Peyğəmbərimiz (s.ə.v.) hədisində, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə həm iman edənlərin, həm də yerdəki və göydəki canlıların hz. Mehdi (ə.s)-ın həsrətlə zühurunu gözləyəcəklərini bildirmişdir. Hz. Mehdi (əs)-ın əvvəldə iman edənlərin zülm və təzyiq altında çətinliklərlə dolu bir həyatlarının olacağına diqqət çəkmişdir. Həmçinin, darvinist və materialist sistemin hakim olduğu dünya nizamı içində yaşamaları səbəbiylə insanların çətinlik çəkəcəklərini, ancaq bir tərəfdən də dərin bir həsrət içində hz. Mehdi (ə.s)-ın zühuruyla yaranan dinclik və təhlükəsizlik mühitinin ümidini daşıyacaqlarını xəbər vermişdir.
Həqiqətən də, hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə dünyaya hakim olacaq sevgisizlik, kin və düşmənçilik ruhu və bu ruh halının meydana gətirdiyi narahatlıq, qarışıqlıq, və anarxiya mühitləri möminlərin hz. Mehdi (ə.s)-a olan bu həsrətlərini daha da gücləndirəcək.