Quran-ı Kərimdə Bədəvi əxlaqının din əxlaqına uyğun olmadığı hansı ayətlərlə xəbər verilmişdir?
İman edənlər üçün yalnız bitkilər, heyvanlar, insanlar yəni yalnız kainatdakı canlılar deyil, bir avtomobildən çaydana, bir iynədən tutmuş hündür binalara qədər hər şeyi dərin düşünməyə səbəb olan iman həqiqətidir. Həyata bu cür baxan müsəlmanlar səthi və düşüncəsiz bir xarakterdən uzaqlaşar və Allahın icazəsi ilə dərin imana sahib olarlar. Bəzi insanlar isə müsəlmanların şiddətlə uzaqlaşdığı səthi yaşamaqda qorxu görməzlər. Bu kəslər həyatları boyu Quranda yazılan Bədəvi əxlaqına bənzər əxlaq nümayiş edərək dünyada və axirətdə böyük itki içində yaşayarlar.
İman edən insan üçün ətrafında olan hər şey Allahın varlığına inanan iman həqiqətidir. Yer üzündə olan canlı-cansız bütün varlıqları, həssas tarazlıqlarla təchiz edilmiş kainatı və içindəki hər bir obyekti Allahın yaratdığını bilən insan, ətrafında olub bitən hər şeyi buna görə qiymətləndirər. Yaradılış dəlili olaraq yalnız ağacları, çiçəkləri ya da heyvanların xüsusiyyətlərini düşünməz. Onun üçün Allahın yaratdığı vasitələri nümunə göstərsək cib telefonu, elektronika cihazlarını ya da kompüter belə iman həqiqətidir. Bunların da Allahın diləməsiylə var olduğunu bilər və işlərini asanlaşdırdığı üçün Allaha şükür edər.
Ancaq indiki vaxtda bəzi insanlar böyük şəhərlərin boğucu atmosferində, monoton və sıxıntılı bir həyata özlərini qapdırdıqları üçün qarşılarına çıxan yaradılış dəlillərini görə bilməzlər. Belə insanlar hadisələri iman gözüylə qiymətləndirmədikləri və ətraflarındakılar üzərində dərin düşünmədikləri üçün son dərəcə səthi bir dünyagörüşünə sahibdirlər. Bu səthi baxış isə zamanla laqeyd, yeri gəldiyində kobud və düşüncəsiz insanların ortaya çıxmasına səbəb olmaqdadır.
Quranda Bədəvilər
Uca Allah Qurani-Kərimdə mənəvi dərinlik və qavrayışdan uzaq olan, yalnız dar düşüncə və sadə məntiqlər içində düşünən insanlara nümunə olaraq "bir qisim Bədəvi"ləri göstərmişdir.
Bədəvilər Peyğəmbər (s.ə.v) dövründə çöldə yaşayan köçəri qəbilələr idi. Şəhərlərdə yaşayan Ərəblər ədəbiyyat və etik mədəniyyətə sahib ikən Bədəvilər cahil, sərt və kobud təbiətli bir cəmiyyət idi. Belə bir əxlaqı din əxlaqının tələbi kimi qavranması və başa düşülməsi böyük səhvdir.
Allah Quranda Bədəvilərin bu pis əxlaq xüsusiyyətlərini belə bildirmişdir:
“Bədəvilər inkar və nifaq baxımından daha şiddətlidir. Allahın elçisinə endirdiyi sərhədləri bilməməyə də onlar daha “uyğun və əlverişlidir”. Allah biləndir, hökm və hikmət sahibidir”. (Tövbə Surəsi, 97)
Bədəvilərin çirkin mədəniyyəti
Köçəri bir həyat sürən Bədəvilər itaətsizliyə və sərhəd tanımamağa meylli idilər. Peyğəmbərimiz (s.ə.v) kimi mübarək bir insanı şəxsən görmələrinə, söhbətlərinə qatılmalarına, onun təbliğinə şahid olmalarına, onun üstün və seçmə əxlaqına, hər vəziyyətdə keyfiyyətli və müasir rəftarlarına şəxsən şahid olmalarına baxmayaraq Bədəvilərin çoxu özlərini inkişaf etdirə bilməmiş, kobud və sadə xasiyyətli olaraq qalmışlar.
Bədəvi xarakteri göstərən insanlar çox şeyi anlamırlar, Quranda buyurulduğu kimi incə düşüncəli ola bilmirdilər. Məsələn Peyğəmbərimizə (s.ə.v) evlərin arxasından səslənir, onun söhbətlərində səslərini yüksəldir, sözdə önə keçməyə çalışırdılar.
“Şübhəsiz, evlərin arxasından sənə səslənənlər də, onların çoxu ağlını istifadə etmir. Əgər həqiqətən yanlarına çıxana qədər səbr etmiş olsaydılar hər halda (bu,) özləri üçün daha xeyirli olardı...” (Hucurat Surəsi, 4-5)
Allah tərəfindən nazil olan bu ayədə də onların rəftarlarının səhv olduğunu bildirmişdir.
Kobud düşüncə quruluşuna sahib olduqları üçün onlar Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqını, yüksək vicdanını, səbrini, xoşniyyətini təqdirəlayiq qiymətləndirmir, ədəbdən anlamırdılar. Allahın sevdiyi və seçdiyi mübarək bir peyğəmbərlə eyni dövrdə yaşamanın, onu görmənin, tanımanın nə böyük lütf olduğunun fərqində deyildilər.
Allah Peyğəmbərimizin (s.ə.v) yanında danışanda önə keçməyə çalışan, səsini yüksəldərək danışan kobud və nəzakətsiz insanların bu çirkin rəftarları üzərinə bəzi ayətlər endirmiş və bu insanları etdikləri yaxşı əməllərin boşa gedə biləcəyini xatırladaraq xəbərdar etmişdir:
“Ey iman edənlər, Allahın Rəsulunun hüzurunda önə keçməyin və Allahdan çəkinin. Şübhəsiz Allah, eşidəndir, biləndir. Ey iman edənlər, səslərinizi Peyğəmbərin səsi üstündə yüksəltməyin və bir-birinizə qışqırdığınız kimi, ona sözlə qışqırıb-söyləməyin; yoxsa siz fərqində olmadan, əməlləriniz boşa gedər”. (Hucurat Surəsi, 1-2)
Quranda verilən "Bədəvi xarakteri" cəhaləti, düşüncəsizliyi, kobudluğu təmsil etməkdədir. Bu əxlaqı düzəltmək üçün insanların mədəni, dərin düşünən, Allahın yaratmasındakı üstün sənəti və hikmətləri qavraya bilən bir hala gəlməyə cəhd etmələri lazımdır. İman həqiqətlərini araşdırmaq, öyrənmək, düşünmək və şərh etmək isə Allahın bizdən istədiyi əxlaqın təməlidir.
Bir ayətdə müsəlmanın bu xüsusiyyəti belə bildirilir:
“Onlar, ayaqda ikən, oturarkən, yan yatarkən Allahı zikr edərlər və göylərin və yerin yaradılışı mövzusunda mütəfəkkirdirlər. (Və deyərlər ki:) “Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox ucasan, bizi cəhənnəm əzabından qoru”. (Ali İmran Surəsi, 191)
Bədəvi əxlaqının günümüzdəki nümunələri
İstər keçmişdə, istərsə də indiki vaxtda Bədəvi xarakterini mənimsəmiş kəslər Allahın Quranda bildirdiyi və hz. Məhəmmədin (s.ə.v) həyatında ən gözəl nümunəsini gördüyümüz yüksək keyfiyyətli və müasir müsəlman həyatını yaşaya bilməzlər. Zəif imanları, dar düşüncələri, kəm ağılları ilə Quran əxlaqını həyatlarına tam mənası ilə yaşaya bilməzlər. İçində olduqları qaranlıq ruh halını isə baxışlarıyla, danışmalarıyla, əyləncə şəkilləriylə, zarafat anlayışlarıyla, estetik və gözəllikdən anlamayan kobud tərzləri və çirkin tavrları ilə üzə vurarlar.
Söz etibarilə "çöldə köçəri yaşayan insan" kimi göstərilən Bədəvi, əxlaqının əslində Quranda bildirilən və iman edənlərin özlərini çəkindirmələri lazım olan pis əxlaq xüsusiyyətlərinin ümumi adıdır. XXI əsrdə inkişaf etmiş şəhərlərdə yaşayan insanlarda belə -xüsusilə iman etməyənlərdə- tez-tez rast gəlinən və Quran əxlaqına tamamilə zidd qaydalar ehtiva edən Bədəvi xarakteri, insanların yaşadıqları yer və ya içində olduqları ictimai təbəqə ilə dəyişə bilən bir şey deyil. Quranda tərif edilən gözəl əxlaqdan xəbərsiz olan hər kəsin göstərə biləcəyi bir əxlaq olan Bədəvi əxlaqı insanların cəmiyyət içində ətraflarındakıları narahat etmədən yaşamalarına imkan verməz.
Bədəvi əxlaqlı insanlar:
Bütün bu pis əxlaq xüsusiyyətlərini içində saxlayan Bədəvi əxlaqını Allah Quranda vermiş, insanları bu tip quruluşdan uzaq durmaları mövzusunda xəbərdar etmişdir. Quranda eləsinə diqqət çəkilən və qəti olaraq uzaq durulması tövsiyə edilən Bədəvi əxlaqından çəkinmək hər müsəlmana lazım olan bir mövzudur.
Müsəlmanlar Bədəvi əxlaqından uzaqdırlar
Sadə insanlar hörmətdən uzaqdır, sözünü saleh möminlərdən eşitmək qətiyyən mümkün deyil. Möminlərin gözəl əxlaqlarından nümunələr:
Möminlərin Peyğəmbərimizə (s.ə.v) göstərdikləri hörmətdə nə qədər dəqiq olduqları qeyd olunan ayədə də açıqca aydın olmaqdadır.
“Şübhəsiz, Allahın Rəsulunun yanında səslərini alçaq tutanlar; budur onlar, Allah ürəklərini təqva üçün sınamışdır. Onlar üçün bir bağışlama və böyük bir əcr vardır”. (Hucurat Surəsi, 3)
Səthi xarakterə çarə
Kobud və səthi xarakter bütün rəftar və danışıqlarda və ən əsası ruhda və düşüncədə yaşanan bir çətinlikdir. Buna görə də bundan xilas olmanın yolu rəftarların tək-tək düzəldilməsi deyil. Çünki belə bir vəziyyətdə adam öyrəndiklərindən başqa bir hadisəylə qarşılaşdığında yenə eyni rəftarı göstərə biləcək. Üstəlik bildiklərini də tətbiq edəndə çətinliklər yaşayacaq. Çünki bir insanın dünya görüşü və düşüncələri nə isə rəftarlarında da bu əks olunar. Məntiqini anlamadığı, lazım olan bir şeyə inanmadığı üçün onu tətbiq etməkdə çətinlik çəkər. Bunun həlli çətin bir şey deyil əksinə son dərəcə asandır.
Həll yolu Allahdan lazımı qədər qorxmaq və Quran əxlaqını yaşamağa səmimi niyyət etməkdir. Allaha iman edən və Quran əxlaqını tam olaraq həyata keçirən hər insan, sadə əxlaqın xüsusiyyətləri göstərməkdən xilas olar. Allahdan lazımı qədər qorxub çəkinməsi, hər zaman hər yerdə vicdanlı davranması onu səthi düşünməkdən, səthi hərəkət etməkdən tamamilə çəkindirər. Belə bir adam nəfsinə uymaqdan şiddətlə qaçar və Allahın ayətlərində diqqət çəkdiyi kimi nəfsini pisliklərdən təmizləməyə çalışar.
“Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır”. (Şəms surəsi, 9-10).
Bu əxlaqdan xilas olmanın yolu insanın tək əxlaq şəkli olan Quran əxlaqını yaşamasıdır. Bütün ruhu ilə Allaha təslim olmağa qərar vermiş, onun razı olacağına ümid edilən şəkildə yaşamağa, köhnə davranışlarından tamamilə uzaqlaşmağa və özünü yeniləməyə tam olaraq niyyət etmiş bir insan bu əxlaqdan Allahın icazəsi ilə asan xilas ola bilər.