Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi- 29)
İman həqiqətlərini yalnız Allaha inancı olmayan şəxslər deyil, eyni zamanda iman gətirən insanlar da öyrənməli və dərindən düşünməlidirlər. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulamışdır.
İman gətirmiş bir insan namaz qılmaq, oruc tutmaq və digər ibadətləri yerinə yetirməklə bərabər dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət edilən "göylərdəki və yerdəki" yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, yəqinliklə iman gətirməsinə vəsilə olar. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti əlamətlərlə iman gətirməyə yönəltdiyi belə bildirilir:
Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? (Zəriyət surəsi, 20-21)
Ayədə açıq şəkildə ifadə edilmişdir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri insanların inanmağına vəsilə olacaq. Dəqiq məlumata söykənən bir iman da insanda Allah qorxusunun artmasına, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və diqqətli yerinə yetirməsini təmin edəcək. Yaradılış dəlilləri üzərində dərin təfəkkürə sahib olan insanlar, ibadətlərini huşu içərisində yerinə yetirərkən, etdiklərinin artıq Allahın gördüyünü və insanlara verdiklərinin qarşılığında Allahın onu mükafatlandıracağında dəqiq qənaətə gəlirlər. Eyni zamanda etdiyi ən kiçik səhvi də Allahın bilməsi onu tövbə etməyə və səhvlərindən sürətlə imtina etməyinə yönəldəcək.
Allah Quranda iman gətirənlərə belə səslənmişdir:
Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)
Ayədə bildirildiyi kimi, insanların özlərini Allaha yaxınlaşdıracaq vəsilə axtarmaları, qurtuluşa çatmağa ümid etmələri üçün bir yoldur. Məhz iman həqiqətləri də möminlərə, Allahın varlığı və sifətləri haqqında daha dərin bir qavrayış və anlayış verən, Allaha daha çox yaxınlaşmağı təmin edən vəsilələrdir. Məsələn, Allahın yaratdığı canlıları araşdırmaq, onlardakı mükəmməl quruluş və sistemləri müşahidə etmək və bunlar üzərində düşünmək Allahın sonsuz elminə və gücünə daha yaxından şahid olmağı təmin edir.
İnsan bədənindəki möhtəşəm funksiyaları öyrənən adam Allahın varlığının və sənətinin açıq dəlillərini görəcək, öz bədəni daxil olmaqla, hər şeyin Allahın əsəri olduğunu və hər an Allahın nəzarəti altında olduğunu anlayacaq. Eyni zamanda, acizliyini hiss edərək Allaha daha da yaxınlaşacaq. Allaha qarşı etdiyi bu yaxınlıq səbəbindən Onun rizasını və rəhmətini qazanmağa daha çox yönələcək. Məsələn, bəlkə daha əvvəl boş keçirdiyi vaxtlarını artıq Allahın rizasını daha çox qazanmağa yönəldəcək, ibadətlərini daha şövqlü bir şəkildə yerinə yetirəcək.
Nəticə olaraq, iman həqiqətləri səthi və təqlidi bir imandan təhqiqi (dəqiq məlumatla, araşdırma yolu ilə) və qüvvətli bir imana keçməkdə çox əhəmiyyətli bir rol oynayacaq.
2013-10-01 23:12:40