Hər insan, demək olar ki, hər kəs həyatındakı bir çox gözəlliyin böyük nemət olduğundan xəbərdardır. Gündəlik həyatın qaç-qovu içində bir çox insan çox vaxt bütün bunları bilmirmiş kimi davranmasa belə, bir anlıq da olsa düşündüyündə və ya bu nemətlərdən məhrum olan bir insan gördüyündə bunların nemət olduğunu dərhal xatırlayır. Sağlamlıq çox insanın bildiyi nemətlərdəndir; zənginlik, rahat bir həyat, gözəl bir mənzərə, xoşuna gələn bir hadisə, sahib olmağı istədiyi ailə, bir anlıq düşünüldüyündə dərk edilən, Allahın insanlara bəxş etdiyi nemətlərdəndir. Amma bütün bunlardan da üstün, Allahın inananlara verdiyi ən böyük nemət imandır.
İman sahibi olan insan üçün dünyada başına gələn hər hadisə onun üçün nemətdir. Bütün dünya və yaradılmış hər şey sanki əməkdaşlıq edərək onun xeyiri üçün səfərbər olmuşdur və iman edən insan bunu hər an ağlında tutur. Səmimi bir qəlblə, təmiz bir ağılla iman etmək həm böyük bir rahatlıq, həm böyük bir nemətdir. Allah iman edənlərin, ürəklərinin həqiqi mənada rahatlıq tapacağını və dünyada da axirətdə də xoşbəxt olacaqlarını müjdələmişdir:
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!.(Rə'd surəsi, 28-29)
Təmiz ağılla imanın mənası; cahiliyyə cəmiyyətinin, dünya həyatına başı qarışıb onu yaşamaq üçün etdiyi təlqinlərlə insanın ruhunda və ağılında yaranan çirkdən təmizlənmiş bir ağılla iman etməkdir. Səmimi, təmiz bir imana sahib olmayan insanların böyük əksəriyyəti həyatlarını vicdanlarıyla deyil "məntiq" deyə adlandırdıqları və çox vaxt öz mənfəətlərinin qorunmasından ibarət olan seçimlərlə davam etdirər. Qarşılarına çıxan bir hadisədə edəcəkləri rəftarı bu "məntiq" ilə təyin edərlər; əslində o vəziyyətin öz axirətləri üçün bir fürsət olaraq, Allahdan bir sınaq olaraq qarşılarına çıxarıldığından qafil davranarlar. İşin maraqlı tərəfi də bunu edərkən özlərini çox ağıllı sayar, mənfəətlərini qoruduqları üçün öyünərlər. Allah bu insanların nə qədər böyük itki içində olduğunu belə xəbər verir:
Allah istədiyi bəndənin ruzisini bol da edər, azaldar da. Dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir.(Rə'd surəsi, 26)
Halbuki iman sahibi insan, cahiliyyəəxlaqının meydana gətirdiyi hər cür çirkdən təmizlənmiş bir ağılla və vicdanına tabe olaraq yaşamağın verdiyi sevinc ilə, qarşısına çıxan hər şeydə Allaha olan sevgisini və Allah qorxusunu ən gözəl şəkildə göstərə biləcəyi yolu seçər. Bunun qarşılığında isə Allahın razılığını, rəhmətini, cənnətini ümid edərək yaşayar və vicdanına uyğun təmiz gözəl bir ömür sürər. Bu gözəl əxlaqa sahib olanların həyatını Allah Quranda belə bildirmişdir:
Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar– məhz onları (gözəl) axirət yurdu gözləyir-.(Rə'd Surəsi, 19-22)
Gün ərzində küçədə gəzərkən qarşılaşacağınız hər hansı bir adamı dayandırıb o an ağılından keçənləri soruşsanız, bir çoxu sizə qayğılarını, gələcəyə ya da bir neçə saat sonrasına bağlı qorxularını, bir neçə gün əvvəl başına gələnlərləəlaqədar duyduğu peşmanlıqları, çətinliklərini izah edəcək. Bir çoxunun axirətə istiqamətli hər hansı bir düşüncələri yoxdur. Həmişə "günü başa vurmaq" üçün ora-bura gedib gəlirlər. Burada Allahın çox böyük bir sirri vardır. Bu sirri Allah Quranda:
"Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha surəsi, 124)
ayəsiylə bildirməkdədir.
İnsanlar dünya həyatının bəzəyinə aldanaraq Allahı və axirəti unutduqlarında, Allah onlardan xoşbəxtliyi, sevgini, vicdan rahatlığını, sevinci alar. Cahiliyyə təlqinləriylə yaşayan insanlar, saxta əyləncələr, saxta xoşbəxtliklər, keçici həvəslərləəylənib, çətinlik, qorxu və iztirab dolu bir həyat yaşayarlar. Axirətdə yaşayacaqları peşmanlıq və Allahı, dünyaya gəliş məqsədlərini unudaraq ömür sürməyin qarşılığı olaraq görəcəkləri əzab isə çox böyükdür:
Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır! (Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz Cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır!(Casiyə surəsi, 33-34)
İman sahibi bir insan isə, Allaha dost olar, hər etdiyində Ona yönəlib Ona sığınar. Onu yaradan, sahib olduğu bütün nemətləri ona verən və bunların nemət olduğunu bildirərək yaşadan, ona iman nəsib edən Rəbbimizə olan sevgisini ən gözəl şəkildə göstərmək, Onun razılığına uyğun bir həyat sürdürmək istəyindədir. İçindəki Allah qorxusu doğru yolu tapmasını və həmişə Allahı razı edəcək seçimlər etməsini təmin edir. Əsl yurdunun axirət olduğunu bilərək, saxta qorxulardan, dünyaya xas çətinliklərdən təmizlənmiş tərtəmiz bir həyat sürər. Allahın razılığını, rəhmətini, cənnətini ümid edərək, Allahın ona verdiyi nemətlərin sevincini yaşayar. Allah, belə təmiz ağılla və səmimi bir qəlblə Ona yönələn quluna dünyada da axirətdə də gözəlliklər bəxş edər. Və bu səbəblə sahib olduğu iman insana bəxş edilən ən böyük nemətdir.
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nahl surəsi, 30)
Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! (Hadid surəsi, 21)