Adnan Oktarın 16 dekabr 2009-cu il tarixli Tv Kayseri, Samsun Aks, Gaziantep Hadisə TV müsahibəsindən
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Şuəra surəsi, “Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!”” —hz. Musanı deyir. “O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki, bütün bilikli sehrbazları sənin yanına gətirsinlər””. Baxın mütəxəssis, bilikli sehrbazlar. O dövrün darvinistləri. Mütəxəssis, yəni izah etdikləri cadu təsiri meydana gətirir, çünki təkrarlarla cadu meydana gəlir. Yəni bir şeyi davamlı təkrar edərək cadu təsiri meydana gətirmək mümkün olur, insanlarda təlqin olaraq. Onlarda da belə bir istiqamət var. “bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Camaata deyildi: “Siz də yığışırsınızmı?””. Yəni camaata qarşı, camaatın qarşısında darvinistləri mat etməyin əhəmiyyətinə də Quran diqqət çəkir. Biz də, məsələn, çıxdıq “Habertürk”-də adamları ayaqaltı kimi dümdüz etdik. Yəni o gün, yerlə-yeksan oldular Türkiyədə. Tam mənasıyla bitdilər. Və ondan sonra onsuz da qarşımıza çıxacaq bir halları qalmadı. Ondan sonra diqqət edin səssizliyə büründü. Daha əvvəl böyük dağları biz yaratdıq havasındaydılar. Türkiyədəki bu nəticənin alınmasında Allahın bizi vəsilə etməsi çox böyük bir nemətdir. Amma bizlər, əlbəttə, kölgə varlığıq. Allah hər hansı bir insanı da vəsilə edə bilər, bizi vəsilə etmişdir, inşaAllah. “Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq” -deyirlər oradakı insanlar. “Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?””. İndi Allah rizası olmayınca dünya mənfəəti olur, əlbəttə. Mömin Allah rizası üçün hərəkət edir, bunlar da pul qarşılığı edirlər. Pulu dünyəvi məqsədlə istifadə edəcəklər. “Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm””. Yəni əgər onlara tərəfkeşlik edərsə, yaltaqlıq edərsə, məsələn, bəzi müsəlmanlar da küfrə, masonlara, əxlaqsızlara yaltaqlıq, tərəfkeşlik edib onların adamı mövqeyinə girirlər. Və onlar onları lazım gəlsə öz televiziya kanallarına çıxardıb danışdıra bilir, öz adamları halına gətirirlər, öz əmrlərini ona istədikləri kimi dedirdə bilirlər, istədikləri kimi darvinist, metaryalist fikirləri, yaxud İslam əleyhdarı hər hansı bir sözü dedirdə bilirlər. Dünyanın hər yerində var bu, təkcə hər hansısa bir ölkədə deyil. Belə tipləri yaltaq olaraq ifadə edirik, yəni faydalanmaq üçün onlara yaxınlıq göstərən tiplər. Məsələn, xüsusi söhbətlər aparırlar razı salırlar, pul verir, danışır, izah edir. “Biz səni qoruyacağıq, sən də bizi müdafiə et” -deyirlər. “Biz dinsizik” -deyirlər, “sən də dindar olaraq tanınırsan, amma bu cür bir ittifaqımız olarsa birlikdə bir çox mənfəət əldə edərik” deyib razılaşırlar. “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” Yəni belə saxtakarlar demək ki, pulla iş görürlər. “Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm””. Bax bu çox əhəmiyyətlidir, bayaq söylədiyim, yəni həmçinin bu da bir üstünlük olmuş olur, məsələn belə alçaq adamlarla ittifaq qurub onların adamı mövqeyində olur. Məsələn, dara düşdüyü vaxt onu qoruyur, müdafiə edir. Müsəlmanlara qarşı ittifaq qururlar bu cür münafiqlərlə, bu cür ateist dinsizlərlə masonlar ittifaq quraraq müsəlmanlara qarşı bir cəbhə yaradırlar. Dünyanın hər tərəfində var bu. “Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”” Biz də dedik ki, darvinistlərə, nə atacaqsınızsa atın, onlar da iplərini, əsalarını atdılar. “Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki,”” Fironu ilahlaşdırmışlar, onlar da, məsələn darvinizmi ilahlaşdırırlar, Darvini ilahlaşdırırlar. ““Biz qalib gələcəyik!” – dedilər”. Bunlar da özlərinin çox üstün olduğunu iddia edirdilər. Yəni elmdə, fəndə çox irəli getdiklərini iddia edirdilər. “Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu”. Bizim bildiklərimiz, bizim göstərdiyimiz fosillər, sənədlər, dəlillər onların uydurub düzəltdiklərini tamamilə uddu və yox etdi. “Sehrbazlar səcdəyə qapandılar”. Yəni dərhal iman edirlər. “və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə””. Yəni, həqiqətən, bu dövrdə, Darvinin uydurmalarını biz yox etdikdən sonra bir çox insan iman etdi, maşaAllah. ““Musanın və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür””. Budur, bax, darvinist diktatorluğun o zamanki gücü. Yəni inanclı adama inancını ifadə etməsinə imkan vermir, məsələn indi məcbur edirlər ki, darvinist olduğunu desin. İmtahanda suala düşür, əgər darvinizmi qəbul etdiyini yazmazsa imtahandan keçə bilmir, dünyanın bir çox yerində bu belədir. Yəni imtahan sualında məcburən, universitetlərdə məcburən qəbul etdirirlər. Mən Allaha inanıram deyərsə məktəbdən uzaqlaşdırır. Baxın, “Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?”” Yəni dövlətin monopoliyasında olur iman edib etməmək. Dünyanın bir çox yerində belədir Çində, Rusiyada. Rusiya sonradan bir az düzəldi, amma Çin hələ də elədir. “Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür”. Bu cadunu o sizə öyrətdi deyir. “Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib”. İddia edilən Ergənəkon təşkilatıda bu cürdür, əziyyət və işgəncə ilə insanları inanclarından döndərməyə çalışır. “Hamınızı çarmıxa çəkdirəcəyəm”. İddia edilən Ergənəkon təşkilatının dilində şüarı, əsas mövzusu budur; çarmığa çəkmək. Hara baxsan asmaqdan, kəsməkdən bəhs edirlər. Adını soruşsan “asmaq” deyir, soyadını soruşsan “kəsmək” deyir adam, əlbəttə. “Onlar dedilər: “Zərər yox””, möminlər, “biz onsuz da öz Rəbbimizə qayıdacağıq”. Yaxşı, şəhid edərsən bizi deyirlər, biz də Allahın huzuruna gedərik, lap yaxşı deyirlər. “Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. Allah, inşaAllah, günahlarımızı bağışlayar deyir.