Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
ADNAN OKTAR: Ənbiya surəsi. Şeytandan Allaha sığınıram. "De ki: Mən sizi yalnız vəhy ilə xəbərdar edib-qorxuduram." Yəni Quran ilə xəbərdar edib qorxuduram. "Ancaq kar olanlar, xəbərdar edildiklərində çağırışı eşitməzlər." (Ənbiya surəsi, 45) Məsələn, biz də insanlara izah edirik, başa salırıq; İslam Birliyi olacaq, Türk-İslam Birliyi olacaq, bu Quranın əmridir, deyirik. Şəxs-i mənəvi deyə bir şey yoxdur, şəxs vardır, tələbələri vardır, şəxs və tələbələrindən ibarət olan şəxs-i mənəvi vardır deyirik. Nə deyirsək deyək, onlar qurumuş məntiqlə, sanki ölü qoca məntiqiylə, bitmiş bir ruhla, ümidsiz bir ağılla, öz ağıllarında davam edirlər. Bu da Axırzamanın bir xüsusiyyətidir. Əgər bunlar olmasaydı, Mehdi (ə.s)-ın işi çox asan olardı, hər şey yağ kimi axardı. Bu səbəbdən də, mehdiyyət olmazdı. Mehdiyyət dağlarla qarşılaşacaq, ən çətin şərtlərlə qarşılaşacaq, bunları aşacaq. Mən məsələn, Mehdi (ə.s) tələbəsiyəm, Mehdi (ə.s) qabaqcılıyam, mən də min bir müxtəlif maneəylə qarşılaşıram. Amma aşırıq, əlhəmdülillah.