Hörmətli Adnan Oktarın yeni şərhləri (20 may 2016; 16:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (20 may 2016; 16:00)

1306

HZ. MEHDİ (Ə.S) ÇOX SƏBİRLİ OLACAQ

Hz. Mehdi (ə.s)-ın maksimum dərəcədə səbirli olduğu üçün mənəvi mövqeyi çox yüksələr. Çox səbirli bir insandır. Allah məni də, sizləri də hz. Mehdi (ə.s)-a tələbə etsin inşaAllah.

“Dəccalın mühasirəsi son ana qədər hz. Mehdi (ə.s)-ın üstündən qalxmayacaq” -deyir.

“Hz. Mehdi (ə.s) bütün kədərlərə və şiddətli fitnələrə səbir göstərəcək” -deyir.

Peyğəmbərimiz (s.ə.v.): “Hz. Mehdi (ə.s) səbr cəhətdən hz. Əyyub (ə.s)-a bənzəyər” -deyir.

 

HZ. MEHDİ (Ə.S) ALLAH TƏRƏFİNDƏN VERİLƏN XÜSUSİ BİR ELMƏ SAHİB OLACAQ

“Hz. Mehdi (ə.s)-a Allah Qatında ən yüksək Qütbü-ul aktab mövqeyi veriləcək. Mövqelərin ən yüksəyi və son mərhələsi olan mövqe veriləcək” -deyir.

“Hz. Mehdi (ə.s)-ın ictihad etmə (Allahın hər dediyini anlama) xüsusiyyəti vardır. Çalışıb qazanaraq deyil, əmin mövqeyində bunu əldə edəcəyi bildirilir”. Allah tərəfindən verilir.

“Hz. Mehdi (ə.s)-a hələ uşaqlığındaykən çox elm və əməl lütf ediləcək”.

İbni Kəsrdəki hədisə görə: “Elm və təmkin hz. Mehdi (ə.s)-ın zinəti olacaq”.

“Onun uzun elm öyrənməyə ehtiyacı yoxdur”. Yəni universitetdə, hər hansı bir yerdə “elm öyrənməyə ehtiyacı yoxdur. Çünki Allah tərəfindən, Axırzamanın ən dəhşətli dövründə olduqca əhəmiyyətli bir xidmətlə vəzifəli olaraq göndəriləcək. Onun üçün də bu elminə fövqəladə bir tərzdə qovuşacaq”. Yəni məktəblə, mədrəsəylə deyil. Hədislərdə də var, onu bir çox alim də söyləyir.

 

CƏNNƏT DÜNYANIN DAHA MÜKƏMMƏLİDİR, BİZƏ YAD OLACAQ BİR YER DEYİL

Cənnət dünyanın daha mükəmməli, daha əslidir. Yad bir yer deyil.

Cənnətdə dünyadakı bütün texniki cihazların ən inkişaf etmişləri vardır. Allah bunları da eyni sistemlə yaradır. Axirətdə ən mükəmməli vardır. Avtomobil, gəmi, təyyarə, hamısı vardır. İstəyən avtomobil yarışı edər, istəyən qayıq yarışı edər. Yəni xoşuna gələn hər şey cənnətdə mövcuddur. Çünki cənnətə gedən onsuz deyir. “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”- deyəcəklər. Halbuki onlara (dünyadakının) oxşarı veriləcəkdir”. (Bəqərə surəsi, 25) Cənnətdəki də əslidir. “Dünyada bənzərini görmüşdük” -deyirlər.

 

CƏNNƏT BİR ADDIMDA KEÇİLƏCƏK QƏDƏR YAXINDIR

Cənnət yaxın, Allah Qaf surəsi 31-ci ayədə buyurur: “Cənnət də, müttəqilər üçün uzaqda deyil, (o gün) yaxınlaşdırılmışdır”. Cənnətin yaxın olduğunu söyləyir. İnsanlar çox uzaqda zənn edirlər, halbuki cənnət bir addımda keçiləcək kimidir. “(O gün) Cənnət təqva sahiblərinə yaxınlaşdırılar”. (Şuəra surəsi, 90).

 

ƏSL HƏYAT CƏNNƏTDƏ BAŞLAYACAQ

Əsl həyat cənnətdə başlayır. Allah Ənkəbut surəsi 64-cü ayədə buyur: “Axirət yurdu isə əsl həyatdır”. Allah əsl həyatın orada başladığını söyləyir. Allah Hud surəsi, 23-cü ayədə deyir: “Rəbbinə boyun əyənlər, məhz bunlar Cənnət sakinləridir­”. Yəni Allah ürəkləri tam səmimiyyətlə, coşğuyla, razı olaraq Allaha bağlanmış olanların cənnətə girəcəyini söyləyir.

 

CƏNNƏT SONSUZA QƏDƏR BİTMƏYƏN BİR MƏRASİM YERİDİR, SEVGİ YURDUDUR

Cənnət sonsuza qədər bitməyən bir mərasim yeridir. Sonsuza qədər dərd, xəstəlik, çətinlik, heç bir şey yoxdur. Yuxu, yorğunluq yoxdur. İstədiyin kimi gəzərsən, amma, təbii ki, Allahı xatırlamaq var. Davamlı Allaha şükr etmə, Allahı xatırlama vardır. Namaz yoxdur. Möminlər Allah təcəlli etdiyində - gözəl bir insan şəklində təcəlli edər - möminlər dərhal Allahın təcəllisini gördüyündə səcdəyə qapanırlar. Allah, “dərhal səcdədən qalxın!. Artıq bundan sonra namaz yoxdur” -deyir. “Çünki siz namaz qıldınız. Onsuzda Mənim sizə inamım, güvənim var. “Bundan sonra yalnız salamlaşacağıq və sevginizi ifadə edəcəksiniz”. Allah möminlərə, möminlər də Allaha sevgisini ifadə edir. Allah da möminləri sevdiyini söyləyir. Möminlər də Allahı sevdiyini söyləyirlər. Cənnət sevgi yurdudur.

 

CƏNNƏTDƏ ÜRƏK SEVGİNİ HİSS ETMƏK ÜÇÜN, AĞCİYƏRLƏR GÖZƏL QOXUNU İÇİNƏ ÇƏKMƏK ÜÇÜNDÜR

Cənnəttə insanların iç orqanları yoxdur. Ürəyi var, ciyəri var. Amma bizim anladığımız mənada deyil. Ürəyi də bizim anladığımız mənada deyil. Qan vurmaz. Həyəcanı hiss etmək üçün var. Nəfəs almaq üçün də ciyəri olar. Yəni gözəl qoxunu almaq üçün ehtiyacı var. Nəfəsə, havaya ehtiyacı yoxdur. Amma dünyada alışdığı üçün xoşuna gəlir.

 

CƏNNƏTDƏ MÖMİNLƏR ƏN ÇOX ALLAHIN TƏCƏLLİSİNİ GÖRMƏKDƏN HƏZZ ALACAQLAR

Möminlərin cənnətdə ən xoşlarına gələn şey Allahı görməkdir. Allahı gördüklərində şiddətli həzz alırlar. Yəni müdhiş bir sevinc meydana gəlir. Allah salam verdiyində möminlər zövqdən özlərini itirir. Yəni xüsusi bir hala gəlirlər. Özlərini itirirlər.

CƏNNƏTDƏ HƏR KƏS GÖZƏL ƏXLAQLIDIR. KİN, HİRS, QORXU, HÜZN YOXDUR

Cənnəttə hər kəs gözəl əxlaqlıdır. Allah Rəhman surəsi, 70-ci ayədə buyurur: “Orada xasiyyətləri gözəl, üzləri gözəl qadınlar vardır” -deyir. Kin, hirs heç bir şəkildə yoxdur. Qorxu yox. Narahatlıq yox, kədərlənmə yox. Dünyada xüsusi verilmişdir onlar. Allah cənnət üçün, “Onda əbədi olaraq qalıcıdırlar, ondan ayrılmaq istəməzlər” –deyir. Kəhf surəsi 108-ci ayədə. Heç bir şəkildə ayrılmaq istəməzlər.

 

DÜNYADA ÖYRƏNDİYİMİZ MƏDƏNİYYƏT CƏNNƏTDƏ DƏ DAVAM EDƏCƏK

Heç kimin xidmətə ehtiyacı yoxdur. Amma dünyada xidmət edilmək xoşuna gəldiyi üçün cənnətdə civanlar, qılmanlar xidmət edirlər. Məsələn, yeməyi, qabı onlar gətirirlər. Halbuki qaba “gəl” deyərsən gələr. Suya “gəl” deyərsən gələr. İçkiyə “gəl” deyərsən gələr. İşarə etsə, ürəyindən keçirsə dilədiyi şey gələr. Amma orada xoşuna gəlsin deyə xidmətçi gətirir. Yəni mömin dünyada alışdığı üçün, dünyadakı mədəniyyətiylə orada davam edir.

Məsələn, döşəklər var. “Oh” deyə dərhal birbaşa özünü döşəyin üzərinə atır. Əslində yatmağa ehtiyacı olmadığı üçün döşəyə də heç ehtiyacı yoxdur. Döşəyi neynəyir? Döşəkdə yatılar. Heç ehtiyacı yoxdur. Yəni cənnətin hər yeri döşək kimidir. İstədiyi an rahatca yata bilər, uzana bilər. Amma dünyada alışdığı hər şeyi orada edir. Məsələn, ayaqqabılar, paltarlar var. Ayaqqabıya ehtiyacı yoxdur. Yəni ayaqqabıya nə ehtiyacı olacaq? Cənnətdə tikan yox, kol yox. İstəsə çılpaq ayaqla da gedər, amma ayaqqabı var. Məsələn, köynək geyir. Paltar geyir. Bəzəkli, gözəl olmaq üçün bütün paltarları geyir. Xoşuna gəlir. Məsələn, cənnət yastığı var. Cənnət yastığına ehtiyacı yoxdur. Sadəcə bəzək olaraq alışmış, istəyir. Yastıq, başı rahatlasın deyə, boynu ağrımasın deyə deyil, bəzək olsun deyə var. Onsuz da orada elə bir dərd yoxdur. Amma Allah tərəfindən xüsusi olaraq bəzəkli gözəl yastıqlar var.

 

DÜNYA İMTAHAN ÜÇÜN ƏSKİK YARADILMIŞDIR. ALLAH ƏYLƏNCƏ DİLƏDİYİMDƏ ƏN MÜKƏMMƏLİNİ EDƏRƏM” DEYİR, BUNU CƏNNƏTDƏ GÖRƏCƏYİK

Allah Ənbiya surəsi, 17-ci ayədə deyir: “Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz dərgahımızda olanlardan hazırlayardıq”. Yəni dünyada yarım əskik imtahan mühiti olduğu üçün Allah: “Mən bunu xüsusilə yarım, əksik yaratdım. Dünyanı imtahan üçün əksikliklərlə dolu yaratdım. Oyun -əyləncə yaratmaq istəsəm mükəmməlini, şanıma laiq olanın hazırlayaram” -deyir.

Allah üçün dürüst, səmimi olmaq, yaxşı insan olmaq kifayətdir. Allah: “Səmimi olan qullarım qurtular” -deyir. Səmimi olmaq əhəmiyyətlidir.

Sevgi imanın dərəcəsinə görə ən yüksək dərəcədə olur. Yəni sevmək üçün güc sərf etmir. Onsuz da sevgi hazır olur.

 

HZ XIZIR İSTƏDİYİ AN İSTƏDİYİ YERDƏ OLUR VƏ İSTƏDİYİ ƏŞYANIN ŞƏKLİNƏ GİRİR. MƏHZ BU, CƏNNƏTDƏ OLAN MODELDİR

Cənnəttə könüllərin istədiyi hər şey olur. Allah Qaf surəsi, 35-ci ayədə buyurur: “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır”. Dilədiyi hər şey var. Havada uçmaq istəyir, məsələn, yaxud bir ördəyin üstündə uçmaq istəyirsə ördəyin üstündə uçar. Tək başına uçmaq istəyirsə tək başına uçar. Ağlına, xəyalına gələn nə varsa, məsələn, istəsə ayaqqabısının içinə girib də uça bilər. Nə istəyirsə olar. Hər cür həcmi ala bilər, hər şəklə girə bilər. Məsələn, bu, Xızır (ə.s)-da var. Cənnətdə əsl hakim olan xüsusiyyətlərdən bir hissəsi dünyada Xızır (ə.s)-a verilmişdir. İstədiyi əşyanın şəklinə girir. İstədiyi an istədiyi yerdə olur. Əslində çox asan və əsl sistem budur. Amma Allah dünyada imtahan olaraq bu sistemi yaşatmır. Əsl sistem budur.

 

CƏHƏNNƏM MƏNƏVİ ƏZABLARIN ÇOX OLDUĞU BİR YERDİR

Cəhənnəm hər cür çətinliyin, narahatlığın yaşandığı bir yerdir. Allah ürəklərə dırmanan bir alovdan bəhs edir. Cəhənnəmdə mənəvi əzab çoxdur. Yoxsa hər yerdə qazanlar qaynayır, hər yerdə atəş yanır mənasında deyil. Allah ürəklərə dırmanan bir alovdan bəhs edir. Allah ayədə də deyir: “Cəhənnəmin yanacağı insanlar və daşlardır”. İnsan cəhənnəmə əzabını özüylə gətirir. Özünü yandıracaq əzabı özü gətirir. Dünyadakı bütün çətinliyi onunla birlikdə cəhənnəmə gedir. Sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyəti var ki, cəhənnəmdə də davam edir. Allah cənnətdə bunları möminlərin üzərindən qaldırır. Küfrün isə üzərindən qaldırmır. Cəhənnəm əhli cəhənnəmə öz alovu ilə gedir. Orada öz alovu ilə yanır.

 

CƏHƏNNƏMİN MƏQSƏDİ MÖMİNLƏRİN CƏNNƏTİ SEVMƏSİDİR. KÜFR CƏHƏNNƏMDƏ DƏ ARSIZLIĞINA DAVAM EDƏR

Cəhənnəmin yaradılma məqsədi, cənnət əhlinin cənnəti sevməsi üçündür. Əsl məqsədi budur. Yoxsa cəhənnəm küfr əhli üçün əhəmiyyət daşımaz. Eyni arsızlıqlara, eyni həyasızlıqlarına davam edərlər. Yəni küfr əhli cəhənnəmdən təsirlənmir. Allah: “Peşmanlıqlarını gizləyərlər” -deyir. Peşmanlığı gizləmək nə deməkdir? Arsızlığı davam edir deməkdir. “Rəbbinizə söyləyin sizə verdiklərindən bizə də versin” -deyirlər. Özü Allahdan istəmir. Güruruna sığışdırmır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo