MAYA TƏQVİMİNDƏ 2012-ci ildə “AĞ PALTARLI BİRİNİN” GƏLƏCƏYİ DEYİLİR
Maya təqvimini bilirsiniz, 2012-ci ildə bitir. Bunun səbəbi, Maya kitabələrində, “2012-ci ildə ağ paltarlı biri gələcək” -deyir. “Bir kral gələcək, ondan sonra 2012-ci ildə yeni bir əsr başlayacaq, yeni bir dövrə giriləcək” -deyir. Musəvi ravvinlər də bunun Moşiyah olduğunu söyləyirlər. Bu Maya təqvimindəki ağ paltarlı adam üçün, “saqqallı, dalğalı saçlı” -deyirlər. Maya kitabələrində çox təfərrüatlı məlumat var. Bax, “saqqallı, ağ paltarlı və dalğalı saçlı biri gələcək və bütün həyat dəyişəcək” -deyirlər. 2012-ci ildən etibarən yeni bir dövrə giriləcək. Yəni bir dövr bitəcək, yeni bir dövr başlayacaq. Maya təqvimi bilirsiniz 2012-ci ildə bitir. Ondan sonra yeni bir dövrə girildiyi üçün təqvim orada dayanır.
Maya mədəniyyəti Yukatan yarımadasında yaşamış bir mədəniyyətdir. Yukatan, hz. Nuh (ə.s)-ın oğulu Şəmin soyundan olan Yuktandan gəlir. Bax oradakı soy Yuktandan törəmiş bir soydur. Yəni semitik bir irqdir. Semitik Maya mədəniyyətində bu soydan qəbul edilir. E.ə. 600- B.e. 900 illəri arasında ən tanınmış dövrlərini yaşayırlar.