…Göylərdə, və yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Səba surəsi, 3)
Keçmişdə yaşanmış, indi yaşanan və gələcəkdə yaşanacaq bütün hadisələr Allahın izni və bilgisi daxilində olub hələ dünya yaranmamışdan əvvəl təqdir edilmiş qədərin parçasıdır. Bu qədərin vacib hissəsi isə, İslam əxlaqının dünya hakimiyyətidir.
Kainatın başlanğıcından dövrümüzədək olan tarixi, təkamülçü baxışdan kənarda incələdikdə, belə bir həqiqətlə qarşılaşırıq: İnsanlıq tarixi, əvvəlcədən təqdir edilmiş nizama görə, müəyyən səbəblər və məqsədlər istiqamətində irəliləyir. Burada təsadüflərə, xaosa əsla yer yoxdur.
Materialistlərin və Darvinistlərin yanlış tarix baxışına görə isə, tarix müəyyən bir plana görə deyil, kortəbii şəkildə irəliləyir. Bu səhv düşüncəyə görə hadisələrin müəyyən məqsədi və səbəbi yoxdur. Materializm hadisələrin meydana gəlməsini yalnız maddi şərtlərə bağlı olduğunu müdafiə edir. Əlbəttə ki, fərqli şərtlərin, hadisələrin inkişafı üzərində təsiri var, ancaq bu, materialistlərin iddia etdiyi kimi təsadüflərin nəticəsində yaranan təsir deyil. Dini də eyni yanlış məntiqlə qiymətləndirən materialistlər, dini inancın tarix içində bəzi zərurətlər nəticəsində ortaya çıxdığını iddia edirlər.
Materialistlərin bu iddialarının əksi olaraq bütün insanlıq tarixinin mərkəzində “Haqq Din” var. Hadisələr Allahın təyin etdiyi qüsursuz nizama görə inkişaf edir və yaşanır. Tarixdə baş verən bütün müharibələr, sülh razılaşmaları, fəlakətlər, süquta uğrayan imperiyalar və qurulan yeni dövlətlər, ideologiyalar, edilən kəşflər, bütün bu hadisələrdə rol oynayan insanlar və saymaqla bitməyən çox saylı detalların hamısı Allahın nəzarətindədir və Onun mükəmməl yaradılışının bir parçasıdır. Heç bir hadisə öz-özünə, təsadüfən baş verməz. Hər şey bir hikmətlə yaradılmışdır. Hər bir hadisə bir başqa hadisənin səbəbi və ya nəticəsi kimi görünə bilər, amma bu, bütün yaşananların Allahın təqdiri olduğu həqiqətini dəyişməz. Ancaq hadisələr arasında olan səbəb-nəticə əlaqələri bəzi insanları aldadır və onların tarixi inkişafın tərkib hissəsi olduğuna dair yanlış düşüncələrə sövq edir.
Digər tərəfdən, tarixin hər dövründə demək olar ki, bənzər hadisələr baş verir. Bu, Allahın insanlıq və kainat üçün təyin etdiyi qədərin (Sünnətullahın) tələbidir. Tarixi hadisələrin səbəblərini, nəticələrini və bu hadisələrdən alına biləcək dərsləri, Quran ayələri və Peyğəmbərimizin (s.ə.v.) hədisləri əsasında görə bilərik.
Bu yazıda dünya tarixini incələyəcək və tarixin əslində Allahın yaratdığı bir qədər olduğunu, keçmişdən bu günədək və bu gündən gələcəyədək bütün tarixi hadisələrin qədər əsasında baş verdiyini Quran ayələri və hədislər işığında araşdıracağıq. Bu axımın ən müjdəli mərhələlərindən biri olaraq xəbər verilən “Qızıl dövr” və bu dövrə aid əlamətləri də ayrıca araşdıracaq və nəticə olaraq təkamülçü tarix anlayışının yanlışlığını dəlilləri ilə ortaya qoyacağıq.
Peyğəmbərlər tarixi və elçilərin təbliği
Bütün insanlar və varlıqlar kimi, tarix boyunca durmadan Allahın bildirdiyi üstün din əxlaqını təbliğ edən elçilərin də, əvvəlcədən təqdir edilmiş qədəri var. Bütün elçilər tarix boyu bu qədər daxilində təbliğ etmiş və bu qədər daxilində şərəfli həyat yaşamışlar.
Peyğəmbərlər tarixini ayələr əsasında incələdikdə ən nəzərə çapan məsələlərdən birinin durmadan təbliğ etmək olduğunu görərik. Bir başqa sözlə, Quranda adı çəkilən peyğəmbərlərlə yanaşı Allahın elçi olaraq göndərdiyini bildirdiyi bir çox müqəddəs şəxs də, tarix boyunca durmadan təbliğ etmişdir. Belə ki, eyni dövrdə yaşamış, eyni bölgələrdə təbliğ etmiş (Hz. İbrahim-Hz. Lut, Hz. Musa-Hz. Harun kimi) peyğəmbərlər də var. Bütün bu elçilər Allahın seçdiyi mübarək şəxslərdir. Elçilərin təbliğdə son dərəcə qərarlı olmaları, bütün insanlığın ibrət alacağı hadisələri yaşamaları Allahın onları seçdiyi insanlar olması ilə bağlıdır. Rəbbimiz, bütün varlıqlar üçün olduğu kimi elçiləri üçün də qədər təyin etmiş, onları ardıcıl olaraq insanlığa göndərmiş, başlarından keçən hadisələri tarix boyunca anladacaq şanlı və böyük hadisələr etmişdir. Quranda bu mövzuya aid bir çox xəbər verilir. Bu xəbərlərdən bəziləri belədir:
O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Ənfal surəsi, 42)
Allah Peyğəmbərimiz (s.ə.v.) və ətrafındakı möminlər üçün çox müxtəlif imtahan şəraitləri yaratmış, müxtəlif vasitələrlə onları imtahan etmişdir. Ayələrdə xəbər verilən bir çox hadisə Hz. Məhəmmədin (s.ə.v.) və ətrafındakıların Rəbbimizin qoruması altında olduqlarının açıq dəlillərindəndir. Qeybin açarları əlində olan Allah, Ərəbistan yarımadasından başlayıb bütün dünyaya yayılacaq olan İslamiyyət üçün hər bir detalı planlı şəkildə qədərdə təqdir etmişdir.
Ənfal Surəsinin 42-ci ayəsindəAllah olacaq işi yerinə yetirmək üçün (belə etdi) ifadəsi də bu həqiqətin dəlillərindən biridir. Allah, Peyğəmbərimiz (s.ə.v.) və yanındakı möminlərlə digər birliyi lazım olduğu anda qarşı-qarşıya gətirmiş və qədərdə təqdir edilmiş olanı həyata keçirmişdir.
Hz. Musa
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa! Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib möcüzələrlə Fironun yanına göndərdim). (Taha surəsi, 40-41)
Yuxarıdakı ayələrdən də aydın olduğu kimi Hz. Musanın başına gələn bütün hadisələr Allahın təyin etdiyi qədər üzrə baş vermişdir. Səbət içində çaya buraxılması, Fironun yoldaşının onu tapması, anasının qulluq etməsini boynuna götürməsi, sarayda keçirdiyi illəri, Allah ilə danışmasından İsrail oğullarının Firondan xilas olmasına qədər hər şey Allahın yaratdığı qədərin müxtəlif mərhələləridir. Bu mərhələlər boyunca yaşanan heç bir detal təsadüf deyil. Hər detal bir hikmətlə yaradılmışdır. Məsələn, çaya buraxıldığı anda səbətin tapılması anı da yaradılmışdır. Çaya buraxıldığı səbətin dözümlülüyü, çaya qoyma vaxtı, çaydakı axıntının sürəti və istiqaməti, onu tapan adamın səbətin oradan keçdiyi dəqiqədə orada olması kimi bir çox detal bu mükəmməl qədərin bir parçasıdır. Əgər səbət tapılmasaydı sonrakı hadisələrin heç biri yaşanmayacaqdı deyə düşünmək böyük yanlış olacaq. Allah bütün hadisələri planlı şəkildə yaradır və bu planda hadisələrin başlanğıc və nəticələri təyin olunmuşdur.
Hz. Yusif
Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir! (Yusuf surəsi, 19)
Ayədə bildirilən hadisə, Hz. Yusifin qardaşları tərəfindən quyuya atılmasından sonra baş verən və ilk baxışda yoldan keçən karvan baxımından əhəmiyyət kəsb etməyən hadisədir. Ancaq eynilə Hz. Musanın yaşadığı hadisələrdə olduğu kimi burada da Allahın Hz. Yusif ilə əlaqədar olaraq təyin etdiyi qədər var və hadisələr bu qədər daxilindəki plana əsasən baş verir. Yoldan keçən karvanı da bu planda özünə düşən vəzifəsini edir. Göründüyü kimi, yaşanan hər hadisədə olduğu kimi, Hz. Yusifin həyatında da heç bir məqsədsiz hadisə yoxdur, hadisələr nəticələrini yalnız Allahın bildiyi, təqdir etdiyi və yaratdığı bir şəkildə baş verir.
Hz. İsa
O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! (Ali-İmran surəsi, 55)
Hz. İsanın axır zamanda dünyaya ikinci dəfə gələcəyinin ən vacib dəlillərindən biri olan bu ayədən də aydın olduğu kimi, Rəbbimiz Hz. İsa ilə əlaqədar təqdir etdiyi qədərə əsasən ona tələ quranların tələlərini pozur, onu qoruyaraq Öz Qatına yüksəldir. Bu nümunə bizə, Allahın bütün hadisələri səbəbləri və nəticələri ilə birlikdə bir bütün şəklində yaratdığını, minlərlə il boyunca reallaşacaq hadisələri tək bir anda bütün incəlikləri ilə bildiyini göstərir. Biz gələcəkdəki hadisələri, zamandan asılı olduğumuz üçün hələ yaşanmamış, bu səbəbdən bilinməyən hadisələr kimi qəbul edərkən, zaman və məkandan uzaq Rəbbimiz Qurani Kərimdə bizə görə gələcəklə əlaqədar olan hadisələri yaşanıb və bitmiş hadisələr olaraq xəbər verir. Qiyamət günü ilə bağlı təsvirlər, yenidən diriliş, hesab günü, cənnət və cəhənnəmdəki həyatla bağlı ayələr həmişə bu istiqamətdədir.
Qədər, Allahın yalnız insanlar üçün təqdir etdiyi və yalnız insanın kim olduğunu, hansı şərtlərdə həyatını davam etdirdiyini, həyatında qarşılaşdığı təməl hadisələri əhatə edən bir yazı deyil. İnsanlardan əlavə, bütün canlıların, Günəşin, Ayın, dağların, ağacların, əşyaların qısacası, kainatdakı hər varlığın, ideologiyaların da Allah qatında təyin olunmuş qədəri var.
Tarixi hadisələrin səbəb və nəticələri
Qövmlərin həlakı
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır! (İsra surəsi, 58)
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik. (İsra surəsi, 16)
Firon ordusu, Ad, Lut, Səmud, Nuh qövmləri və qeyriləri. Bəzilərini ildırım vurdu, bəziləri suda boğuldu, bəziləri fırtınaya düşdü. Ortaq xüsusiyyətləri - Allahı inkar etmələri, azğınlıq içində olmaları, fitnə fəsad çıxarmaları idi. Onlara gələn əzab isə etdiklərinin qarşılığı olaraq Allahın təqdiri və əmri idi. Tufan, adi bir təbiət hadisəsi, təsadüf olmadığı kimi, Allahın dilədiyi zamanda və dilədiyi yerdə “Ol” əmri ilə yaratdığı hadisə idi. Əlbəttə ki, Allah tufanı yaradarkən səbəbləri ilə birgə yaratmışdır. Ancaq burada vacib olan, həlakı meydana gətirən səbəblərin də bir qədər çərçivəsində meydana gəlməsidir ki, şübhəsiz bu səbəbləri də yaradan Allahdır.
Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Furqan Surəsi, 45)
Bütün bunlar Allah üçün çox asandır.
Bununla yanaşı, qövmlərin həlak edilməsinin bir çox tarixi nəticəsi də var. Məsələn, Firon ordusu suda boğulmuş və bu sayədə Hz. Musa və ətrafındakı İsrail oğulları Fironun zülmündən xilas olmuş və başqa bir bölgəyə yerləşmək üçün yola düşmüşdür. Daha sonra Qüdsə çatan İsrail oğulları, burada bir çox tarixi hadisə yaşamış və bir çox hadisəyə şahidlik etmişdir. Eyni ilə, Hz. Nuh və ətrafındakı möminlər də tufanın həlak etdiyi ölkədən xilas olmuş, beləliklə Hz. Nuhun soyundan bir çox peyğəmbər dünyaya gəlmişdir.
Bütün bunlar bizə göstərir ki, tarixdə yaşanan ən əhəmiyyətli hadisələrdən olan qövmlərin həlakları da Allahın sünnətidir:
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!) And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! (Qəmər surəsi, 49-53)
Hz. Adəm ilə başlayan insanlıq tarixi Allahın təqdir etdiyi qədər daxilində müəyyən istiqamətdə hərəkət edir. İnsanlar, səbəblər, ölkələr, daha əvvəl yaşanmış, hazırda yaşanan və gələcəkdə yaşanacaq olan bütün hadisələr qədərin parçasıdır.
İdeologiyalar tarixi və batil dinlər
Ateizm, kommunizm, faşizm, darvinizm, irqçilik, müstəmləkəçilik... Bütpərəstlik, budizm, hinduizm, şintoizm, qarışıq... Bütün azğın ideologiyalar və batil dinlər – yaranma səbəbləri, zamanları Quran ayələrində bildirildiyi kimi açıq-aşkar bir kitabda yazılı olan, Allahın nəzarətindədir. Məsələn, Darvinizm və bu təmələ söykənən bütün zərərli ideologiyaların ortaya çıxması Allahın diləməsiylədir. Beləliklə, sünnətullah reallaşır, iman edənlərin fikri mübarizə edə biləcəkləri sistem yaradılır. Boş sözdən ibarət olan təkamül nəzəriyyəsi ilə elmi mübarizə üçün zəruri məlumatların əldə ediləcəyi elmi və texnoloji nəaliyyətlər də bu qədərin bir hissəsi kimi ayrıca yaradılmışdır. Hz. Musa dövründə cadugərlik geniş yayılmasına baxmayaraq Hz. Musaya, cadugərləri özünə tabe etdirəcəyi elm də verilmişdir. Eyni şəkildə Darvinist və materialist ideologiyaları təsirsiz hala gətirmək üçün lazım olan elmi imkanlar da eyni anda yaradılmışdır.
Axır zaman və Qızıl dövr
Yuxarıda keçmişdə baş verən hadisələri araşdırdıq. İndi isə hələ gerçəkləşməmiş dövrün əlamətlərinə baxaq. Bu dövr, hədislərdə geniş şəkildə xəbər verilən "Qızıl dövr" dür. Qısacası, Qızıl dövr axır zamanın qarışıqlıq, zülm və haqsızlıqlarla dolu olan dövrünün arxasından gələcəkdir. Bu müqəddəs zamanda hər cür bolluq, bərəkət yaşanacaq, insanlar arasında barış, rifah və sevinc hakim olacaq. Allah axır zamanda ikinci dəfə yer üzünə gələcək Hz. İsanı və axır zamanda zühur edəcək olan Hz. Mehdini bu Qızıl dövrün yaşanması üçün vacib olan şərtlərin meydana gəlməsinə vəsilə edəcək.
Nəticə
Əslində tarix, yalnız Allahın təyin etdiyi qədərə (Sünnətullaha) əsasən davam edir. Allah bu həqiqəti:
Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir surəsi, 43)deyə bildirir. Tarixin bir məqsədi var və tarix, Allahın dilədiyi kimi davam edir. Allahın diləyi isə, nurunun tamamlanmasıdır:
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. (Tövbə surəsi, 32)
Allahın izni ilə XXI əsrdə din əxlaqına uyğun olmayan bütün ideologiyalar bir-bir yox olacaq və din əxlaqı bütün dünyaya hakim olacaq.
İnsanlıq tarixi və haqq dinin başlanğıcı
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), qiyamətdən öncə reallaşacaq olan hadisələri 1400 il bundan əvvəl hədislərdə hər tərəfli olaraq təsvir etmişdir. Hədislərə əsasən müharibələr, anarxiya, yoxsulluq, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Dünya tarixi Allahın yaratdığı qədərə əsasən davam edəcək və Allah, axır zamanda zühur edəcək Hz. Mehdi və ikinci dəfə yer üzünə gələcək Hz. İsanı, Qızıl dövrün yaşanması üçün lazım olan şərtlərin meydana gəlməsinə səbəb edəcək.
İnsanlıq tarixi Hz. Adəmlə başlamışdır. Allah Qurani Kərimdə Hz. Adəmin ilk insan olduğunu, dünyada xəlifə təyin etdiyini (Bəqərə Surəsi, 30) onu "Ol" əmri ilə torpaqdan yaratdığını (Ali- İmran Surəsi, 59), adların hamısını özünə öyrətdiyini (Bəqərə Surəsi, 31) bildirmişdir. Hz. Adəmin dünyaya gəlməsi və onun soyundan insan nəslinin çoxalması ilə birlikdə haqq din də həmişə mövcud olmuşdur. Hz. Adəmdən dövrümüzədək keçən müddət ərzində yaşayan peyğəmbərlər və elçilər haqq dinin əsaslarını təbliğ etmişlər. Hər elçi, göndərildiyi cəmiyyəti bir olan Allaha iman etməyə, axirət günündən qorxub çəkinməyə, yaxşı və gözəl əməllərə dəvət etmişdir.
İnsanlıq tarixinin bir başlanğıcı olduğu kimi əlbəttə bir sonu da olacaq: QİYAMƏT...
Hədislərdə qiyamətlə bağlı bir çox əlamətlər xəbər verilir. Bu məlumatları dünyanın yaxın tarixi və indiki vaxtda yaşananlarla müqayisə etdikdə bir çox əlamətin baş verdiyini və baş verməyə davam etdiyini görərik. Əxlaqsızlıq, fitnə və müharibələr, zülmlər hədislərdə xəbər verilən hadisələrdəndir. Bu hadisələrin yaşanması isə, Peyğəmbərimizin (s.ə.v.) müjdələdiyi Hz. İsa və Hz. Mehdinin gəlişinin dəlillərindəndir. Bu, Allahın bizlər üçün yaratdığı qüsursuz qədərin reallaşmasıdır. Kainatın yaranmasından bu günədək keçən müddət ərzində bu qədər, qüsursuz şəkildə işləyir. İnsanlar, səbəblər, ölkələr, hadisələr, şərtlər bu qədərin bir parçasıdır. Axır zaman və ya dünyanın sonu dediyimiz indiki vaxtda da bütün bu faktorların xüsusi bir dövr üçün zəmin hazırladığını görərik.
Müasir dövrdə müsəlmanlar arasında həqiqi mənada birliyin olmamasını, əxlaqsızlığın artmasını, materialist və Darvinist ideologiyaların insanlarda meydana gətirdiyi maddi və mənəvi təxribatı bir-birindən müstəqil şəkildə meydana çıxmış hadisələr kimi qiymətləndirmək olmaz. Ənam Surəsinin 59-cu ayəsində xəbər verildiyi kimi Rəbbimizin icazəsi olmadan bir yarpağın belə düşməsi mümkün deyilkən, Onun yaratmış olduğu varlıqlar olan insanların müstəqil şəkildə qərarlar alıb, müharibələri, degenerasiyaları, materialist ideologiyaları meydana gətirdiklərini iddia etmək ağılsızlıq və məntiqsizlikdi.
Keçmişdə yaşanmış, hal-hazırda yaşanan və gələcəkdə yaşanacaq bütün hadisələr Allahın izni və bilgisi daxilində olub hələ dünya yaranmadan əvvəl təqdir edilmiş olan qədərin hissələridir. Bu qədərin əhəmiyyətli hissəsi də İslam əxlaqının dünya hakimiyyətidir.
Unutmamaq lazımdır ki, insan sahib olduğu şüur, düşünmə, qərar vermə kimi bütün xüsusiyyətlərini bizi yaradan Rəbbimizə borcludur. Beynindəki milyardlarla hüceyrənin saniyənin mində biri qədər qısa bir vaxtda bir-biri ilə xəbərləşərək beyinə çatdırılması ilə həyatını davam etdirə bilir. Bu qədər aciz olan insanların, Allahın diləməsi xaricində heç bir şeyə gücü çatmaz. İnsanı yaradan Allah, tarixi də ən gözəl şəkildə təqdir etmiş və bir qədər içində yaratmışdır.
Ümmətimdən Hz. Mehdi çıxacaq. Allah, insanları zəngin etmək üçün onu göndərəcək. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərşin nəbatatı çox olacaq, Hz. Mehdi, insanlara bərabər şəkildə bol-bol mal paylayacaq.
(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26)
Tarixin hər dövründə yaşananlar sünnətullahın tələbidir
Quran ayələrində yaxşı insanlarla pis insanların daima fikri mübarizə içində olduqları xəbər verilir. Tarixin hər dövründə yaxşılıq edən, imana və xeyrə çağıran bir birlik olmuş, bu birliyin qarşısında isə pisliyi yayan, təxribat törədən və fitnə çıxaranlar olmuşdur. Bu iki tərəf arasındakı elmi mübarizə Hz. Adəmdən etibarən mövcud olmuş və qiyamətə qədər də davam edəcək. Tarixdə baş verən bütün hadisələrin çıxış nöqtəsi də əslində budur; yaxşılarla pislərin fikri mübarizəsi… Hər dövrdə bu mövcud olmuş, Allahın izni və köməyi ilə qalib gələnlər hər zaman Allahın tərəfdarları olmuşdur:
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun! (Muminun surəsi, 44)
Dünyanın yaranmasından etibarən bu hadisələr, Allahın təyin etdiyi qədərin (Sünnətullahın) tələbidir. Unutmaq olmaz ki, zülm edən, ədalətsizlik edən, fitnə çıxaran şər qüvvələrin varlığı, onların etdikləri də Allahın izni ilədir, onlar da Allahın təqdiri ilə reallaşan hadisələrin səbəblərini meydana gətirirlər. Bu vəziyyət bir Quran ayəsində belə xəbər verilir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar. (Ənam surəsi, 123)
Yaxşılıqda ittifaq edənlərin, Allaha təslim olanların hər zaman qalib gələcəkləri isə Allahın qullarına vədidir:
Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadələ surəsi, 21)
Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə surəsi, 56)
Bugünkü gündə bunları müşahidə edə bilərik; dünya tarixinin finalı olaraq xarakterizə edə biləcəyimiz axır zaman başlamışdır, qiyamət əlamətləri ardıcıl olaraq baş verir, Dəccaliyət sistemi Allahın izni ilə sürətlə çökməyə və təsirini itirməyə başlamışdır. Bütün dünya xalqlarının yeni dövrü qarşılamağa hazırlaşmasının vaxtı gəlmişdir: Qızıl dövr...