Hörmətli Adnan Oktarın yeni şərhləri (25 fevral 2014; 12:30)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (25 fevral 2014; 12:30)

1051

HÖRMƏTLİ ADNAN OKTARIN MƏHƏMMƏD SURƏSİNDƏN AYƏ İZAHLARI

Məhəmməd surəsi, 36-cı ayə

“Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz”. Allah: “Mal-dövlətinizi istəmirəm” -deyir. Çünki onsuz da bütün mal-dövlət Allaha aiddir.

Məhəmməd surəsi, 37-ci ayə

Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar”.

Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz ..”. Ümumiyyətlə Allah, insan xarakteri olaraq vurğulayır. “... O, kin-küdurətinizi üzə çıxardar”. Yəni ürəklərinizdə səmimiyyətsizlik və kin olar. Allah: “Əgər malınızın hamısını istəsəm xəsislik göstərərək verməzsiniz”. Halbuki mal Allaha aiddir. Allahın malını Allaha geri verəcək. Allah insan xarakterindəki ümumi xəstəliyə diqqət çəkir.

Məhəmməd surəsi, 38-ci ayə

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər”.

“Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır”. Yəni vermək istəmir. “Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar”. Özünə zərər verər. Öz görüntüsündə Allah ona elə bir görüntü göstərər. “Allah Zəngin, siz isə kasıbsınız”. Allah: “Heç bir şeyiniz yoxdur” -deyir. “Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər”. Allah: “Sizin tayınız olmayan”. Yəni daha yaxşı olan başqa bir qrupu gətirərəm.

PAYLAŞIN
logo
logo
logo
logo
logo