Ağıl iman edənlərlə inkarçıları bir-birlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Allahın iman edən qullarına aid bir xüsusiyyət olaraq yaratdığı ağıl, adamın imanı, Allah qorxusu və təslim olması ölçüsündə inkişaf edər. Allah qorxusu və səmimi iman, adama həyatının hər anında Allahın razılığına uyğun hərəkət etməsini təmin edən bir anlayış qazandırar. Belə bir adam vicdanını istifadə edərək Quran əxlaqına ən uyğun olan rəftarı seçər və bunun nəticəsində bütün həyatına hakim olan bir rəftar mükəmməlliyi əldə etmiş olar. Uca Allahın yalnız mömin qullarına verdiyi bu üstün xüsusiyyətə Quranın bir çox hekayəsində diqqət çəkilmişdir.
Ağıl, zəkanın çox üstündə və çox daha dərin bir qavrayış şəklidir. Zəka, insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin hamısıdır. İnsana zəkanın çox üstündə bir anlayış qazandıran ağıl isə, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzunu həll edə bilmə qabiliyyətidir. İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah,
ayəsiylə iman edib Ondan qorxub çəkinmələrinə qarşılıq, qullarına Qatından xüsusi bir anlayış verdiyini bildirmişdir. Quranda bildirilən peyğəmbər hekayələrində iştirak edən ağıllı davranışlar, bu həqiqətin ən açıq dəlilləri və möminlər üçün hikmətli bir nümunədir. Uca Allah ağıl sahibi qullarına Quranda izah edilən hekayələr üzərində düşünüb ibrət götürmələrini bildirmişdir. Yusif surəsində belə buyurulmuşdur:
Quranda bildirilən bu xatırlatma istiqamətində irəliləyən sətirlərdə Peyğəmbərlərimizin (s.ə.v) qiymətli hekayələrində, izah edilən ağıllı davranışlardan və səmimi imanları istiqamətində Allahın qullarına verdiyi “üstün qavrayışdan” bəzi nümunələr verəcəyik.
Hz. Məhəmməd (s.ə.v.) hekayəsi: Erkən hərəkət etmənin əhəmiyyəti
Allah Quranda, “Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən erkəndən ayrılıb (Mədinədən Uhuda) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (Al-i İmran surəsi, 121) ayəsiylə Hz. Məhəmməd (s.ə.v.) üzərində təcəlli edən ağıllı rəftarı bildirmişdir. Hz. Məhəmməd (s.ə.v.) o dövrün mübarizə mühiti içində, möminlərin təhlükəsizliyini və müvəffəqiyyətini təmin edə bilmək məqsədiylə evindən erkəndən ayrılmışdır. Şübhəsiz Peyğəmbərimizin (s.ə.v) etdiyi bu tədbir bütün inananlar üçün ağılın ön plana çıxdığı əhəmiyyətli bir nümunədir.
Erkən hərəkət etmənin əhəmiyyəti
Bu hekayədən də aydın olduğu kimi əhəmiyyətli bir hadisə olduğunda tez və ağıllı hərəkət etmək lazımdır. Çünki, erkən davranan bir insan, lazım olan bütün fəaliyyətləri zamanından əvvəl təşkil edərək, əvvəldən fərq edilməmiş olan ehtiyacları və detalları təsbit edə bilmə imkanını qazanmış olar.
Uzun müddət olduğunu bilmək, insanların sakit və ağıllı düşünə bilmələri üçün əlverişli bir zəmin hazırlayar. Ayrıca, toplu halında hərəkət edilməsi lazım olan bir hadisədə, insanlar arasında müşavirə edilməsi və fikir birliyinə çatması üçün də zaman qazanılmış olar.
Bunun yanında erkən davranmaq, son anda ortaya çıxa biləcək bir əyriliyə və ya gözlənilməz hadisəyə qarşı əhəmiyyətli bir üstünlük təmin edər. Erkən hərəkət edildiyində, ortaya çıxan bir problemi düzəltmə imkanı olar.
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) də Allahın ona təcəlli edən üstün ağılı istifadə edib, ehtiyatlı davranmış və erkən hərəkət etmişdir. Mübarizənin reallaşacağı mühitə erkəndən gedərək, burada möminlər arasında bir vəzifə bölümü etmiş və onları Allahın icazəsiylə ən əlverişli yerlərə yerləşdirmişdir.
Hz. İbrahim (ə.s) hekayəsi: Təbliğ edərkən bir neçə mərhələ sonrasını düşünmək
Quranda Hz. İbrahimin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir. Bunlardan biri, bütə tapınan qövmü xəbərdar etmək və onlara doğru yolu göstərmək üçün tətbiq etdiyi bir plana əsasəndir.
Hz. İbrahimin (ə.s) qövmünə xəstə olduğunu söyləməsi
Hz. İbrahim, qövmünün ilah etdiyi bütlərin (Allahı tənzih edərik) heç bir şeyə güc çatdıra bilməyəcək daş yığınları olduğunu ortaya çıxarmaq üçün hazırladığı plan istiqamətində, ilk olaraq bu kəsləri bütlərdən uzaqlaşdırmaq istəmişdir. Bunun üçün qövmünə xəstə olduğunu söyləmişdir. Hz. İbrahimin bu üsulu, Quran ayələrində bu şəkildə xəbər verilmişdir:
“Mən, doğrusu xəstəyəm” dedi. Beləliklə arxalarını çevirib ondan qaçmağa başladılar. Bunun üzərinə onların ilahlarına soxulub: “Yemək yemirsinizmi?” dedi. “Sizə nə olub ki danışmırsınız?” Deyərkən onların üstünə gedib sağ əliylə bir zərbə endirdi. (Saffat surəsi, 89-93)
Yalnız böyük bütə toxunmaması
Qövmünün bütlərin ətrafından uzaqlaşmasının ardından, Hz. İbrahim böyük büt xaricində bütün bütləri qırmışdır. Bu davranışı, Quranda belə xəbər verilmişdir:
Beləcə o, yalnız böyükləri xaric olmaq üzrə onları paramparça etdi; bəlkə ona müraciət edərlər deyə. (Enbiya surəsi, 58)
Şübhəsiz Hz. İbrahimin bütün bütləri qırıb geriyə yalnız böyük olan bütü buraxmasının bir hikməti vardı. Bu həqiqət qövmünün bütlərin yanına qayıtdıqlarında ortaya çıxmışdır. Tapındıqları bütlərin yerlə bir olduğunu görən qövmü bunu edənin kim olduğunu sorğulamağa başladıqları ayələrdə belə bildirilmişdir:
“Bizim ilahlarımıza bunu kim etdi? Şübhəsiz o, zalımlardan biridir” dedilər. “Özünə İbrahim deyilən bir gəncin bunları dilinə doladığını eşitdik” dedilər. Dedilər ki: “Elə isə, onu insanların gözü önünə gətirin ki, ona (necə bir cəza verəcəyimizə) şahid olsunlar.” (Ənbiya surəsi, 59-61)
Hz. İbrahimin qövmünə bütləri böyük bütün qırdığını söyləməsi
Qövmü, Hz. İbrahimə bütlərin vəziyyətini soruşduğunda, O, böyük bütü işarə edərək bu vəziyyəti böyük bütdən soruşmalarını söyləmişdir. Daşın danışa bilməyəcəyini və olub bitən hadisələri açıqlaya bilməyəcəyini düşünüb anlayan qövmü bu daşların heç bir gücə sahib ola bilməyəcəyini də özlərinə etiraf etmək vəziyyətində qaldığı Quranda belə xəbər verilmişdir:
“Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular. (İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” - deyə cavab verdi. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız”, - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” - dedilər. (Ənbiya surəsi, 62-65)
Quranda Hz. İbrahimin, bu söhbəti üzərinə bunları söylədiyi bildirilmişdir:
Dedi ki: “O halda, Allahı buraxıb sizlərə faydası olmayan və zərəri toxunmayan şeylərəmi tapınırsınız?” (Ənbiya surəsi, 66)
Hz. İbrahimin ilah etdikləri bütlərin (Allahı tənzih edirik) heç bir gücü olmadığını göstərməsi üzərinə, qövmünün müşrikləri bir anlıq vicdanlı düşündükdən sonra içində olduqları vəziyyətin nə cür alçaldıcı olduğunu görmüşlər. Uca Allah, səmimi imanı və könüldən ONA dönüb yönələn bir qul olması səbəbiylə Hz. İbrahimə üstün bir ağıl və anlayış vermişdir. Bu sayədə Allahın ona nəsib etdiyi ağıl ilə onlara həqiqətləri göstərmiş, səhv yolda olduqlarını öz özlərinə etiraf etdirmişdir.
Hz. Zülqərneyn hekayəsi: Möhkəm tədbirlər almanın əhəmiyyəti
Quranda Allahın, ona sağlam bir iqtidar verdiyi və “özünü əhatə edən bir məlumat”a sahib olduğu bildirilən (Kəhf surəsi, 83-84) Hz. Zülkarneynin hekayəsi belə xəbər verilir:
Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. Daha sonra o başqa bir yola üz tutub getdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan bir tayfa gördü. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?” O dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! (Kəhf surəsi, 91-95)
Ayələrdə xəbər verildiyi üzrə xalqın - yer üzündə təxribatçılıq çıxaran bir qövm olan - Yəcüc və Məcücdan qorunmaq üçün tələb etdiyi “səddi” tikməyi qəbul edən Hz. Zülqərneyn bunu bilinməyən bir üsulla reallaşdırmışdır. Xalqı qorumaq üçün lazımlı olan bu səddi Allahın icazəsiylə elə ağıllı bir üsulla tikmişdir ki, sədd bir daha nə aşılamayacaq nə də dağıla bilmişdir. Bu həqiqət, Quranda belə bildirilmişdir:
“Mənə dəmir parçaları gətirin!”. O iki dağın arasını bərabərləşdirən kimi: “üfürün!” - dedi. Od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi. Artıq nə aşa bildilər, nə də onu dəlib keçə bildilər. (Kəhf surəsi, 96-97)
Hz. Zülqərneynin inşa etdiyi səddin möhkəmliyinin sirri nədir?
Hz. Zülqərneynin bu müvəffəqiyyəti, şübhə yoxdur ki Allahın lütfüylə üstün bir ağla sahib olması sayəsində reallaşmışdır. Hz. Zülqərneyn aşılmayacaq bir sədd inşa etmək üçün;
Ən möhkəm materiallardan dəmiri seçmiş, bu materialı da ola biləcək ən güclü şəkildə istifadə etmişdir.
Əvvəl dəmir kütlələrini yerləşdirmiş, sonra bunları atəş halına gələnə qədər əritmişdir.
Son dərəcə möhkəm bir hala gələn səddi bu halıyla da buraxmamış, ciddi bir tədbir daha alaraq üzərinə əridilmiş mis tökdürtdürmüşdür. Beləcə, səddi, Allahın diləməsi xaricində dağılmayacaq, aşılmayacaq qədər dayanıqlı hala gətirmişdir.
Səmimi bir imana sahib olan kəslər, Allahın onlara lütf etdiyi ağıl vəsiləsiylə hər vaxt Allah rizasının ən çoxunu qazanmağa istiqamətli qərarlar verərlər. Ağıl sahibi bir insanın ən diqqət çəkən xüsusiyyətlərindən biri, bir təhlükə qarşısında keçici, zəif həllərə müraciət etməməyi, əksinə, əldəki imkanlar daxilində ola biləcək ən böyük tədbirləri almasıdır. Bu vəsiləylə bir təhlükəni bir daha əsla insanları təhdid edə bilməyəcək, tək bir adamın belə zərər görməsinə səbəb verməyəcək şəkildə ortadan qaldırmış olar. Hz. Zülqərneynin inşa etdiyi səddə də bu ağıl əlaməti açıqca görülür.
Hz. Yaqub (ə.s) hekayəsi: Əhəmiyyətli bir məlumatı pis niyyətli kəslərdən gizlətmək.
Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də Hz. Yaqubdur.
Hz. Yaqubun, Hz. Yusifin qısqanıldığını bilməsi
Hz. Yaqub, oğullarından bəzilərinin, onun, Hz. Yusifə duyduğu sevgini qısqandıqlarını, Allahın izniylə anlamış və buna görə də onların Hz. Yusifə bir zərər verə biləcəklərindən narahat olmuşdur. Necə ki, Allah, Hz. Yaqubun bu narahatlığında haqlı olduğunu, Quran ayələrində xəbər vermişdir. Yusif surəsində, Hz. Yaqubun oğullarının qardaşları Hz. Yusif üçün belə dedikləri bildirilir:
Bir zaman belə demişdilər: “Biz bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!” (Yusif surəsi, 8)
Hz. Yaqubun, Hz. Yusifə, gördüyü yuxunu qardaşlarından gizləməsini məsləhət etməsi
Allah Qatından ona xüsusi bir elm verilmiş olan Hz. Yaqub (Yusif surəsi, 68), oğlu Hz. Yusifin yuxusunu özünə izah etməsindən sonra, ona, bu yuxunu qardaşlarıyla paylaşmamağını məsləhət etmişdir. Hz. Yaqub, yuxusunda ulduzların, Günəşin və Ayın özünə səcdə etdiklərini gördüyünü izah etdiyində, bu yuxunun, Hz. Yusifin, Allahın seçdiyi xüsusi bir kimsə ola biləcəyinə işarə etdiyini anlamışdır. Çünki, Hz. Yaqub bu məlumatın oğullarının qısqanclıqlarını daha da artıra biləcəyini və bundan ötəri də onların Hz. Yusifə zərər verməyə cəhd edə biləcəklərini düşünmüşdür.
Quranda Hz. Yaqub ilə oğlu Hz. Yusif arasında keçən bu söhbət belə xəbər verilmişdir:
Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”. Dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yaqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!” (Yusif surəsi, 4-6)
Göründüyü kimi, Hz. Yaqub, qısqanclığın doğura biləcəyi nəticələri əvvəldən təsbit etmiş, bu istiqamətdə tədbir almış və pis niyyətli ola biləcək kəslərdən əhəmiyyətli bir məlumatı gizlətmişdir. Möminlər, bu hekayədə izah edilən ağıl əlamətlərindən də dərs almalıdırlar. Ayrıca, özləri də bu ağla sahib olmaq və Allaha yaxınlıqlarını artırmaq üçün dua etməli və səmimi bir səy göstərməlidirlər.
Yazıda bəhs etdiyimiz və bütün möminlərin nümunə götürülməsi lazım olan bu ağıl nümunələrini, qullarına ilham edən Uca Allahdır. İnsan, Allah tərəfindən yaradılmış bir varlıqdır. Müstəqil bir gücə və ya ağla sahib deyil. Ona sahib olduğu zəkanı verən üstün ağlını təcəlli etdirən Allah, sonsuz və sərhədsiz bir ağlın sahibidir və dilədiyi an dilədiyi kimsəyə, imanı ölçüsündə bu neməti verir.
Allahın üstün ağlının üzərində təcəlli etdiyi möminlər, bu sayədə içində olduqları dünyanı daha da dərin düşünə bilərlər. Kainatın hansı tərəfinə dönüb baxsalar qarşılaşdıqları hər detalın Allahın sonsuz ağlının nümunələriylə dolu olduğunu görərlər. Quranda, Allahın, bu üstün ağlı və sənəti qarşısında insanın necə aciz qaldığı belə bir örnəklə xəbər verilmişdir:
Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
Bu ayələrdə bildirildiyi kimi Allahın qüsursuz yaratmasında heç bir əskiklik yoxdur. Allahın sonsuz ağlı, insanın məhdud ağlı ilə müqayisə edilməyəcək qədər üstün və bənzərsizdir. Kainatdakı hər sistemdə qarşılaşılan qüsursuz yaradılış, bu üstün ağlın bir göstəricisidir. Allahın, insanlara belə qüsursuz sistemlər göstərməsinin bir səbəbi də, insan ağlının həqiqi sahibinin Allah olduğunu bilməsi, Rəbbimizin böyüklüyünü qavraması və ONA təslim olub iman etməsidir.
Allah, Quran ilə insanlara doğrunu, səhvi, yaxşını, pisi açıqlamışdır. İnsanın ağlını necə istifadə edə biləcəyini, bu anlayışlar arasındakı fərqi necə görə biləcəyini və necə düşünməsi lazım olduğunu ayələrlə bildirmişdir. Quranı özünə rəhbər edən insana, bu məlumatlar istiqamətində yaşadığı üçün, həqiqi ağla və dürüst bir vicdana sahib olar.
Zəka və ağıl çox vaxt eyni mənada istifadə edilsə də tamamilə iki fərqli anlayışdır. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıllı bir insan, zəkanın təmin etdiyi bütün üstünlükləri istifadə etməsinin yanında, sahib olmadığı bir qavrayış və qabiliyyətə də malikdir.