib yazır, danışırdı. Zahirən baxan, ayədə deyildiyi kimi “siz, onlar danışanda qulaq asarsız”. Yəni özünü məqbul biri kimi göstərir, amma peyğəmbərə müdhiş bir həsəd aparırdılar. Müvəffəqiyyətli möminlərə də həsəd aparırdılar. Hz. Əli (k.v)-i şəhid etmələrinin səbəbi, hz. Əli (r.ə)-in müvəffəqiyyətinə paxıllıq etmələri idi. Çünki özləri ön plana keçmək istəyirdilər. Hz. Həsən (r.ə)-i və hz. Hüseyn (r.ə)-i şəhid etmələrinin səbəbi də, hz. Osman (r.ə)-i şəhid etmələrinin səbəbi də paxıllıq idi. Yəni seçilmiş səhabələri şəhid etmələrinin səbəbi həsəddir. Özlərini ön plana çıxartmaqdır. Necə ki, sonra özləri ön plana çıxdılar, amma həlak oldular. Allah hamısını bir-bir həlak etdi.
Münafiq, digər möminlərin və imamın müvəffəqiyyətinə dözə bilməz.
Bu, ona ən çox əziyyət verən hadisədir. Birinci-imamın, peyğəmbərin müvəffəqiyyəti, ikincisi-peyğəmbərə yaxın olan insanların müvəffəqiyyəti əzab verər. Məsələn, hz. Əli (r.ə)-i Peyğəmbərimiz (s.ə.v)-in vəfatından dərhal sonra şəhid etdilər. Çünki onun sevildiyini bilirdilər və buna dözə bilmədilər. Özləri ön planda olmaq istəyirdilər. Ona görə bir möminin müvəffəqiyyətini görəndə münafiq şiddətli əzab çəkər, amma bir insanın dözəcəyi kimi bir əzab deyil. Lakin münafiqin heyvan kimi bədən müqaviməti vardır. Allah onu əzab çəkmək üçün yaradar, yəni ağrıya dözümlüdür. Çox şiddətli əzab çəkəndə müqavimət göstərər, münafiqin buna dözümü güclüdür.
MÜNAFİQ MÜSƏLMANLARIN MÜVƏFFƏQİYYƏTİNDƏN NARAHAT OLAR
Münafiq peyğəmbərin müvəffəqiyyətlərindən məhv olan bir varlıqdır. Ağlasığmaz əzab çəkər, həm də peyğəmbərin sevdiklərinə qarşı çox nifrət bəsləyərlər. Hz. Əli (r.ə)-ə çox nifrət edirdilər. Münafiqlər hz. Həsən (r.ə)-ə, hz. Hüseyn (r.ə)-ə və Əhli Beytə, Peyğəmbərimiz (s.ə.v)-i çox sevdiklərini bildikləri üçün çox nifrət edirdilər.
Yusif hekayəsində də diqqət yetirsəniz, hz. İsrail (ə.s)-ın, h.z. Yusif (ə.s)-a olan sevgisi çox acıqlarına gəlirdi. Münafiqin ən böyük xəstəliyi budur. Bir başqasının təriflənməsi, bir başqasına dəyər verilməsi, bir başqasının sevilməsi münafiqi məhv edər və bu, bir möcüzədir. Ağlasığmaz əzab çəkər. Həmişə özünün öndə olmağını istəyər. Bunlar Quranda Yusif hekayəsində izah edilən, hədislərdə və tarixdə də gördüyümüz münafiqlərə məxsus hərəkətlərdir.
Munafiqun surəsi, 1: “Münafiqlər sənin yanına”-yəni peyğəmbərə-”gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”- deyirlər”. Yəni, peyğəmbəri tərifləyirlər, “sən çox müvəffəqiyyətli bir insansan, peyğəmbərsən, çox ağıllısan, gözəl xidmətlər edirsən” deyirlər. Bu münafiqin taktikasıdır, yanaşma tərzidir. Halbuki çox kin bəsləyir, nifrət edirlər. “Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar”. Yəni “dediklərinin heç birinə inanmırlar”-deyir Allah. Yəni çox alçaqcasına, nifrət və kin bəsləyərək yanına gedirlər, amma bu cür sözlər demələri yalnız yanında rahat olmaq üçün, rahat əlaqə qura bilmək üçündür. Ona görə “sözlərinə inanma” -deyir Allah.
Nisa surəsi, 81-ci ayədə, münafiqlər peyğəmbərin yanına gəldikləri vaxt: ““İtaət edirik” -deyərlər”. Yəni “dediklərin doğrudur, gözəldir, qəbul edirik”-deyərlər. “Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər”. Münafiq təkliyə çəkilərək, tək qalıb qaranlıqlarda o fitnəsini əxlaqsızlığını inkişaf etdirər. Xəbər hara gedəcəksə xəbəri çatdırar, yaxud necə hiylə quracaqsa o şeytani dərinliyi əldə etməyə çalışar. Məsələn, Rəsulullah (s.ə.v)-in dövründə Allah münafiqləri yazmışdır, tarixini də yazmışdır buradan çox yaxşı bilirik. “Allah onların gecələr nə etdiklərini yazır”. Bu nə deməkdir? “Ən başdan Mən yaratdım və bütün hərəkətlərini görürəm”-deyir Allah. Münafiqin ən qorxduğu şey təsbit edilməkdir, yəni etdiklərinin ortaya çıxmasıdır. “Onlardan üz döndər”-yəni qəlbən (mənəvi cəhətdən) üz döndər, danışmaqla deyil mənəvi üz çevirir. Çünki münafiq çox ədəbsiz bir məxluqdur. Dediyim kimi şahmat oyunu kimi, şeytanla şahmat oynayar kimi çox diqqətli oynanılmalıdır. Əqrəb kimi hər an hücum edə bilər, hər an hər şey edə bilər. Məsələn, sənin qanuni bir sözünü dərhal qeyri-qanuni hala gətirə bilər. Məsələn, normal bir tərifi, hz. Yusif (ə.s)-ı atasının tərifləməsi, sevməsi kimi normal bir şeyi, dərhal kin və nifrət səbəbi halına gətirə bilir. Münafiqin bir hücumu bu olar. Sonra qardaşını öldürməyə qərar verirlər, bu qədər nifrət edirlər. Görürsünüz münafiqin kinini? Münafiq nifrətinin şiddətinə bax sən. “...və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər”. “Səni burada sınayıram”-deyir Allah. Yəni “münafiqə qəzəblənmə, kin saxlama, səni hirsləndirməsin, narahat da olma, səni onun üstünə hakim edəcəyik sən onunla sanki meymunla oynayan kimi oynayarsan. Yetər ki, təvəkküllü ol, Quranın ipinə möhkəm sarıl, diqqətli hərəkət et”-deyir Allah.
Ali-İmran surəsi,119: “Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir...”. Məsələn, münafiqləri tanımayan, haqlarında məlumatı olmayan müsəlman sevir. Amma bilən, əlbəttə ki, başa düşür, bilməyən müsəlmanlar da tanımadığı üçün sevgi bəsləyir. Məsələn, münafiqliyini görən əlbəttə tanıyır, amma kənardan bilməyən bilməz. Məsələn, vəhy katibini Peyğəmbərimiz (s.ə.v)-in vəhy katibi olduğ üçün çox sevirdilər. Amma Rəsulullah (s.ə.v) başa düşür, hiss edir, amma onu açıq şəkildə aşkar etmir, yalnız diqqətli olur, əlbəttə Allahın bildirməsiylə. “Siz (nazil olan) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər”. Yalan. Müsəlmana nifrət etmək münafiqin birinci xüsusiyyətidir, ağıl xəstəsidir münafiq. “... Təklikdə qalanda isə sizə qarşı qəzəbdən” -yəni peyğəmbərə və peyğəmbərin sevdiklərinə-”barmaqlarının ucunu gəmirirlər”. Yəni ağlasığmaz bir kin və nifrət bəsləyərlər. Diqqət edin, Allahın verdiyi əzaba baxın, həm daxilən, ruhən əzab çəkər, həm də barmaq ucunu gəmirər, necə ki, insan əzab çəkincə çox əziyyət çəkər, münafiqin xüsusiyyətidir bu. “De: “Qəzəbinizdən ölün!”” Deməli kin və hirs münafiqi çökdürər, məhv edər. Münafiq, çox qorxar. Ayədə deyilir: “Min il yaşamağını istəyər, ölməyi heç istəməz”. Ölmək, yaşlanmaq münafiqin ən böyük qorxusudur. Diqqət edin, “qəzəbinizdən ölün”-deyilir ayədə. Allah kin və qəzəbindən ötrü öldürəcəyini deyir Quranda. “Şübhəsiz ki, Allah kökslərdə olanları bilir”. Münafiqlər özlərini (hislərini) gizlədər. Allah diləsə mömin bunu görə bilər.
Munafiqun surəsi 4: “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir”. Yəni möminlər baxdıqlarında boylu buxunlu, baxımlı, gözəl və yaxud estetik və ya yaraşıqlı, gözəl geyimli olduğu üçün bəyənir, tanımadığı üçün xoşuna gəlir. “Danışanda onların dediklərinə qulaq asırsan”. Məsələn çoxbilmişlik edər, yaltaqlıq edər, amma müsəlman onu başa düşməz, Müsəlmanların içində olduğu üçün fərq edə bilmir, qulaq asır onun danışıqlarına. Halbuki danışıqlarının altında həmişə fitnə-fəsad və pislik olur. Amma fərq edə bilmədiyi üçün “hərhalda mən başa düşmədim” -deyir. “Halbuki, onlar (divara) söykədilmiş dirəklər kimidirlər”. Yəni odun kimi içi boş, quru odun kimidirlər, ölü kimi bir məxluqdurlar. Şeytanın içinə girməsiylə şeytanın hakim olduğu ölü bir varlıqdırlar. Yəni ruhu hakim deyil, şeytan hakimdir. Şeytan ruhuna kök salmış, içinə girmişdir. “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar”. Məsələn, hər danışıq, fərz edək bir şeyi izah edirsən “başa düşdüm mənim əleyhimə danışırsan” -deyər və yaxud biri bir şey deyər “bildim, mənim əleyhimədir”-deyər. Məsələn, bir yaxşılıq edirsən onu da əleyhinə zənn edər. İslamdan, Qurandan danışarsan əleyhinə zənn edər. Birinə kompliment deyərsən əleyhinə zənn edər. Məsələn, bir yerdə təbliğ işləri apararsan, kitab nəşr edərsən əleyhinə zənn edər. “Onlar düşməndirlər”-deyir Allah, yəni müsəlmanın düşmənidir, “aldanmayın”-deyir Allah. “Sən onlardan çəkin”. Yəni çox diqqətli olun. Çəkinmə odur. Sanki şahmat oyunu kimi yaxud bir əqrəblə qarşı-qarşıya gəlmiş kimi çox diqqətli olmaq lazımdır. Çünki nə vaxt zəhərini tökəcəyi məlum deyil. “Allah onları məhv etsin”-deyir Allah. Mömin də möminlərə hidayət istəməlidir, bütün insanlara hidayət istəməlidir, amma hidayət vermədiyi münafiqləri Allahın məhv etməsini istəməlidir. Biz də Allahdan münafiqləri məhv etməsini istəyirik. Bütün insanlığa hidayət verməsini, amma hidayət vermədiyi münafiqləri Allahın məhv etməsini istəyirik, Rəbbimizdən. “Allah onları məhv etsin necə də döndərilirlər!?”-deyir Allah. Çünki münafiqlər çox dəyişkəndirlər. Məsələn, burada normal danışarkən birdən it kimi olar. İtləşərkən birdən insana çevrilər, insana çevrilərkən birdən əqrəbə dönər, əqrəbə bənzəyərkən birdən buqələmun kimi forma alar hər rəngə girər. Tam şeytan xarakteridir. Ona görə Allah: “Necə də döndərilirlər?”-deyir. Yəni cilddən-cildə girirlər.
MÜNAFİQ QURANI, ALLAHIN HÖKMLƏRİNİ EŞİTMƏYƏ DÖZƏ BİLMƏZ. ALLAH BUNU XÜSUSİ OLARAQ BİLDİRMİŞDİR
Münafiq Quranı dinləməyə dözə bilməz, ayədə var. Allahın hökmlərinə qulaq asmağa dözə bilməzlər. Əlbəttə biz, bunları izah edərkən kimə izah edirik? Müsəlmanlara izah edirik, iman edənlərə izah edirik. Münafiq onsuz da bu mövzulardan heç təsirlənməz, maraqlanmaz da, yalnız kinini, qəzəbini artırar başqa bir şey olmaz. Möminin ürəyini açar, ürəyini fərəhləndirər, içində olan xəstəlikləri aradan qaldırar, ruhuna güc və qüvvət verər, içi nurlanar, bərəkət qazanar, dərinlik qazanar, Allaha yaxınlığı artar. Cəhənnəmə gedəcəksə cəhənnəmə getməkdən azad olunar. Dəlalətə düşəcəksə dəlalətə düşməkdən azad olunar. Münafiq əlamətlərini yaxşı qavrayan və özündə görən mömin bərəkətə qovuşar, sevinər, asan olar, qurtuluşa çatar. Amma deyilənləri özündə görməyən, özünü ucaldanın onsuz da adi münafiqdir. O, ondan istifadə edə bilməz. Bunu biz izah edərkən özümüzə, möminlərə, xüsusilə təqvalı möminlərə izah edirik ki, ruhlarında bir kir-pas varsa, bu cür anormallıqlar varsa dərhal düzəltsinlər, bu xəstəlikdən xilas olsunlar.