XX əsr arxada qaldı. İndi XXI əsrdə, yeni dövrdəyik. Ötən əsrdə materialist fəlsəfənin, -hansı adla ortaya çıxırsa çıxsın- fəlakətdən başqa bir şey gətirmədiyini görən insanlar artıq Allah'a yönəlir. Xüsusilə XX əsrin son dövrlərində başlayan, dinə və mənəviyyata yönəlmə sürətlə bütün dünyaya yayıldı.
XX əsr insanlıq tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Bu əsrin sonunda elm və texnologiya sahəsindəki inkişaflar istər-istəməz sonrakı əsrin necə olacağı sualını ortaya çıxarmışdır.
1980-ci illərin sonunda iki qütblü dünyanın yox olması tarixin ehtimal edilən istiqaməti mövzusunda yeni anlayışların ortaya çıxmasına səbəb oldu. Bu anlayışlara "Yeni Dünya Nizamı" adı verildi. "Yeni Dünya Nizamı" qısa müddətdə bir neçə nəzəri zəminə birdən oturduldu.
Yeni dövrün ən əhəmiyyətli nəzəriyyəçilərindən biri olan Francis Fukuyama liberal kapitalist dəyərlərin insanlığın çata bildiyi ən yüksək dəyərlər olduğunu iddia edirdi. Fukuyama "Tarixin Sonumu?" məqaləsi ilə başlatdığı mübahisədə dünyada olan siyasi rəhbərlik sistemlərinin və həyat anlayışlarının bir-birinə bənzəməyə başladığını iddia etmişdir. Ona görə ideologiyaların həlledici olması aradan qalxmış və dünya iqtisadi rəqabətə doğru gedir. Əlbəttə, bu iddia ilk deyildi. Fukuyamadan əvvəlki dövrlərdə də determinist və darvinist tarix anlayışı çərçivəsində tarixin rəqabət və qarşıdurma ilə inkişaf etdiyitezisi irəli sürülmüşdü.
Fukuyamanın tarixin sonu iddiası
Yeni müddəaya görə isə insanlıq tarix boyu çatmaq istədiyi son xoşbəxtliyin yaxınlığında idi. Francis Fukuyama 11 sentyabr hücumlarından sonra “Wall Street Journal”da çıxan bir yazısındasosial elmlərə uyğunlaşdırılmış darvinist yanaşma ilə insanlığın gələcəyini belə müəyyən edirdi:
“Mənim istifadə etdiyim “tarix” sözü fərqli məna daşıyırdı. Cəmiyyətin əsrlər boyu liberal demokratiya və kapitalizm institutları tərəfindən müəyyən olunanmüasirliyə doğru irəliləməsinə istinad edilirdi. 1989-cu ildə kommunizmin çöküşü zamanı müşahidələrim, təkamülçü mərhələnin dünyada daha böyük cəmiyyətləri müasirliyə doğru bir yerə topladığıidi. Liberal demokratiya və sərbəst bazar iqtisadiyyatının sonrasına baxdığımız zaman inkişafını gözləyəcəyimiz başqa bir şey yox idi. Buna görə də tarixin sonu idi”.
Determinist tarix inancı ilə insanlığın artıq sonuna gəldiyini iddia edənlər Avropa, Yaxın Şərq və dünyanın digər bölgələrindəki sabit olmayan və bir-biri arxasınca baş verən müharibələr qarşısında çıxılmaz vəziyyətə düşdülər. XX əsrə qədər İslam əxlaqının yaşandığı Yaxın Şərq, Balkan ölkələri, Qafqaz və Afrikanın fərqli mədəniyyətlərinin və etnik quruluşlarınındaxil olduğu bölgələr xaosa girdilər.
Bu hadisələrdən sonra başdaHarvard Universitetindən prof. Samuel P. Huntington olmaqla bir neçə nəzəriyyəçi, ümumiyyətlə, müxalif müddəa ortaya ataraqqarşıdakı illərin mədəniyyətlər qarşıdurmasına səhnə olacağını iddia etdilər. Bu insanlara görə mədəniyyətlər arasındakı mədəni fərqlər fikri qarşıdurmalara səbəb olacaq və bu qarşıdurmalar qütbləşmələri sürətləndirib əməli hala gələcəkdir.
Samuel P. Huntington, 1993-cü ildə yazdığı 23 səhifəlik bir məqalə ilə "Mədəniyyətlər Qarşıdurması" müddəasını ortaya atmışdı. Bu müddəa ilk dəfə ortaya çıxdıqdafərqli reaksiyalar oldu. Son dövrdəki hadisələr və qərbli bəzi dövlət adamlarını çıxışlarıbu müddəa haqqındakı mübahisələri təkrar canlandırdı.
Dünya yeni bir dövrə girərkən Huntington da Fukuyama kimi ideologiyaların həllediciliyininsona çatdığını və dinlərdən qaynaqlanan mədəniyyətlər dövrünəqayıdıldığını ortaya atırdı. Yazıçınınfikrinəgörə, bu dövrdə mədəniyyətlər arasındakı qarşıdurmalar getdikcəçoxalacaqdır. Önümüzdəki əsrdə dünya tamamilə bu qarşıdurmalara şahid olacaqdır. Huntington ən böyük qarşıdurmanın isə Qərb və İslam mədəniyyətləri arasında baş verəcəyini nəzərdə tuturdu.
Mədəniyyətlər qarşıdurması fikrinə Quranda bildirilən həll yolu
Quranda insanlara qarşıdurma deyil, sülh və rahatlıqvəd edilir. Allah Quranda insanlar arasında fərqli dinlərdən də olsa razılaşma və insanpərvərliyin olmasının vacib olduğunu belə bildirir:
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allah'dan başqasına ibadət etməyək. (Ali İmran surəsi, 64)
Bu həqiqət Huntingtonun mədəniyyətlər qarşıdurması iddiasını tək başına etibarsız edir. Qarşıdurma ola bilməsi üçün iki tərəfin də təcavüzkar və dalaşqandüşüncəyə sahib olması lazımdır.
Halbuki İslam digər dinlərə və mədəniyyətlərə qarşı insanpərvər və kompromisə gələndir. XX əsrdə baş verən bəlaların səbəbi isə əsasənXIX əsrdə ortaya atılan fikirlər idi. İlk dövrlərdən etibarən yaradılışı inkar edən və maddənin mütləq varlıq olduğunu iddia edən ideologiyalar Darvinin ortaya atdığı təkamül nəzəriyyəsindən güc alaraq hər tərəfəyayıldılar. Bu düzgün olmayan ideologiyalar bir anda cəmiyyətlərin həyat fəlsəfəsi halına gəldi.
Materialist ideologiyaların cəmiyyətlərdəki tətbiqi, zəifi əzən, dövlətə qarşı olan, ailə anlayışını heçə sayan, sülh, sabitlik, qardaşlıq tanımayan, sevgi, vəfa, hörmət kimi mənəvi dəyərlərdən uzaq, heç bir əxlaqi dəyəri qəbul etməyən, sənətdən, elmdən zövq almayan nəsillər meydana gətirərək, yalnız maddəyə əhəmiyyət verən bir anlayışın hakim olması şəklində idi. Materialist anlayışla cəmiyyətlərə təlqin etdikləri fikirlər nəticəsində də Allah'ın varlığını və dini inkar edən, heç kimə qarşı məsuliyyətli olmadığını düşünən kütlələrin meydana gəlməsi hədəflənmişdir. XX əsrin müharibələrin, bəlaların və çətinliklərin əsriolaraq tarixə düşməsi belə materialist düşüncənin nəticəsidir.
Bu hadisələr Allah'ın qulları üçün seçib bəyəndiyi İslam əxlaqını yer üzündə hakim edəcəyi vədinin yaxınlaşmasının da bir əlamətidir. Quranın bir çox ayəsindən aydın olduğu kimi, Allah İslam əxlaqını dilədiyi qullarını vəsilə edərək hakim edəcəyini müjdələyir. Allah«Nur» surəsinin 55-ci ayəsində bu vədini belə bildirmişdir:
Dünyanın gələcəyi ilə əlaqədar nəzəriyyələr təqdim edənlərbir-birlərindən fərqli düşüncələrə sahib kimi görünsələr də bunların ortaq xüsusiyyətləri var. O da pessimizmdir. Materialist dünyagörüşü ilə qiymətləndirdikləri hadisələr ümidvar olmalarına maneə olur. Daha da əhəmiyyətlisi Allah'ın inanan qulları üçün daim yaxşı və gözəl olanı istədiyini nəzərə ala bilməmələridir.