Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "O (Yusif) dedi: "Rəbbim, zindan mənə, bunların", bax, "təkcə bunun" demir, "bunların" deyir, qrup olaraq. Qadınlar Yusif (ə.s)-dan nəzərlərini çəkə bilmirdilər. "Bunların məni çağırdıqları şeydən", yəni qeyri-qanuni cinsi əlaqəyə çağırırlar "daha əzizdir". "Ey Rəbbim Mən zindanı istəyirəm" deyir, "mən bunların bu rəftarına yanaşmaq istəmirəm" deyir. Lakin bax qadınla görüşür. Qadınların qarşısına bəzənmiş və gözəl halda, yəni qadınların təsirlənəcəyini bildiyi halda, hz. Yusif (ə.s) qarşılarına çıxır. Yəni peyğəmbər, istəsə çıxmaz, elə deyil? Xurafatçılara görə, hz Yusif (ə.s) nə etmişdir? Çox böyük günah işləmişdir haşa. O qadınla evdə qalmaqla çox böyük günah işləmişdir. Halbuki hz. Yusif (ə.s) imanıyla onsuz da özünü qoruyur. Belə şeyə ehtiyacı yoxdur. "Rəbbim" deyir, "zindan mənə, bunların məni çağırdıqları şeydən daha əzizdir". Bax: "Daha əzizdir", ifadəni görürsənmi? "Daha əzizdir". Yəni "mən belə bir bəladansa, elə bir bəlaya razıyam" demir. Bax, peyğəmbər üslubuna bax: "Daha əzizdir" deyir. "Əziz görürəm mən" deyir, "zindanı" deyir. "Qurduqları tələni məndən uzaqlaşdırmasan, (qorxuram ki,) onlara meyl edər", o da çox istəklidir, "və cahillərdən olaram". "Qorxuram Ey Rəbbim" deyir. Çünki həqiqətən də qadınlar məcbur edə bilərlər. Havalanmış vəziyyətdədirlər. Zorla, əlini, qolunu bağlayarlar. Çünki qadın köynəyini cırdığına görə dəlidir, yəni zarafatı olmaz onun. İndi digər qadınlar da dövrəyə girmiş, zorla əlaqəyə girə bilərlər. "Beləcə Rəbbi, duasını qəbul etdi və onların tələlərini özündən uzaqlaşdırdı. Çünki O, eşidəndir, biləndir", (Yusif surəsi, 33-34).