Bir ayə bir açıqlama: "Ənkəbut" surəsi, 45
ucgen

Bir ayə bir açıqlama: "Ənkəbut" surəsi, 45

1497
Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər. Allah’ı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir! (Ənkəbut surəsi, 45)

Ayədə Allah Quran oxunmasını və namaz qılınmasını əmr etmişdir. Quran hər şeyi yaradan Allah’ın sözüdür, möminlərə yol göstərən və rəhbərdir. Uca Allah Quranı iman edənlərin anlaya biləcəyi bir Kitab olaraq göndərmişdir. Namaz isə möminlərə həyatları boyunca etmələri əmr olunmuş və vaxtları bəlli ibadətdir. Gündə beş dəfə qılınan namaz,  insanlardakı unutqanlıq və qəfləti yox edir, möminin şüurunu, imani şövqünü və iradəsini artırır. Möminin davamlı olaraq Allah’a yönələlməsini təmin edir və Yaradıcımız olan Allah’ın əmrlərinə uyğun yaşamasına kömək edir. Namaz qılmaq üçün Allah’ın hüzurunda dayanan insan Allah’la güclü mənəvi əlaqə yaradır. Rəbbimizin hüzurunda dayandığımız zaman yalnız Onu xatırlamağımızı,  Onu ucaltmağımızı və bütün əskikliklərdən uzaq tutmağımızı istəyir. Namaz mütləq huşu içərisində qılınmalıdır.

Allah ayədə Onu zikr etmək üçün namaz qılınmasını buyurmuşdur. Namazlarında huşu içərisində olaraq Allah’a yönələn insanın imanda dərinliyi, səmimiyyəti, ixlası və Rəbbimizə olan yaxınlığı artır. Bununla birlikdə Allah onu əxlaqi baxımdan da  çox gözəlləşdirir, ürəyində pis fikirlərə yer qalmır. Belə bir insanın isə din əxlaqına uyğun olmayaraq hərəkət etməsi Allah’ın izni ilə, mümkün deyil. Ayədə bəhs edilən kimi namaz qılan insan bütün çirkin işlərdən və pisliklərdən çəkinir.

Ayədə möminlərin həyatlarının hər anında Allah’ı zikr etmələri bildirilmişdir. Möminlər üçün Allah’ı zikr etmək, "ən böyük ibadət"dir. Möminlər həyatları boyunca bunu dərk edərək hərəkət edirlər. Allah’ı zikr etmələri isə düşünərək və bu düşüncələrini dilə gətirərək olur. Allah’ı nonlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük bir rəhmət içində olduqlarının fərqinə vararaq Allah’a şükr edirlər. Əlbəttə ki, uca Allah bütün insanlara şah damarından daha yaxındır və bütün yaratdıqlarını rəhməti altında saxlamışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr