Terror Türkiyənin uzaq olmadığı bir bəladır. Təxminən 40 ildir ki, Türkiyə xalqı hər cür terrora şahid olur. Hiyləgər hücumlar, kamikadzelər, bomba yüklü maşınlar. Terrorun gəldiyi mərkəz isə həmişə eyni idi: PKK, DHKP-C və digər bu kimi kommunist təşkilatlar.
PKK ilə "çözüm sürəci" deyilən bir atəşkəs dövrünün 2013-cü ildə rəsmi olaraq başlamasından etibarən bu hücumların sayı azalmışdı. Türkiyənin 910 km-lik cənub sərhədini təşkil edən Suriya və İraqdakı müharibələrin təsirindən bir neçə hadisə baş vermişdi. Türkiyə üçün bu sakit dövr ötən günlərdə Türkiyənin Suriya sərhədində yerləşən Suruçdakı intihar hücumu ilə alovlandı. Kobaniyə getmək üçün hazırlaşan solçu gənclərdən ibarət bir topluluq hədəf alınmışdı. 31 gənc və bir təcavüzkar hücumda həyatını itirdi.
Şübhəsiz ki, Türkiyədəki bu kamikadze hücumu bütün dünyada ciddi əks-səda doğurdu. Lakin hadisədən sonra danışılanlar, ortaya çıxan mənzərə və şübhəli detallar ətraflı təhlil tələb edir.
Məsələ ilə bağlı bəlkə də ən diqqət çəkən məsələ saat 11.30 radələrində baş verən həmin hücumdan cəmi 1.5 dəqiqə sonra bir sıra beynəlxalq əsas media qurumlarının xəbəri "İŞİD hücumu" olaraq vermələri idi. Həmin hücum günlərlə davam edən araşdırma tələb edən həssas bir məsələ olduğu halda, hələ Türkiyə Baş naziri, icra başçısı və təhlükəsizlik qüvvələri şərh vermədiyi halda, 1.5 dəqiqə kimi qısa bir müddət ərzində bu qəti fikrə gəlmək diqqətli cəlb etdi. PKK rəhbərləri və PKK dəstəyini alan siyasi partiya HDP rəhbərləri vaxt itirmədən bunun İŞİD hücumu olduğunu və Türkiyə üçün İŞİD-in böyük təhdid olduğu bəyanatını verməyə başladılar.
Məsələ bir az araşdırıldıqda həmin hadisə zamanı 27 mobil telefonun aktiv olduğu, ətraf kameraların işləmədiyi və Suruç kimi çox riskli bir bölgəyə gələn bu qrupun bələdiyyənin razılığı ilə polis axtarışına məruz qalmaması ortaya çıxdı. Xatırladaq ki, Suruç bələdiyyəsi HDP-yə aiddir. Aktiv olan 27 mobil telefonu və kameraların neytrallaşdırılması mütəşəkkil şəkildə bir hazırlığın mövcudluğunu göstərirdi.
Kiçik bir xatırlatma: HDP Türkiyənin siyasi partiyasıdır, lakin PKK dəstəyini alması, hətta PKK təzyiqi altında olması baxımından həmin məqamlar diqqət çəkir.
Canlı bombanın qadın olması İŞİD üzərində aparılan spekulyasiyalara bir anda kölgə saldı. Qadın kamikadzedən istifadə etmək İŞİD-in istifadə etdiyi üsul deyil. Lakin PKK bu kimi hadisələrdə əsasən qadınlardan istifadə etməyə önəm verir. Bunun mühüm məqsədi var: terror təşkilatındakı kişiləri döyüşməyə təşviq etmək. Bir çox PKK-çı bunu özü etiraf edir.
Bu həqiqət ortaya çıxdıqda ifadələr bir anda dəyişməyə başladı: "Böyük ehtimalla ki, təcavüzkar qadın paltarı geyinmiş bir kişidir" deyildi, hətta heç kəsin tanımadığı insana aid şəxsiyyət vəsiqəsi gündəm edildi. "İŞİD Türkiyə üçün ən böyük təhdiddir" deyən HDP rəhbərləri isə hər kəsin beynində sual işarələri yaratdı. Çünki Türkiyə üçün təqribən 40 ildir təhdid olan tək bir terror təşkilatı var, o da PKK-dır. İŞİD isə Türkiyədə hər hansı bir hadisə törətməmişdi.
Ortaya çıxan mənzərəni bu şəkildə özətləmək olar: İŞİD-in Yaxın Şərqdə əsla qəbul etmədiyimiz, olduqca qanlı zorakılıq əməlləri törətdiyi məlumdur. Lakin Suruçda həyata keçirilən həmin hadisənin İŞİD-ə aid olmadığı açıqdır. «İŞİD hər yerdə zorakılıq edir, bu nəyi dəyişdirir» deyə düşünənlər ola bilər. Bu Türkiyə baxımından çox şeyi dəyişdirir. Bu hadisə ilə bağlı bütün təfərrüatlar hadisənin PKK-nın Türkiyə və xüsusilə bölgəni formalaşdırmağı hədəfləyən Qərb dərin dövlətlərinin nəzarətində edildiyinə işarət edir. «Amma PKK bundan zərər gördü» deyənlər ola bilər. Xeyir, PKK bundan zərər görməyib. PKK-nın etdiyi PKK-ya ideoloji olaraq simpatiya bəsləyən və Türkiyənin qərbində yaşayan üniversitet tələbələrini toplamaq və onları hədəf almaq olmuşdur. Olan dəhşətli şəkildə qətl edilən 31 gəncə olmuş, amma zərəçəkən hala PKK gətirilmişdir. Məqsəd PKK-nı Türkiyədə leqallaşdırmaq, zərərçəkən, məzlum kimi göstərə bilmək və Türkiyəni İŞİD-ə qarşı müharibəyə sövq etməkdir. Xüsusilə Amerika dərin dövlətinin Suriyadakı İŞİD müharibəsində quruda savaşacaq ucuz əsgərə ehtiyacı olduğu, kürdlər üzərində bu planı tətbiq etdiyi və əsas olaraq türk əsgərini işə salmaq istədiyi uzun müddətdir məlum olan məsələdir.
Bundan başqa İncirlik hərbi bazasının İŞİD-ə qarşı istifadə edilə bilməməsi uzun müddətdir ki, Qərbi narahat edir. Bütün bunları təmin etməyin tək yolu Türkiyə və İŞİD-i qarşı- qarşıya gətirəcək bir plan daxilində həyata keçirməyə çalışmaqdır. Həmin hadisədən dərhal sonra PKK tərəfindən bir əsgərimizin və iki polisimizin xaincəsinə şəhid edilməsi, silahlarla küçələrdə etirazlar keçirilməsi, yolların kəsilib 7 yük maşınının yandırılması Türkiyədə terror zeyniyyətinin PKK-ya aid olduğunu və həmin intihar hadisəsinin yenidən küçələrdə terror əsdirmək üçün bəhanə etdiklərinin açıq göstəricisidir.
Bütün bunların ışığında iki vacib məsələni vurğulamaq lazımdır: Birincisi, Türkiyə heç bir halda sərhəddən kənar bir müharibəyə daxil olmayacaq, əsgərini qərbli qüvvələrin muzdlu əsgəri halına gətirməyəcək. Türkiyənin Suriyaya tək mümkün müdaxiləsi sülh və müzakirə məqsədli ola bilər. İkincisi isə heç kim Türkiyədəki əsas təhlükənin PKK olduğu həqiqətini unutdurub, PKK-nı Türkiyədə leqallaşdırmayacaq. Türkiyə 40 ildir ki, terrorla mübarizə aparan təcrübəli ölkədir. PKK-nı gizlindən-gizliyə türk xalqına qəbul etdirməyə çalışan qərb dərin dövlətlərin bu gerçəyi bilmələrində fayda var.
Terror hadisəsində həyatını itirən 31 gəncə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi: