Dünyanın yarısı narahat, bədbəxtdir. Bir çox insan yaşadığı ölkədən, işlədiyi iş yerindən, evindən, bəziləri ailəsindən, həyat yoldaşından, bəziləri başqa insanların varlığından narahatdır. Sevinc əskikliyi, kədər hakimdir. Bunun mənbəyi də bilinmir. Ona görə getdikcə artan bədbəxtliyin səbəbini çox vaxt iqtisadi çətinliklərlə əlaqələndirirlər. Ancaq bir də baxırıq ki, heç bir iqtisadi çətinliyi olmayan, dünyada sahib ola biləcək hər cür imkana malik olan bəzi insanlar bədbəxtliklərinə məğlub olub. Ya intihar edir, ya da narkotik maddə, içki aludəçisi olur. Deməli nə xoşbəxtlik, nə də bədbəxtliyin səbəbi insanların iqtisadi vəziyyətlərindən asılı deyil.
Rəbbimiz bizi yaradarkən dünyanı, öz ruhumuzu, bədənimizi necə istifadə edəcəyimizə dair təlimatı da bizimlə birlikdə dünyaya göndərib. Bu Qurandır. İnsan Allahın bizə bildirdiyi şəkildə dünyada yaşamadıqda bütün sistemi pozulur. Bu pozulan sistem bizə əzab verməyə başlayır. Çünki Allah dünyanı yaradarkən hər şeyi bir nizam və ölçü ilə yaratdığı kimi, bizim dünyaya adaptasiya olmağımızı da ona görə yaratmışdır. Havanı yaradarkən nə qədər oksigenə ehtiyacımız olacağını.. Hüceyrələrimizi yaradarkən, hüceyrələrimizin nələrə ehtiyacı olacağını.. Ay, günəş, planetlər, ulduzlar, atmosfer kimi saymaqla bitməyən hər incəliyi Allah bir nizamla yaratmışdır. Kainatdakı ən kiçik bir disbalans, yaradılışına zidd nizamsızlıq dünyadakı nizamın də alt üst olması deməkdir.
Allah Quranda da eyni şəkildə ruhumuzun nələrə ehtiyacı olduğunu, necə davranmaq lazım olduğunu və bunu etmədiyimiz təqdirdə necə bir əxlaqi pozğunluq baş verəcəyini, bu sistemin bizə necə əziyyət verəcəyini bildirmişdir. Yeni elektron bir cihaz aldığınızda istifadə qaydasını oxumadan o cihazı işlətsəniz, xarab olmasına səbəb olarsınız. İnsan ruhu da eynilə belədir. Ona görə Quranda təsvir edilən həyat və əxlaq qaydalarına tabe olmadıqda, hər mövzunu sevgi, şəfqətlə həll etmək əvəzinə nifrət, dava-dalaşla həll etməyə meyilli olduqda bədbəxtliyin yayılması labüddür. İnsanı xoşbəxt edəcək tək şey Allahın dininə tabe olmaqdır, insanın mənəviyyatı, imanı, dinidir.
Dünya bəzilərinin iddia etdiyi kimi başı boş və məqsədsiz deyil. Dünya dənizləri, gölləri, dənizləri, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın qulluq vəzifəsini yerinə yetirib-yetirməməsinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı imtahan yeridir. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir etməsi üçün yaradılmışdır. Eyni şəkildə insanın dünya həyatı boyunca yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da insanın dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyaya gəlmə məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:
Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)
İnsan bu imtahan mühiti içərisində hər an Allahın əmr və qadağalarını yerinə yetirməklə, Allahın razılığına uyğun hərəkət etməklə cavabdehdir. Allah bizim xoşbəxt olmağımızı istəyir. Özünün sevilməsini, bizlərin də bir-birimizi sevməyimizi istəyir. Dünyanın da, insanların da əsl yaradılış məqsədi sevgidir. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada insanların rahatlıq tapması mümkün deyil, insanların bir-birini sevməsi mümkün deyil.
Həyatımıza saysız-hesabsız gözəlliklər bəxş edən Allaha bizə verdiyi bütün imkanlardan istifadə edərkən təşəkkür etməmək olmaz. Allah bizim üçün meyvələr, tərəvəzlər, avtomobillər, evlər, texnologiya, televiziyalar, radiolar yaradarkən, həyatımıza bütün bu asanlıqları, gözəllikləri bəxş edən Allaha təşəkkür etməyi unutmaq olmaz. Əgər ruh bu qədər etinasız olsa, bədbəxtliyin bədənimizi bəla kimi bürüməsinə təəccüblənmək də olmaz. Dünyada iqtisadiyyat, incəsənət, elm hər şey pisə doğru gedir, intiharlar artır. İnsanlar üçün həyatın bir mənası qalmır. İnsanların ürəyi sıxılır, bir çoxu anti-depresan dərmanlar olmadan yaşaya bilmir. Bütün bunların yeganə səbəbi Allahdan uzaqlaşmaq, imandan uzaqlaşmaqdır, insanın yaradılış qayəsini yaddan çıxarmasıdır. Allah ondan uzaqlaşdıqda insanları çətinliklərin əhatə edəcəyini bir ayəsində belə xəbər verir:
Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (Taha surəsi, 124)
Vaxt varkən hər kəsin bizə saysız-hesabsız gözəlliklər bəxş edən, saysız yaxşılıqlar edən Allaha yönəlməsi, Allahı sevməsi və dünyaya xoşbəxtliyin hakim olması üçün Allahın Quran vasitəsilə bizə bildirdiyi bütün əmr və tövsiyələrinə əməl etmək lazımdır. Quranda bildirilən mərhəmət, şəfqət, bağışlayıcılıq, comərdlik zövqlüdür. İnsanları sevindirmək, bir kasıbı sevindirmək zövqlüdür. İnsanların xoşbəxtliyini, gözlərindəki parıltılı sevinci görmək çox zövqlüdür. Dünyanın tək problemi Allahın bizlərə Quran və peyğəmbərlər vasitəsilə bildirdiyi bu əxlaq bilgilərinin tətbiq olunmasındakı nöqsandır. Allaha iman gətirənlər və Onun yaratdığı qədərə iman edənlər üçün xoşbəxtlik daimidir. Gündəlik həyatlarında nə kimi çətinliklərlə qarşılaşsalar da, Allahı razı edəcək gözəl əxlaq xüsusiyyətlərindən heç vaxt güzəştə getmədən, qədərə təslim olduqları və sınaqdan keçdikləri dünyada yaşadıqlarını bildikləri üçün möminləri heç bir şey kədərləndirmir. İman edən bir insan üçün həyatı boyu "pis" kimi səciyyələndirəcəyi bir şey yoxdur. Əsl yurdun axirət olduğunu bilən, dünyada qarşılaşdıqları hər cür çətinliyin savablarındakı artım olduğunu bilən möminlər üçün xoşbəxtlik davamlıdır. Bu gerçəyi unutmaq həyatı öz əllərinizlə kabusa çevirmək deməkdir.
Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:
http://www.nst.com.my/node/95127