İnsanlar, həmişə dinc, rahatlıq içində yaşadıqları, dostluq və sevincin olduğu mühitləri istəyərlər. Ancaq, bunu istəyərkən bir çox insan belə mühitlərin meydana gəlməsi üçün bir səy göstərməz, hətta şəxsən özləri başqalarına dinclik və narahatlıq verərlər. Rahatlığı, dostluğu və təhlükəsizliyi təmin etməyi isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan ölkələr arası əlaqələrə qədər belədir. Halbuki, gözəlliklər, dostluqlar, dinclik və rahatlıq fədakarlıq istər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqlarda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərərsə, hər kəs öz rahatlığını düşünüb, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranırlar. Onlar, həm fədakar, həm bağışlayandır, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində belə, haqlarından istifadə edərək, cəmiyyətin dinclik və təhlükəsizliyini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir.
Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə bir vəziyyət içində olmaları lazım olduğunu bildirirlər. Allah, möminlərin, əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini bir sirr olaraq bildirmişdir. Bunlar əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır.
Ayədə də bildirildiyi kimi, Allah belə üstün bir rəftara qarşılıq, möminlərin düşmənlərini "səmimi bir dosta" çevirir. Bu Allahın sirlərindən biridir. Nəticədə bütün insanların ürəyi Allahın əlindədir. Allah kimi istəsə, onun ürəyini və düşüncəsini dəyişdirə bilər.