2012-ci ildə satışa çıxarılan və türk dilində ilk dəfə 2015-ci ildə nəşr edilən “Sapiens” kitabı “insan növünün qısa tarixindən” bəhs etdiyi iddiası ilə ortaya çıxdı. Ateist bir çox elmi və fəlsəfi yayımda olduğu kimi, bu kitab da guya təkamül prosesi ilə insanın tarixini izah etməyə çalışır. Kitabın adı olaraq seçilən "Sapiens" sözü də insanın tarixi, siyasi və sosial cəhətlərini vurğulamaq yerinə, təkamül iddialarını önə çıxarmaq üçün şüurlu şəkildə seçilmişdir. Qüds İbrani Universitetində tarix üzrə professor olan Hararinin yazdığı bu kitabın tarix kitabı olmadığı çox açıqdır. Kitabda insanın “təkamül prosesi” və sosial darvinizmdən bəhs edən ateist ideologiyanı təbliğatı hakimdir.
Kitab elmi cəhətdən bəşəriyyət tarixindən bəhs etdiyini iddia etsə də, əvvəldən axıra qədər hər cümləsində darvinist düşüncənin izləri görünür. Kitabda darvinizm elmi dəlillər təqdim edilmədən şübhə yoxmuş kimi oxucuya təqdim olunur. Bu məhdudiyyət üzərində formalaşdırılan "bəşər tarixinin inkişafı" sanki nağıl kimi canlandırılır. Kitab tarixi kitab xüsusiyyəti daşımır və heç bir elmi sübutu olmayan təkamülçü məntiqə əsaslandığı üçün biologiya elmi nöqteyi nəzərdən də elmi dəyəri yoxdur. Müəllifin ateist düşüncə tərzi ilə yazdığı kitab fəlsəfə kitabından başqa bir şey deyil.
Kitabın yeganə müsbət tərəfi "darvinist düşüncə cəmiyyətə hakim olsa, dünyanın necə bir qarışıqlıq içinə düşəcəyi" həqiqətinə yer verməsidir. Kitabda darvinist düşüncənin nəticəsi olan vəhşi kapitalizm, faşizm və kommunizmin cəmiyyətə bədbəxtlik gətirəcəyi açıqlansa da, problemə hər hansı həll yolu göstərilmir.
Kitab tarixi məlumatlardan çox təkamül ideologiyasından ibarət olduğuna görə içindəki təkamül xarakterli şərhlərə cavab vermək çox əhəmiyyətlidir. İnsanın təkamüllə deyil, Allahın yaratması ilə var olduğunun açıq şəkildə ortaya qoyulması kitabın bütün fəlsəfəsini alt-üst edəcək. Dünyanı təsirinə salmış yanlış sistemdən xilas olmağın yeganə yolunun Allah inancının dünyaya hakim olması ilə mümkün olduğu bir daha xatırladılacaqdır.
Kitabdakı bütün iddialara cavablar Harun Yəhya əsərləri və internet səhifələrimizdə mövcuddur. Burada iddiaların hamısını cavablandırmaq mümkün olmadığından əsas müddəalar cavablandırılmışdır.
"6 milyon il əvvəl yaşamış ortaq əcdad" iddiası
Təkamülçü məntiqdə insanın başqa heyvanlardan fərqli olmadığı və insanın heyvanlarla ortaq əcdadı olduğu nağılı təlqin edilir. Harari də kitabının ilk səhifələrində bu iddianı nağıl üslubunda vermişdir:
"Xoşumuza gəlsə də, gəlməsə də böyük meymunlar adı verilən səs-küylü və böyük bir qrupun üzvüyük... 6 milyon il əvvəl bir dişi meymunun iki qızı oldu. Bunlardan biri bütün şimpanzelərin əcdadı, digəri də bizim nənəmiz oldu". (Yuval Noah Hararı. Sapiens İnsan Növünün Qısa Tarixi. Kollektiv kitab, 2015, səh. 19)
Hekayə janrında, elmdən uzaq şəkildə ortaya atılan bu iddia hər hansı bir dəlil olmadan öncədən qəbul edilmiş təkamülçü zehniyyətlə yazılmışdır. İlk öncə qeyd edək ki, indiyədək darvinistlərin bu iddiasını sübut edən bircə keçid forma belə tapılmayıb. Tapılması da mümkün deyil. Belə ki, bugünə qədər tapılan 700 milyondan çox fosil dəyişməmiş, dolayısilə də təkamül keçirməmiş canlılara aiddir. "Ortaq əcdad" iddialarını sübutuna dair, heç bir elmi dəlili olmayan təkamülçülərin bu batil inanclarının mənbəyi "homologiya" adı verilən fərqli canlı növlərindəki oxşar xüsusiyyətlərdir. Təkamülçülərə görə meymunların da bizim kimi əllərinin olmasının səbəbi guya onların təkamül keçirən qohumlarımız olmalarıdır.
Təkamülçülər bir-birinə oxşar hesab etdikləri canlıları bir-birinin əcdadı və ya ortaq əcdaddan gələn qohumlar kimi göstərməyə çalışırlar. Elmi dəlillərlə dəstəklənməyən bu iddia ancaq batil inanc kimi dəyərləndirilə bilər. Fərqli canlı növlərinin quruluş baxımından oxşarlığı biologiyada "homologiya" adlandırılır. Təkamülçülərin homologiya ilə bağlı iddialarının ciddi qəbul edilməsi üçün oxşar orqanlar oxşar DNT şifrələri tərəfindən kodlanmalıdırlar. Halbuki oxşar orqanlar əsasən çox fərqli genetik kodlar əsasında müəyyən olunur. Fərqli canlıların DNT-lərindəki oxşar genetik kodlar da olduqca fərqli orqanlara uyğun gəlir. Bundan başqa, ortaq əcdad iddiasının əsaslı ola bilməsi üçün keçid formalar olmalıdır. Ancaq fosil qeydlərində rast gəlinən canlılar mükəmməl orqanlara malik olaraq ortaya çıxan və dəyişmədən nəsillər boyu varlığını davam etdirən növlərdən ibarətdir. Bu da təkamül prosesinin baş vermədiyinin və canlıların yaradıldığının ən böyük sübutudur.
Təkamülün xəyali mexanizmi əcdaddan budaqlanmağa (divergent) doğru işləməlidir. Halbuki təkamülçülərin öz çəkdikləri təkamül ağacı ssenarilərində belə aralarında qohumluq əlaqəsi qura bilmədikləri canlıların oxşar xüsusiyyətlər daşıdığı məlum olmuşdur. Bu da təkamülün divergent olması ilə bağlı məntiqə tamamilə ziddir. Bütün fərziyyələri çıxılmaz vəziyyətdə qalan təkamülçülər bu məqamda daha fərqli hipotez xəyalı quraraq adını "convergent (müxtəliflikdən ortaqlığa) təkamül" qoyurlar. Məhz bu, təkamül məntiqinin iflasa uğradığı nöqtədir. Riçard Doukinz gözün 40 dəfə təkamül keçirdiyini iddia edir, lakin bu iddianın məntiqsizliyi hər kəsə məlumudur. Bir orqan təsadüflər nəticəsində 40 müxtəlif təkamül prosesindən keçirərək eyni nəticəyə çata bilməz. Bu ancaq şüurlu üst ağılın yaratması ilə mümkündür.
Canlılardakı oxşarlıqlardan yola çıxaraq nəzəriyyələrini sübut etməyə çalışan təkamülçülər üçün böyük problemlərdən biri də tamamilə fərqli gen quruluşundan eyni fiziki xüsusiyyətin ortaya çıxmasıdır. Məsələn, kamuflyaj ustası bir çox canlı ilə yaşadığı mühit arasında mükəmməl oxşarlıqlar mövcuddur . Şəkillərdə gördüyümüz böcək növlərinin heç birinin gen düzülüşü üzərində dayandığı bitkinin gen düzülüşü ilə oxşar deyil. Fərqli genetik quruluşlardan bu cür oxşar fiziki xüsusiyyətlərin meydana çıxması əlbəttə ki, heyranedicidir. Həm bitkinin, həm də həşəratın genetik quruluşuna hakim üstün Yaradıcı olmadan belə bir sənət möcüzəsinin meydana çıxması mümkün deyil. Kamuflyaj xüsusiyyəti olan bu canlılar Yuval Noah Harari qaynaqlı ortaq əcdad iddiası irəli sürən təkamülçülərin fərziyyələrini də çürüdür.
Homologiyaya əsaslanan təkamül məntiqi qurmaq ancaq texnologiyanın yetərsiz olduğu və genetika haqqında məlumatın olmadığı Lamark yaxud Darvin dövründə ortaya atılması mümkün olan fərziyyədir. DNT, RNT və zülalın quruluşunun incə təfərrüatlarına qədər məlum olduğu, canlıların inkişafı prosesinin çox həssas tarazlıqlarla getdiyinin ortaya qoyulduğu hazırkı inkişaf etmiş elm səviyyəsində belə bir iddianın yaşadılması ancaq keçmiş təkamül inanclarının inadla davam etdirilməsi şəklində şərh edilə bilər.
“100 min il əvvəl 6 fərqli insan növünün yaşadığı” iddiası
Bildiyimiz kimi, klassik darvinist düşüncənin təkamül mexanizmi kimi ortaya atdığı iddialardan biri təbii seçmədir. Təbii seçmənin işləmə prinsipi cəmiyyətdə müxtəliflik olmasını tələb edir. Cəmiyyətin quruluşunun müxtəlif olmadığı bir şəraitdə təbii seçmənin "güclü olan həyatda qalır" iddiasının işləməyəcəyini düşündükləri üçün təkamülçülər ortaya hər zaman müxtəliflik və genetik fərqlilik çıxarmağa cəhd edirlər. Belə cəhdləri də adətən spekulyasiyaya açıq və təkzibinin çətin olduğunu düşündükləri keçmişə aid fosil qalıqlarında özünə yer tapır. İnsanın tarixi ortaya çıxışı mövzusu da spekulyativdir. Təkamülün ortaya atılmasından günümüzə qədər keçən zaman ərzində insan və meymun növlərinə aid fosillər üzərində bir çox həqiqəti əks etdirməyən spekulyasiya, hətta saxtakarlıqlar edilərək insanabənzər, keçid forma və ya yeni insan növü iddiaları ortaya atılmışdır. Harari də kitabın başlanğıcında 100 min il əvvəl 6 fərqli insan növünün eyni anda yaşadığını və homo sapiensin digərlərinə üstün gələrək dünyada yeganə insan növü kimi qaldığını iddia etmişdir. Fərqli növlər olduğu iddia edilən insanlar homo neanderthalensis, homo erectus, homo soloensis, homo floresiensis, homo denisova və homo sapiens fərqli insan irqləridir. Dövrümüzdə eskimoslar, çinlilər, türklər kimi fərqli insan irqləri olduğu kimi, o dövrdə də fərqli irqlər olmuşdur. O dövrdəki insanlarının xüsusiyyətləri aşağıdakılardır:
Neandertallar:
Avropa və Asiyada e.ə. 200-30 min illərdə yaşamış iri və güclü insan irqidir. İlk dəfə fosilləri tapılanda "dik yeriyə bilməyən keçid növ" kimi təqdim edilmələrinə baxmayaraq, bu iddianın səhv olduğu sonradan sübut olunmuşdur. Keçid növ olduğu, insanın əcdadı olduğu iddiaları əsassız olduğu məlum olduqda bu dəfə də (Hararinin də iddia etdiyi kimi) sapienslə eyni dövrdə yaşamış, amma sapiens tərəfindən aradan qaldırılmış növ olduğu iddiası ortaya atıldı. Sırf anatomik fərqlərin canlının başqa növ olduğunu sübut etməyə kifayət etməyəcəyinin şüurunda olan təkamülçü dairələr son "elmi" dəlillərinə genetik araşdırmaları da əlavə etdilər. Guya müasir insan 1-4% neandertal geni daşıyırdı. Yəni nəsli kəsilməmiş, qarışmışdılar. Halbuki bu iddia tamamilə məntiqsizdir. 100 min il əvvələ aid bir DNT-nin sağlam şəkildə tapılması, digər canlılardan və mikroorqanizmlərdən ayırd edilməsi və düzgün gen ardıcıllığının müəyyən edilməsi qeyri-mümkündür. İnsanın meymunla 95-98% oxşar genetik quruluşa malik olduğu iddia edildiyi halda, neandertalla təkcə 1-4% gen oxşarlığını iddia etmək ağılsızlıqdır. Sapiens və neandertal eyni növün fərqli irqləridir. "Elmi" jurnal və laboratoriyalarda fərqli növ ortaya çıxarma cəhdləri təkamülçü iddiaları sübut etmək baxımından faydasız tədqiqatlardır. ("Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır)
Soloensis:
Üz qismi natamam 12 kəllə qutusundan ibarət Keniyada tapılmış fosil qalıqlarıdır. Soloensis kəllə qutularının hansı canlıya aid olduğuna təkamülçülər qərar verə bilməmiş və nəticədə kəllə qutuları pələng (!), neandertal adamı və ən sonda "müasir insan" kimi qeyd edilmişdir. Solo kəllə qutularına verilən adlar də təkamülçülərin hansı vəziyyətdə olduğunu göstərmək baxımından əlamətdardır. Kəllə qutuları bu şəkildə adlandırılmışdır: homo (javanthropus) soloensis. homo soloensis, homo primigenius asiaticus, homo neanderthalensis soloensis, homo sapiens soloensis, homo erectus erectus, homo erectus, və ən son olaraq homo sapiens.
Bu da insanın xəyali təkamülü ssenarisini tədqiq edən antropologiyanın nə qədər etibarsız olduğuna bir işarədir. (Keniyada tapılan kəllə sümüyü ilə bağlı yanlışlıqlar)
Floresiensis: (Flores adamı)
İndoneziyanın Flores adasında tapılan 18 min illik 8-12 insana aid qalıqlardan ibarət fosillərdən biri olan homo floresiensis isə 1 metr boya və 380 sm3 beyin həcminə malik idi. Çənə və bilək quruluşunda "adi" homo sapiensdən fərqli xüsusiyyətləri var idi. Təkamülçülər bunları meymunabənzər xüsusiyyətlər olaraq dəyişdirmiş və fosilləri insanın təkamülündə homo sapiensdən fərqli növ kimi təqdim etmişdilər. Lakin daha sonra aparılan araşdırmalar bu insanın mikrosefaliya adlanan böyümə hormonu çatışmazlığından qaynaqlanan, fiziki və zehni inkişafa əhəmiyyətli dərəcədə təsir edən xəstəliyə tutulduğu müəyyən edilmişdir. Yəni homo floresiensis fərqli növ deyil, xəstəliyi olan bir insan idi. (Homo floresiensis və təkamül nağılı haqqında ortaya çıxan həqiqətlər)
Denisova:
Bu fosillər arasında ən son ortaya atılanlardan biridir. Əslində burada bir fosilin mövcudluğundan da bəhs edilə bilməz. Tapılan təkcə 0,5 sm-lik barmaq sümüyü hissəsi və iki dişdən ibarətdir. Təkamülçülər bu kiçik qalıqlardan bəşəriyyət tarixini və gen transferini yenidən yazmağa çalışmışlar. Denisova da neandertal kimi "genetik" araşdırmalarla dəstəklənməyə çalışılmışdır. Halbuki bu halda da fərqli insan növünün varlığını dəstəkləyən bir dəlil yoxdur. ("Science Mag"dan uydurma "insanabənzər" nağılı: denisovanlar)
Göründüyü kimi, Hararinin 6 müxtəlif növ iddiası elmi həqiqətlərlə uyğun gəlmir. Bu insan qalıqlarının bir hissəsi xəstə, bir qismi saxta uydurulmuş fosillərdən, bir qismi də fiziki cəhətdən fərqli olan fərdlərdən ibarətdir. Dövrümüzdəki insan irqləri fiziki olaraq bir-birindən fərqli olduğu kimi, bundan 100 min il əvvəl də fərqli olmuşlar. Bu onların fərqli fenotipə malik fərdlər olmasının dəlilidir. İnsan ilk yaradıldığı andan dövrümüzə qədər keçən müddətdə ancaq bir növ kimi mövcud olmuşdur.
Böyük beyin, yüksək zəka yanlışlığı
Təkamülçülərin müxtəlif növləri bir-birilərinin əcdadı kimi göstərmək cəhdlərində əsaslandıqları vacib məqamlardan biri beyin həcmidir. İddiaya görə, beyin həcmi böyüdükcə zəka artmış və müasir insanda ən yüksək səviyyəyə çatmışdır.
Təkamülçülərin bu qədər həqiqətdən uzaq ssenari yazmağına səbəb olan amil isə xüsusilə paleontoloji sahədəki dəlillərin azlığıdır. Beyin yumşaq toxumadır. Yumşaq toxumalar bəzi xüsusi şərtlər istisna olmaqla çətin fosilləşirlər. Bu səbəbdən insan beyninin quruluşuna dair heç bir fosil qalığı yoxdur. Harari də bu əsassız iddianı dayaq nöqtələrindən biri etmişdir. Hararinin kitabındakı nağıl sayağı izahlar belədir:
"Ən erkən kişi və qadının 2,5 milyon il əvvəl beyinləri təxminən 600 sm3 idi. Müasir sapiensin beyni isə orta hesabla 1200-1400 sm3-dir. Neandertal beyni isə daha böyük idi". (Yuval Noah Harari. Sapiens insan növünün qısa tarixi. Kollektiv kitab, 2015, səh. 22)
Halbuki 600 sm3 beyinə malik ilk insan olaraq ortaya atılan homo habilis, Australopithecus (avstralopitek) adlanan meymunlara daxildir. Eynilə australopithecus kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet sistemi var. Əl və ayaq barmaqları dırmaşmağa əlverişlidir. Bir sözlə bəzi təkamülçülər tərəfindən ayrıca bir növ kimi göstərilən homo habilis əslində bütün digər australopithecuslar kimi meymun növüdür.
(http://www.harunyahya.org/tr/evrim-sozlugu/15919/homo-habilis)
Neandertal beyninin 1600 sm3 olduğunu düşündükdə indiki insandan daha geridə qalmış növ kimi göstərilməyə çalışılması beyin həcminə əsaslanan bu iddianın da əsassız olduğu mənasına gəlir. Halbuki neandertallar iri insan irqidir. Bu gün yaşayan qadın beyni orta hesabla 1200 sm3, kişi beyni isə 1400 sm3 həcmə malikdir. İnsanların beyin ölçülərinin fərqli olması böyümə və hormonal fərqlərlə əlaqədar fenotip dəyişiklikləri ilə əlaqədardır. Aparılan araşdırmalarda kişi və qadın beyin həcmləri arasındakı dəyişikliklərə baxmayaraq, IQ və funksiya baxımından heç bir fərq aşkar edilməmişdir. Bununla yanaşı, eyni beyin həcminə malik insanların IQ səviyyələri arasında böyük fərqlər də ortadadır. Təkamülçülərin məhz beyin həcminə baxaraq təsnifat və sıralama aparmaları əsassızdır.
İnsan ağlı və şüuru olan, görüntünü görüb qavrayan, bunlar ətrafında düşünüb şərh edən, danışan, mühakimə edə bilən, digər canlılardan tamamilə fərqli bir varlıqdır. Bir arı və ya qarışqa koloniyasındakı nizamı bu canlıların kiçik beyinlərinə aid etmək necə mümkün deyilsə, insandakı bu xüsusiyyətləri də beynin quruluşu ilə izah etmək imkansızdır. İnsanlarla digər canlılar arasında ən mühüm fərq insanın şüur sahibi olmasıdır. Digər canlılar Allahın onlara verdiyi ilham çərçivəsində şüursuz hərəkət edirlər.
Darvinistlər meymunların bəzi davranışlarını insanlara bənzədərək çox həyəcanlanır və meymunların insanların qohumları olduğu nəticəsini çıxarırlar.
Dövrümüzdə istər meymun, istərsə də insan beyni üzərində aparılan araşdırmalara anatomik quruluş cəhətdən yanaşdıqda bu sadalanan xüsusiyyətləri açıqlaya bilən qədər fərq irəli sürülə bilməmişdir. İnsanı digər heyvanlardan ayıran ağıl, şüur, mühakimə kimi xüsusiyyətləri məhz anatomik və fizioloji xüsusiyyətlərlə açıqlamaq mümkün deyil. İnsanı digər heyvanlardan ayıran ən əsas xüsusiyyəti “Ruh sahibi” varlıq olmasıdır. O ruh isə bütün varlıqları yaradan uca Allaha məxsusdur.
"Keçmişdə insanın çox az şey istehsal etdiyi" iddiası doğru deyil
Harari və digər təkamülçülərin digər bir iddiası da "keçmiş nəsillərin çox az şey istehsal etdiyi" ilə bağlıdır. Bu iddiadakı əsas məqsəd bəşəriyyətin istər zəka, istərsə də mədəni olaraq sadədən mürəkkəbə getdiyi iddialarını sübut etməyə çalışmaqdır. Darvinistlər ilk insanların heyvanlarınkına oxşar düşünmə qabiliyyətinə malik, ibtidai beyinlərinin olduğunu, beyinlərinin inkişafı ilə birlikdə daha çox şey istehsal edə bildiklərini müdafiə edirlər. Buna dəlil kimi isə "daş dövrü" olaraq adlandırılan xəyali dövrdə çaxmaq daşından, bir neçə dəyənək və bıçaqdan başqa heç bir alətin tapılmadığını nümunə göstərirlər. Halbuki bu tərz sübut keçmiş həyatın necə olduğuna dair etibarlı məlumat verə bilməz.
300-500 il əvvələ aid bir çox əşyanın təbii şəraitdə sıradan çıxdığı hər kəsə məlumdur. Keçmiş dövrə aid əşyaların xarab olmaması üçün xüsusi şəraitdə qorunması da bəzən kifayət etmir. Təbii şəraitdə bu prosesin sürətləndiyi danılmazdır. Metal əşyaların 1500 ildən çox korroziya olmadan qalması elə də mümkün deyil. Daşlar da zaman keçdikcə aşınıb keyfiyyətini itirirlər. 3000-4000 illik piramidalar belə ciddi şəkildə aşınıblar.
Bu halda təkamülçülərin iddialarına dəlil olaraq təqdim etdikləri yaxşı qorunmuş mühitlərdən qalma bir neçə daş əşyanın 100 min, hətta 10 min il öncəki həyatı bütöv əks etdirmədiyi çox açıqdır.
Dolayısilə tarixdə "ibtidai" insanların yaşadığı daş dövrü deyilən bir zamanın olduğu iddiası yalandır. Tarixin heç bir dövründə ibtidai insan mövcud olmamış, təkcə daşdan düzəldilən alətlərin olduğu ibtidai dövr yaşanmamışdır . Bəşəriyyət tarixinin hər dövrü böyük mədəniyyətlər ehtiva edir. Belə ki, qədim dövr mədəniyyətlərinin bəzi kəşflərini hal-hazırda da həyata keçirə bilmirik.
İnsanın fiziki quruluşu ilk insandan bəri eynidir. Ağıl və şüur səviyyəsi dövrümüzdə necədirsə, ilk insanda da eyni səviyyədədir. Sadədən mürəkkəbə doğru bir cəmiyyət olmayıb. Tarixin müxtəlif dövrlərində bir çox yüksək səviyyədə inkişaf etmiş mədəniyyətlər olmuş və bunlar bir müddət sonra yox olmuşdur. Bu zaman o vaxta qədər mövcud olan məlumatlar da yox olmuş, mədəni və elmi təşəkkül təkrarən yaşanmaq məcburiyyətində qalmışdır. Bu gün necə kosmos əsrini yaşayan cəmiyyətlərlə, elmdən, texnoloji imkanlardan uzaq sadə həyat tərzinə malik icmalar eyni dünyada yaşayırsa, keçmiş dövrlərdə də elm və texnologiya baxımından yüksək səviyyəli mədəniyyətlər mövcud olmuşdur.
"Dik yerimə xüsusiyyətinin zaman keçdikcə əldə edilməsi" yalanı
Hararinin “Sapiens” adlı kitabındakı nağılvari izahlardan biri bu şəkildədir:
"Ayaq üstə ikən ov heyvanlarına və düşmənə qarşı savannanı gözdən keçirmək daha asandır və hərəkət etmək üçün lazım olmayan qollar daş atmaq və işarə etmək kimi işlər üçün istifadə edilə bilər. Əllərimiz daha çox şey edə bildikcə əllərin sahibləri daha müvəffəq oldular. Buna görə də təkamülün təzyiqi ovuclarda və barmaqlarda daha geniş sinir sistemi və əzələlərin inkişafını təmin etdi". (Yuval Noah Harari. Sapiens İnsan Növünün Qısa Tarixi. Kollektiv kitab, 2015, səh. 22)
Bu nağılabənzər ifadə tərzi Lamark dövründən, genetika haqqında məlumatın olmadığı illərdən qalmadır. Halbuki bu gün çox yaxşı bilirik ki, genlərdəki məlumatların fiziki quruluşumuza təsir göstərməsi ilə edə bildiklərimizin həddi müəyyən olunur. Ancaq bunun əksi, yəni etdiyimiz hərəkət və davranışların genlərimizə təsir etməsi kimi bir mexanizm əsla mümkün deyil. Genlərin mövcud olduğunun bilinmədiyi bir vaxtda idman edən, ağır çəki qaldıran insanları izləyən bir müşahidəçi təkcə ağırlıq qadırdıqca əzələ-skelet sisteminin gücləndiyini görərək belə bir səhv nəticəyə gəlmiş ola bilər. Əslində, o dövrdə belə idmançıların uşaqlarının (idman etməsələr) əzələ sistemlərinin valideynlərinə oxşamadığı müşahidə edilsə, belə bir iddia ortaya atılmayacaq.
1996-cı ildə insanın iki ayaqlı yerişi ilə bağlı tədqiqatlar aparan ingilis mühəndis Robin Krompton (Robin Crombton) hazırladığı kompüter simulyasiyaları nəticəsində meymun və insan yerişi arasında hərəkət formasının mümkün olmadığını müəyyən etmişdir. Kromptının araşdırması göstərmişdir ki, bir canlı ya iki ayağı üzərində dik yeriyə, ya da dörd ayağını istifadə edərək önə əyilmiş şəkildə hərəkət edə bilər. Bu ikisi arasındakı yeriş forması çox səmərəsizdir.
Bundan başqa, fosil qeydləri canlıların insan və meymun yerişi arası hərəkət tərzinə malik olmadığını göstərir. Fosillər üzərində aparılan ətraflı araşdırmalar australopithecus və homo habilis siniflərinə daxil edilən canlıların meymunlar kimi dörd ayaqlı və əyilmiş getdiklərini, homo erectus və neandertal adamı kimi insan irqinin eynilə bizim kimi dik yeridiyini sübut edir. Yəni iki ayaqlı dik yeriş forması yer üzündə insanlarla birlikdə və anidən ortaya çıxmışdır.
Sosial darvinizmin gətirdiyi təhlükə
Kitabda təkamül fərziyyəsini dəstəkləmək məqsədilə verilən izahlardan sonra ateist düşüncəyə söykənən fəlsəfi izahlara geniş yer verilmişdir. Dünyanın keçmişdə, hal-hazırda və gələcəkdəki düşə biləcəyi dindən uzaq həyat tərzinin meydana gətirdiyi yanlış sistemlərin təhlili verilmişdir. Diqqətçəkən məqam odur ki, kitabın müəllifinin bunları izah edərkən istər açıq, istər gizli verilən təhlükəli darvinist mesajların bu xətalı düzənə daha da dərinləşdirici təsiri olacağını əvvəlcədən görmüş olmasıdır:
"Biologiya elminə görə insanlar (haşa) yaradılmamış, təkamül keçirmişdir. Təkamül qətiyyən bərabərhüquqlu deyil. Bərabərlik ideyası yaradılış inancı ilə iç-içə keçmişdir. Əgər xristianların Tanrı, yaradılış və ruhlar haqqında miflərinə inanmırıqsa, bütün insanların bərabər olması nə mənaya gəlir?... Biologiyada haqq deyə bir şey yoxdur. Sadəcə orqanlar, qabiliyyətlər və xüsusiyyətlər var... Bəs azadlıq? Biologiyada azadlıq yoxdur. Eynilə bərabərlik, hüquqlar kimi azadlıq da insanların ancaq xəyallarında icad etdiyi və yaşatdığı anlayışdır. Bioloji dünyagörüşü ilə baxdıqda insanların demokratik qurulşlarda azad, diktatura quruluşlarında azadlıqlarından məhrum şəkildə yaşadıqlarını deməyin heç bir mənası yoxdur". (Yuval Noah Harari, Sapiens İnsan Növünün Qısa Bir Tarixi, Kollektiv kitab, 2015, səh. 118)
Bu bir neçə sətiri oxumaq belə darvinist düşüncə tərzinə malik dünyanın nə qədər vəhşi ola biləcəyini anlamaq üçün çox əhəmiyyətlidir. Təkamülçü fikirlə formalaşmış, Allaha inanmayan bir cəmiyyətdə insanların nə qədər sərhəd tanımaz hala düşəcəkləri ortadadır. Din əxlaqı çökdüyü anda həmrəylik, fədakarlıq, mərhəmət, yoxsulların və zəiflərin qorunması, bütün insanların bərabər sayılması, sevgi kimi fəzilətlər yerini, zülm, təzyiq, işgəncə, eqoizm, sevgisizlik, köləlik, öldürmə kimi təhlükəli və amansız həyat tərzinə verəcək. Haqq, ədalət, bərabərlik, azadlıq kimi anlayışlar mənasını itirəcək, güclünün zəifi, zənginin kasıbı əzdiyi bir mühit çox qısa müddətdə yaşanılmaz hala gələcək. Təkamülçü fikir bu həyat tərzini nəzəriyyənin əsasında mübarizə olduğu üçün guya təbii seleksiyanın bir hissəsi kimi qiymətləndirir və bir zərurət olaraq görür. Beləliklə guya güclü, sağlam, ağıllı nəsillərin təkamülün inkişafına kömək edəcəyi iddia edilir.
Bu amansız düşüncənin nümunələrini darvinist fikrin dünyaya hakim olduğu XX əsrdə çox yaşamışıq. Hitler, Stalin, Pol Pot kimi diktatorların zalımlığını, milyonlarla insanı necə soyqırıma məruz qoyduqlarını, Hitlerin "aşağı irq" kimi gördüyü insanları necə qaz otaqlarında öldürdüyünü, bir çox Qərb ölkəsində yüz minlərlə insanın xəstə, şikəst və ya qoca olduqları üçün necə zorla axtalandıqları və ya ölümə tərk edildiyini XX əsrdə bütün dünya görmüşdür.
Amansız rəqabətə görə dünyanın hər yerində insanların əzildiyini və istismar edildiklərini, irqçiliyin bəzi dövlətlərin ideologiyası halına gəldiyini, bəzi irqlərin insan belə sayılmadığını, kommunistlə kapitalist, sağla sol arasında münaqişələr, isti və soyuq müharibələr yaşandığını, eyni ölkə xalqlarının, hətta qardaşların da bir-birlərinə düşmən hala gəldiyini hamı bilir.
Təkamülçü düşüncə tərzinə malik ateist bir insan da əslində dinə məxsus əxlaq qaydalarının yaşandığı dünyanın daha yaxşı olacağının fərqindədir. Ancaq onlara "gəlin, din əxlaqına uyğun yaşayaq" demək, onların ideologiyalarını birdən-birə dəyişdirməyəcək, istənilən nəticəni verməyəcək. Məhz bu nöqtədə inanclarının mərkəzində yer alan təkamül fərziyyəsinin əsassızlığının çox yaxşı izah edilməsi Hararinin kitabında müdafiə etdiyi həyat tərzini və digər ateist sistemləri kökündən sarsıdacaq. Təkamülün olmadığını və təkamülə əsaslanan həyatın əsassızlığının elmi dəlillərlə sübut olunması kainatın ancaq şüurlu bir güc tərəfindən yaradıla bildiyini ortaya qoyacaq. Allah inancının cəmiyyətə hakim olması sevginin, keyfiyyətinin, azadlığın, demokratiyanın, hörmətin və hər cür gözəlliyin əsası olan din əxlaqını hakim edəcək, dünya cənnət kimi olacaq.
Bura qədər Hararinin kitabında yer verdiyi bəzi təkamülçü iddialara cavab verdik. Kitabda cavab yazılacaq daha bir çox məsələ var. Ayrı-ayrı iddialara cavabları www.harunyahya.org internet saytında və cənab Adnan Oktarın digər kitab və məqalələrində oxuya bilərsiniz.