Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)
İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu əsla tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daima onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allah’dır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir.
İnsan ömrü boyu həqiqətən güvənəcəyi, hər vəziyyətdə çətinliyini aradan qaldıran, zəngin və müqtədir insan, ya da güc axtarışı içindədir. Lakin bunu axtararkən onsuz da özünü yaratmış, həyatını davam etdirməsini təmin edən böyük qüvvət sahibi, hər şeyi etməyə qadir olan Rəbbimizi unudur. Özünə pislikdən başqa heç bir xeyri olmayan, axirətdə də cənnətdə mülk sahibi olmasına mane olan şeytanı dost seçir, bu, onun üçün qaranlıq dünyanın başlanğıcıdır.
Allah’a iman edən, imanında da səmimi olan insanlar isə artıq heç məğlubiyyəti olmayan şərəfli və xeyirli həyat yaşayırlar. Çünki Allah inananlara dininə və sözlərinə sadiq olduqları müddət ərzində zəfər nəsib edəcək. Əsl böyük qarşılığı isə axirətdə onlara verəcək. Allah inananların dünyada və axirətdəki tək gerçək dostudur.