Tarix Türkiyəni unutmayacaq
ucgen

Tarix Türkiyəni unutmayacaq

1391

Evlərində rahat yaşayan insanlar üçün sığınacaq həmişə "başqalarının" problemidir. Bundan bəlkə 5 il əvvəl suriyalılar üçün də qaçqınlar "başqaları" idi. Bundan bir neçə il sonra bəlkə qaçqınlara nifrətlə qarşı çıxanlar eyni hala düşəcəklər. Bəlkə onlar bir çanta əşya ilə bütün əmlakını itirmiş olacaq və dünyanın laqeydliyinə təəccüblənəcəklər. Duamız bundan sonra artıq başqa ölkələrdə başqa faciələr görməməkdir əlbəttə. Lakin dünyadakı 59 milyon insanın hamısının qaçqın olmadığını da unutmamaq lazımdır.

20 iyun Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2014-cü ilə aid müxtəlif faktlar açıqladı. Bu faktlara görə, dünyada 59.5 milyon qaçqın var. Bu, II Dünya Müharibəsindən bu yana dünya miqyasında baş verən ən böyük qaçqın böhranıdır. Beynəlxalq cəmiyyət isə əsasən bu məsələni qaçqınlara sığınacaq verən ölkələrin öhdəsinə buraxıb. BMT suriyalı qaçqınlara dəstək üçün müəyyən etdiyi maddi yardımın yalnız 23%-ni yığa bildi. Afrikada isə qaçqınlar üçün lazım olan pulun yalnız 11%-i yığıldı. Afrika ölkələri hələ də əhəmiyyətsiz və həll yolu olmayan ölkələr kimi görünməyə davam edir.

Qaçqın böhranının öhdəsindən gəlmək üçün problem olan ölkələrdə BMT-nin nəzarətində təhlükəsiz bölgələrin yaradılması -müvəqqəti də olsa- ən təsirli həll yolu kimi görünür. Lakin həmin bölgələrə BMT-nin pul ayırmaması bu fikrin həyata keçməsinin qarşısını alır. Qaçqın probleminin yaşandığı hər ölkə üçün bir neçə inkişaf etmiş ölkənin təminatçı olması və ehtiyacları qarşılaması tətbiq edilə bilən həll yoludur. Lakin bu mərhələdə də bunu edə biləcək cəsarətli və vicdanlı ölkə tapmaq problemi qarşımıza çıxır.

Qaçqın böhranını yalnız qaçqın düşərgələrində yaşayan insanlarla məhdudlaşdırmaq doğru deyil. Yurdlarından ayrılıb heç bir yerdə sığınacaq tapa bilməyən, dəhşətli insanlıq faciəsi ilə qarşılaşanların sayı heyrətamiz dərəcədədir. 31 may 2015-ci ildə Aralıq Dənizini keçmək istəyən 1865 nəfər insan həyatını itirdi. Cənub-şərqi Asiyada isə 2015-ci ilin birinci rübündə gəmilərdə təxminən 300 nəfərin öldüyü təxmin edilir. Ölüm səbəbləri aclıq, susuzluq və gəmi ekipajının tətbiq etdiyi zorakılıqdır. BMT-nin insan hüquqları ali komissarları gəmilərdəki qadınlara təcavüz edildiyini, kişilərin döyülərək dənizə atıldığını, uşaqların isə ailələrindən ayrılaraq istismar edildiyini açıqlayıb.

Beynəlxalq cəmiyyət üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirməyib, xüsusilə Avropa ölkələri, Avstraliya və ABŞ qaçqınlar məsələsində gözləniləndən daha biganə davransalar da atılan bəzi addımlar sevindiricidir. Baş verən fəlakətlərdən sonra Aralıq Dənizdə Triton əməliyyatının keçmişdəki Mare Nostrum səviyyəsinə çıxarılması, Myanmadakı rohincalıların adının bəlkə də ilk dəfə beynəlxalq cəmiyyət böhranlarının arasında istifadə edilməsi ümid vericidir. "Aralıq dənizində sığınacaq istəyənləri ölümdən xilas etmək Avropadakı ölkələr üçün əxlaqi vəzifədir. Qitəmizin qapıları önündə insanları suyun üstündə tərk etməklə öz ləyaqətimizi itiririk" sözləri Almaniya Prezidenti Qauka məxsusdur.

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının hesabatında dünyada ən çox qaçqına sığınacaq verən ölkə Türkiyə oldu. Türkiyəyə kənardan baxan bəzi insanlar bu vəziyyəti çətinlik, tərslik və ya fəlakət kimi qiymətləndirə bilər. Halbuki suriyalı və iraqlı qardaşlarımızı öz torpaqlarımızda qonaq etmək bizim üçün şərəfdir. Əzilmiş məzluma, müharibədən qaçan zavallıya, ehtiyac içindəki yoxsula kömək etmək fürsəti Allah tərəfindən bizə verilmişdir. Bizlər bu şərəfi İspaniyadan qaçan yəhudiləri, Stalindən qaçan rusları, Səddamdan qaçan kürdləri torpaqlarımıza qəbul edərkən də yaşamışdıq. Bu cəmiyyətlərin bizləri hələ də sevgi və dualarla xatırlamalarının səbəbi budur. Cəmiyyətlər belə bir yaxşılığı var olduqları müddətcə unutmazlar. Çünki onlara bu fürsəti verənlərin sayı həmişə çox az olmuşdur.

İsraf həddini aşır, bütün pullar silahlara yatırılır, milyonlarla dollarlıq pilotsuz təyyarələr bomba atır, ölkələrdəki faiz sistemi amansız şəkildə fəaliyyət göstərərkən Türkiyə kimi inkişaf etməkdə olan bir ölkə 5.1 milyard dolları qaçqınlara ayırdığı halda, içlərində dünyanın ən zəngin 7 ölkəsinin də olduğu 193 ölkədən ibarət olan Birləşmiş Millətlər Təşkilatı qaçqınlar üçün pul tapa bilmir. Ölkələr bir çox yolla həll edə biləcəkləri qaçqın problemini yalnız insan alverinə mane olacaq hərbi qanunlarla qarşısını almağı hədəf alır, çox vaxt insanların ölkələrini tərk etmələrinə həll yolu tapmaq əvəzinə, bu insanların öz ölkələrinə gəlməmələrini təmin etməyə çalışırlar. Bir ölkə üçün qaçqınlara sığınacaq vermək, qorumaq, onlara öz vətəndaşı kimi baxmaq qaçqın probleminə həll yolu ikən, Macarıstan kimi başqa ölkələr üçün Serbiya sərhədinə 4 metrlik hasar hörmək həll yolu olur.

Xatırladaq ki, insan alverinə qarşı hərbi yolla tədbir almaq bəzi ölkələr üçün təsirli yol kimi görünə bilər. Halbuki bir zalımı düzəltməyin tək yolu ona insan olduğunu xatırlatmaqdır. Sevgi və əxlaq olmadan insanı insan edən bütün dəyərlər yox olduqda vətənindən qaçmaq məcburiyyətində qalmış bir qaçqını problem, yük və ya bir bəla kimi görən zehniyyət ilə bunu təmin etmək mümkün deyil.

Qaçqın yük və ya bəla deyil, Allahın qonağıdır. Qeyri rəsmi məlumatlara görə 2.5 milyon insana sığınacaq verən Türkiyə isə bizim üçün qürur vəsiləsidir. Yəhudiləri, rusları, kürdləri yarı yolda qoymamış tariximiz bizim üçün qürurdur. Geriyə dönüb baxdıqda, "bu insanları torpaqlarımızda qəbul etmədik ona görə öldülər" deyə dəhşətli bir keçmişimiz olmadığı üçün şükürlər olsun. Çünki o peşmançılığı heç bir şeylə əvəz edə bilməzsiniz. Müqəddəs kitabımız Qurana görə isə bir həyatı xilas etdikdə dünyanı xilas etmiş kimi olarsınız. (Quran, 5/32)

 

Adnan Oktarın "Arab News & Pakistan Observer & The Malaysian Insider"da dərc olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/768001

http://www.epaper.pakobserver.net/201506/28/comments-2.php

http://www.themalaysianinsider.com/sideviews/article/a-heart-for-helping-refugees-harun-yahya


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr