MÜSƏLMANLAR ƏSL CƏNNƏTDƏ RAHATLAYACAQLAR
Dünya bir imtahan yeridir. Burada rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəm qarışığı bir yerdir. Yarı-yarıya cənnət, yarı-yarıya cəhənnəmə bənzərdir. Möminlər cənnətdə rahatlayacaqlar. CƏNNƏTDƏ HƏR ŞEY TƏKTƏRƏFLİDİR. MƏSƏLƏN, QARANLIQ YOXDUR, HƏMİŞƏ İŞIQLIQ VARDIR. PİSLİK YOXDUR, HƏMİŞƏ YAXŞILIQ VARDIR. MƏSƏLƏN, MƏNFİ ELEKTRİK YOXDUR, YALNIZ MÜSBƏT ELEKTRİK VARDIR. HƏR ŞEY TƏKTƏRƏFLİDİR İNŞAALLAH.
HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Hədid surəsi, 5-ci ayə
“Göylərin və yerin hökmranlığı Ona məxsusdur. (Bütün) işlər ancaq Allaha qaytarılacaqdır”.
Yəni davamlı bir çevrilmə var. Yerlərin və göylərin mülkü kimindir? Allahındır. Adam, “Mənimdir. Mal-mülk mənə aiddir”. deyir. Sənə aid olan heç bir mal yoxdur, sən gözətçisən. Allahın malı-mülküdür. Mal Allahındır, şəxsə aid mal yoxdur.
Təkasur surəsi, 1-ci ayə
“Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,”
Allah çoxluqla öyünməyi bəyənmir. Bəzi xurafatçılar, “Bizim sayımız çoxdur”. deyərək, onunla öyünür. Halbuki bərəkətsizdirlər. Yəni çoxluq əhəmiyyətli deyil. Allahın razılığı əhəmiyyətlidir. Keyfiyyət əhəmiyyətlidir.
Tekasür surəsi, 3-4-cü ayələr
Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
Allah tezliklə olacaq bir müjdəni verir.
Fil surəsi, 1-ci ayə
Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
Demək ki, dəccaliyyət və küfr güc sahibləri də olsa məğlub olacaqlar, inşaAllah.