İman Gətirməyənlərin Həyatını Kabusa Çevirən Hiss: Qorxu
ucgen

İman Gətirməyənlərin Həyatını Kabusa Çevirən Hiss: Qorxu

1600
Allah: “İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi. (Nəhl Surəsi, 51)

 İman gətirməyən insanlar öz istəklərinə görə yaşayaraq hər şeyin “kortəbii təsadüflər” nəticəsində əmələ gəldiyini düşündükləri üçün daima bəzi şeylərdən qorxaraq narahat olurlar. Dünyada ən mükəmməl şəraitdə yaşasalar belə, bu qorxu və narahatlıqdan xilas ola bilmir, əsl rahatlığı və xoşbəxtliyi tapmırlar. Qəflətdə olan bu insanların qorxularından bəzilərini belə sadalaya bilərik:

 İnsanlardan qorxurlar

 İman gətirməyən insanların digər insanlara qarşı hiss etdikləri qorxu həyatlarının hər anında müşahidə olunur. Qazandığı pulu ona müdirinin verdiyini düşünən insan özünü ondan asılı hesab edir. Səhv etdikdə işdən qovulacağını düşündüyü üçün həmişə narahat olur. Ətrafındakı insanlara da düşmən gözü ilə baxır. Şeytan inkar edənlərin qəlbini hər an həmin insana pislik ediləcəyi, ona yalan deyiləcəyi, zərər veriləcəyi, alçaldılacağı şübhələri ilə sıxır və qorxu içində yaşamalarına nail olur. Amma iman gətirən bir insan Allahı özünə vəkil etdiyi üçün insanlardan əsla qorxmur. Hər şeyin qədərində xeyirlə yaradıldığını, Allah istəmədikcə ona heç kimin nə zərərinin, nə də faydasının toxunmayacağını bildiyi üçün həmişə rahat və razıdır. İman gətirənlər ancaq Allahdan qorxur, ona görə də şeytanın vəsvəsələri möminlərə təsir etmir. Mömin qorxu, narahatlıq, sıxıntı, təşviş kimi hissləri yaşamır.

 Güvəni itirməkdən qorxurlar

 Vəzifə və mövqeyə hədsiz əhəmiyyət verən inkarçıların etibarlarını itirmə qorxusu da var. Ona görə özləri ilə bağlı mənfi xəbərin eşidilməsindən və ətrafa yayılmasından çox narahat olurlar. Nə qədər “məşhur, güvənilən və zəngin” olsalar da, həyatlarında heç nədən zövq almadan yaşayırlar. Xoşbəxt olacaqlarını hesab etdikləri dünya həyatı “iman gətirmədikləri üçün” kabusa çevrilir. Halbuki, iman gətirənlər üçün yeganə üstünlük təqvaya görədir. Yəni, kimin Allah qorxusu daha çoxdursa, ən çox sevilən odur. Vəzifə və mövqedə gözləri yoxdur, ancaq Allah rizasını qazanmaq üçün yaşayırlar. Allah Quranda imanlarına görə möminləri xoşbəxt edəcəyini bildirmişdir.

 Mallarını itirməkdən qorxurlar

 Axirətin varlığına inanmayan və həyatlarının ancaq dünya ilə məhdudlaşdığını düşünən inkarçılar Allahın rizasını qazanmağı qarşılarına məqsəd qoymadıqları üçün pul və mal qazanma ehtirası ilə yaşayırlar. Ona görə, mallarını istədikləri kimi xərcləmirlər. Yığdıqca yığırlar. Nəticədə isə topladıqları yığın-yığın pulu dünyada qoyur, ölüb gedirlər. Həyatları boş məqsəd uğrunda bədbəxtlik içində keçir. Beləliklə, şeytan da “Dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Hicr Surəsi, 39-40)  ayələrindəki sözünü həyata keçirir. Lakin möminlər ayədə bildirilən “sadiq qullardan” olduqları üçün, inşaAllah, şeytanın tələsinə düşmürlər. Ona görə də həm dünyada xoşbəxt yaşayır, həm də axirətdə, Allahın istəyi ilə əbədi nemət içində olacaqlar.

 İnsanları narazı salmaqdan qorxurlar

 İman gətirməyən insanlar Allah sevgisini bilmədikləri üçün bir-birlərinə səmimi sevgidən qaynaqlanan mərhəmət də göstərə bilmirlər. Sevginin ancaq Allahın istəyi ilə qəlbə verilən bir hiss olduğunu dərk etmədikləri üçün süni şəkildə digər insanların “saxta sevgisini” qazanmağa çalışırlar. Lakin bu onlara sıxıntı verir, ürəklərinə qorxu salır və onları yorur. Çünki “sevgisini” qazanmağa çalışdıqları insanlar Allah qorxusu olmayan, ona görə də hər an nankorluq edib onlardan üz çevirəcək əxlaqa malik şəxslərdir. Bunu bildikləri halda yenə də insanları razı salmağa çalışmaları şeytanın hiyləsidir. İnsanları narazı salma qorxusu onların həyatları boyu qeyri-səmimi olmalarına səbəb olur. Beləliklə, iman gətirməyən insanlar şeytana tabe olmalarının cəzasını dünyada da çəkirlər.

 Gələcəyə dair qorxulardan xilas olmağın yeganə yolu Allaha təvəkkül etməkdir

 İman gətirməyən insanların həyatındakı qorxular və şübhələr ancaq yuxarıda sadalananlarla məhdudlaşmır. Bu insanlar dünya həyatını sanki kabus kimi yaşayırlar. Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünmədikləri üçün daima vəsvəsə içində olurlar. Zahirən gözəl şeylə qarşılaşdıqda belə, hər şeyə mənfi gözlə baxdıqları üçün hadisələrin ardında pis niyyət olduğunu düşünür və o anda qarşılaşdıqları gözəlliklərdən zövq ala bilmirlər. Mənfi düşüncələrin qarşısını alan Allah qorxusuna malik olmadıqları üçün bu mənfi auradan da xilas ola bilmirlər. Belə ruhi vəziyyət onların ağıllarını örtür, şeytanın təsiri ilə daha da sıxıntılı vəziyyətə düşürlər və dünyada sanki cəhənnəm həyatı yaşayırlar.

 Bu vəziyyətdən xilas olmağın yeganə yolu isə Allaha təvəkkül etməkdir. Allaha təslim olan möminlərin Allahdan başqa qorxduqları heç nə yoxdur. Özlərini sonsuz güc və ağıl sahibi olan Uca Rəbbimizə təslim edir, ona görə də böyük rahatlıq içində yaşayırlar. Möminlər hər şeyin Allah Qatında müəyyən edilmiş  qədər daxilində olduğunu, bu müəyyən edilmiş an və hadisələri vaxtı gəldikdə yaşadıqlarını bilirlər. Ona görə də həyatlarında heç nəyi dəyişdirməyə güclərinin çatmadığını, Allahın sonsuz ağlı ilə hər şeyi ən gözəl şəkildə yaratdığını bilir və “təvəkküllü” olurlar. Allahın mütləq onları qoruyacağını, möminlərlə onları dəstəkləyəcəyini, tək olsalar belə, Allahın mütləq kömək edəcəyini daima düşünür və Allahdan razı olaraq yaşayırlar. Allah bir ayəsində ancaq möminlərin nicat tapacağını belə bildirir:

 Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə Surəsi, 109)

 İnsanın həyatı boyu qarşılaşdığı hər hadisə, qazandığı və ya itirdiyi hər şey ancaq Allahın yaratması ilə baş verir. Bu həqiqəti bilmək və rahatlığını yaşamaq Allaha imanın qazandırdığı saysız-hesabsız gözəlliklərdən sadəcə biridir. Allahın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini və onun üçün daima ən doğru, ən gözəl və ən xeyirli olanı yaradacağını bilən bir mömin təvəkkül edir və Allaha təslim olur. Buna görə həmişə rahatdır. İman gətirənlərin bu təslimiyyətləri bir ayədə belə bildirilmişdir:

 De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr