“Bu, (terror hadisələri) artıq ənənə halını alıb və mən bu kürsüdən səslənirəm: bu ənənəyə son qoyulsun. Biz bu mövzuda laqeyd olmuşuq.”
Təəssüf ki, məktəb terrorları Amerikanın qorxunc ənənəsinə çevrilib. ABŞ-nın prezidenti Obamanın da yuxarıdakı sözlərində bildirdiyi kimi, bu terrorlar ABŞ cəmiyyətinin bir ənənəsinə çevrilib. Keçən həftə 26 yaşlı bir gəncin Umpqua kollecində həyata keçirdiyi, 10 nəfərin ölümü ilə nəticələnən Oreqon terroru Amerikada 2015-ci ildə baş verən 45-ci məktəb terrorudur. ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) əsasən 4 və daha çox insanın qətlə yetirildiyi terror hadisələri kütləvi qırğın hesab edilir. Buna əsasən Amerikada təkcə bu il 294 kütləvi qırğın baş verib.1
Bu dəhşətli statistika ABŞ-nın əsl probleminin nüvə silahı ilə təhlükə yaradan super qüvvələr və ya terror təhlükəsi meydana gətirən radikallar deyil, böyük ölçüdə özündə olduğunu göstərir. Amerika cəmiyyəti öz vətəndaşlarından qorxur. Əsasən terrorların həyata keçirildiyi məktəblərdən qorxur. Təkcə kütləvi qırğınlar deyil, Ferqusson hadisələri kimi ictimai məsələlərin də baş verməsi bu gözəl xalqın üstünə kabus kimi çöküb. Mehribanlığı, azadlığı, xoşbəxtliyi və demokratiyası ilə nümunə olan ABŞ cəmiyyətinin terror cəmiyyətinə çevrilməsinə əsla göz yuma bilmərik.
Oreqondakı hücumun gündəmə gətirdiyi əsl məsələ, sözsüz ki, Amerikada fərdi silah gəzdirməyin asanlaşmasıdır. Uzun zamandır ki, demokratlarla respublikaçılar arasındakı mübahisələrin əsas mövzusunu təşkil edən fərdi silah gəzdirmə qanunu baş verən hər kütləvi qırğın xəbəri ilə yenidən aktuallaşır. Ortaya çıxan mənzərə isə o qədər qorxuncdur ki, göz yummaq olmur. Odlu silahlar Amerikada hər il 33.000-dən çox insanın ölümünə səbəb olur. Bu saya qəzalar, cinayətlər və intiharlar da daxildir. Əyalətlər səviyyəsində dəyərləndirdikdə bu sayın silaha nəzarət qanunlarının zəif olduğu ərazilərdə daha çox olduğu müəyyən edilib.2
Həmin statistika “fərdi silah gəzdirmə mövzusunda demokratlara, yoxsa respublikaçılara haqq verilməlidir?” sualını gündəmə gətirir. Görəsən silahlar aradan qalxsa, bu qorxunc qırğınlar sona çatacaqmı? Yoxsa problem respublikaçıların iddia etdiyi kimi, silahlar deyil, insanlardırmı?
Bir insanın səbəbsiz yerə insan öldürəcək həddə çatmasının iki səbəbi var: ya ruhi xəstədir, ya da onu insan öldürməyə təşviq edən ideologiyaya malikdir. Fərdi silah gəzdirməyə icazə verilməsi üçün ilkin olaraq ruhi sağlamlığın yerində olması müəyyən edilməlidir. Odlu silahlar ruhi xəstələrin əlinə keçdikdə faciəvi sonla nəticələnəcəyi məlumdur.
Qırğınların əsl səbəbini təşkil edən ideologiyalar isə, doğrusu, həm ABŞ-nın, həm də dünyanın laqeyd yanaşdığı məsələdir. Dünya səviyyəsində həyata keçirilən kütləvi qırğınlara bir az yaxından nəzər saldıqda, təcavüzkarların əsasən dini və ya milli ayrı-seçkilik etdiyi, öldürülənləri aşağı irq hesab etdiyi, anarxist-kommunist və ya faşist ideologiyada olduqları görünür. Təəssüf ki, ABŞ da başda olmaqla, dünyada, demək olar ki, bütün dövlətlərin təhsil sistemi şagirdlərə və tələbələrə əslində bu fikirləri formalaşdıran materialist təhsil verir, onları “həyatda qalmaq uğrunda mübarizə aparan varlıqlar” olduqlarını təlqin edən təfəkkürlə yetişdirir. Əlbəttə, hər uşaq buna inanmır, özünü və dünyadakı bütün insanları Allahın yaratdığını bilir. Lakin bu insanlar vicdanlarına görə hərəkət edib mövcud təhsil sistemlərinə qarşı çıxmağa məcbur olurlar. Bunu etməyənlər isə yaşadıqları cəmiyyəti aşağı irqlərin yaşadığı mübarizə meydanı kimi görərək yetişirlər. Belə ki, bəzisi bunu həyat tərzinə çevirir, marksist terrorçu olur, bəzisi başqa irqlərin məhv olmasını istəyən faşist olur, bəzisi də təbii seçməyə kömək edəcəyini düşünərək məktəblərdə kütləvi qırğın törədir.
“Problem silahlardır, yoxsa insanlar?” sualına qayıtsaq, əlbəttə, problem insanlardır. Allahdan qorxan cəmiyyətdə adambaşına on silah düşsə də, heç bir cinayət olmaz. Orada insanların qarşısını alan qüvvə silah daşımağı məhdudlaşdıran qanunlar və cəzalar deyil, yalnız Allah qorxusu olar.
Əgər cəmiyyətdə insanlar həyatı dəyərsiz, cinayətləri də normal hesab edən materialist təhsil sistemi ilə yetişirsə, insan öldürməyin “təbiətin kortəbii nizamına töhfə” olduğuna inanırlarsa, mübarizə apararaq qüvvətlənib inkişaf edəcəklərinə, zəifləri məhv edərək mədəni yüksəliş əldə edəcəklərinə dair azğın fikirə malikdirlərsə, bu cəmiyyətdən cinayəti normal hesab edən insanların çıxmasına təəccüblənmək lazım deyil. Əsl problem isə indiki təhsil sistemlərimizin məhz bu təfəkkür üzərində qurulmasıdır.
ABŞ-da fərdi silah daşımağın tərəfdarı olanlar problemin nə üçün silahlar deyil, insanlar olduğunu yaxşı fikirləşməlidirlər. “Silahlarda problem yoxdur” deyərək məsələni bir kənara qoymamalı, insanları cinayətə təşviq edən təfəkkürün təhsil sistemi ilə daima aşılandığına diqqət etməlidirlər. Əgər silahlanmağı müdafiə edərək cinayətlərə son qoymaq istəyirlərsə, uşaqlarını materialist deyil, mənəvi cəhətdən güclü yetişdirmək üçün bir sistem formalaşdırmalıdırlar.
Fərdi silah daşımağa qarşı çıxanlar da “təqsir silahlardadır” kimi birtərəfli münasibətlərini bir kənara qoyaraq bu məsələ üzərində düşünməlidirlər. Azğın təfəkkürə malik birinin hər hansı yolla silah əldə edə biləcəyini unutmamalıdırlar.
Məsələnin yeganə həll yolu var: xüsusilə ABŞ-da bu iki tərəf birləşərək problemin əsl həlli üzərində durmalıdırlar. Təhsil sistemi yenilənib, hakim materialist yanaşma tərzi dəyişmədikcə, gənclər mənəvi cəhətdən güclənmədikcə, təəssüf ki, qırğınlar ənənə halını almaqda davam edəcək. Həll yolları əlimizdədir və asandır. Əsas odur ki, əsl problemə etinasız yanaşılmasın.
1.http://www.newsweek.com/45th-mass-shooting-america-2015-378803
2.http://www.theguardian.com/us-news/2015/oct/01/obama-oregon-college-shooting-routine
Adnan Oktarın “Arab News”da dərc olunan məqaləsi: