Təkamül cəfəngiyyatının 150 illik bir tarixi olduğuna inananlar yanılırlar. Təkamül yalanı, mənşəyi köhnə Misir və Şummer dövrlərinə aid, minlərlə illik keçmişi olan, insanlıq tarixinin ən böyük kütlə yalanıdır. Darvinist fəlsəfənin ən azğın və ən qədim nümayəndəsi olan Firon, bütün canlı varlıqların Nilin palçıqlarından təsadüfən meydana gəldiyinə inanan bir materialistdir.
Təkamül nəzəriyyəsinin təməl fəlsəfəsi, köhnə Misirdən bəri eyni yanlış anlayışa əsaslanmışdır. O illərdə təsadüfləri saxta ilaha tapınan darvinistlər indiki vaxtda da eyni saxta ilaha tapınmaqdadırlar. Köhnə Misirdə Nilin palçıqlarının təsadüfən canlılığı meydana gətirdiyinə inanan darvinistlər, bu gün də bir palçığın təsadüfən ilk hüceyrəni meydana gətirdiyini iddia etməkdədirlər. O dövrdə də Yaradılışı isbat edən dəlillər açıq və səhih olmasına baxmayaraq, Fironun bu dəlillərə qarşı zalımanə bir mübarizəsi olmuşdur, bu vəziyyət hazırda da eyni şəkildə yaşanmaqdadır. İndiki vaxtda, Yaradılışı isbat edən 250 milyon fosil bütün dünyaya göstərilməkdə, açıqca sərgilənməkdədir. Lakin eyni darvinist anlayış, eynilə Firon dövründə olduğu kimi, gerçək elmi dəlillərə böyük bir hiddət və hirs ilə qarşı çıxmaqdadır.
Qədim Misirdə, insanlıq tarixinin ən azğın batil dini darvinizmə hz. Musa (ə.s), Yaradılışı isbat edən ən böyük və ən qəti dəlil ilə qarşı çıxmışdır. Hz. Musa (ə.s), Allahın əmri ilə əsasını Firon və adamlarının gözləri qarşısında yerə atmış və əsa, Allahın uca qüdrəti ilə birdən ilana çevrilmiş və Firon və adamlarının saxta dəlillərinin hamısını udub yox etmişdir. TAXTADAN BİR ƏSA, ALLAHIN DİLƏMƏSİ İLƏ HƏRƏKƏT EDƏN, YEMƏK YEYƏN, QÜSURSUZ BİR İLAN HALINA GƏLMİŞDİR. Bu fövqəladə dəlil, Firon və adamlarının gözləri qarşısında reallaşmış, inkar edə bilməyəcəkləri qədər görkəmli şəkildə yaradılmışdır.
- Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
- Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
- Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?
- Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
- Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
- Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
- Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
- Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
- Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
- Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
- Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu. Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
- O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
- Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,
- bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
- Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
- Camaata deyildi: “Siz də yığışırsınızmı?
- Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
- Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
- Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.
- Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
- Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər.
- Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu. (Sehrbazlar səcdəyə qapandılar
- və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
- Musanın və Harunun Rəbbinə!”
- Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
- Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.
- Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. (Şuəra surəsi, 23-51)
Uca Rəbbimiz, Fironun azğın inancına qarşı Yaradılış gerçəyini isbat edən çox güclü bir dəlil yaratmışdır. Bu açıq dəlil qarşısında vicdanlarına müraciət edən cadugərlər dərhal iman etmişlər və Fironun zülmünə qarşı imanla sinə gərmişlər. İndiki vaxtda da bənzər vəziyyət yaşanmaqdadır. Təsadüfləri saxta ilah etmiş olan və tək bir elmi dəlil də gətirə bilməyən darvinistlərə qarşı, FÖVQƏLADƏ DƏQİQLİKDƏ VƏ QƏTİLİKDƏ, MÜKƏMMƏLLİKDƏ MİLYONLARLA YARADILIŞI İSBAT EDƏN DƏLİL TƏQDİM EDİLMİŞDİR. Allah, Yaradılış dəlillərini elə açıq və başa düşülməsi asan şəkildə yaratmışdır ki, ağılı başında bir insanın bunlara baxaraq təkamülün cəfəngiyyat olduğu nəticəsini çıxarmaması mümkün deyil. Tək bir zülalın kompleks quruluşu, həyatın öz-özünə təsadüfən başlaması ehtimalının qeyri-mümkünlüyü, canlı varlıqlardakı fövqəladə komplekslik və əsas olaraq 250 MİLYONDAN ÇOX YARADILIŞI İSBAT EDƏN FOSİL, fövqəladə dərəcədə güclü dəlillərdir. Bütün bu dəlillər Uca Allahın, görkəmli və üstün yaradılış dəlilləridir.
İndiki vaxtda darvinistlər, hz. Musanın açıqca təqdim etdiyi Yaradılış dəlilinə müqavimət göstərən Fironun düşdüyü yanlışlığa düşməkdədirlər. Milyonlarla Yaradılış dəlilinə açıqca MÜQAVİMƏT GÖSTƏRMƏKDƏDİRLƏR. Gerçəkləri gördükləri halda, azğın bir dini müdafiə etmək adına bu yalanı müdafiə etməkdədirlər. VİCDANLARI QƏBUL ETDİYİ HALDA, haqq və doğru olana qarşı müqavimət göstərməkdədirlər. Bu gün dünyada, DARVİNİZMİN CƏFƏNGİYYAT OLDUĞUNU BİLMƏYƏN DARVİNİST YOXDUR. Bu gün dünyada, BÜTÜN ELMİ DƏLİLLƏRİN YARADILIŞ GERÇƏYİNİ İSBAT ETDİYİNİ GÖRMƏYƏN DARVİNİST DƏ YOXDUR. Bu səbəbdən bu mənasız inadı buraxıb, illərcə darvinizmi müdafiə etmiş olmaqdan ötrü “geri dönmək mümkünsüzdür” deyə düşünməyib, doğru və haqq olana, dəlillərin isbat etdiyi əsl gerçəyə yönəlmək ən doğru və ağlabatan rəftar olacaq. Bu gerçək, BÜTÜN VARLIQLARI ÜSTÜN VƏ GÜCLÜ OLAN UCA ALLAHIN YARATDIĞI GERÇƏYİDİR.
Firon gerçəkləri çox yaxşı bildiyi halda müqavimət göstərmiş, hətta hz. Musa (ə.s)-ı öldürməyə cəhd etmişdir. Lakin haqq olanı çox yaxşı bildiyindən, son nəfəsində Allaha iman etdiyini söyləmişdir. Ancaq ölümü bir gerçək olaraq görüncə iman etdiyini söyləməsi, Allah qatında etibarsız olmuşdur. Allah yalnız, Fironun, dünyada mütləq zənn etdiyi, tək gerçək olaraq gördüyü maddi varlığını, yəni cəsədini qurtarmışdır. Bu cəsədi qorumuş və onu sonrakı nəsillərə ibrət etmişdir. Ruhu isə Allahın qatındadır. Allahı inkar edib, Allaha qarşı təsadüfləri müdafiə etmiş olmağın, Yaradılış dəlillərini görmüş olmasına baxmayaraq azğınlaşaraq iman edənləri ortadan qaldırmağa cəhd etməsinin hesabını vermək üzrə Rəbbimizin qatında hesaba çəkilmişdir (Doğrusunu Allah bilir). Uca Rəbbimiz ayələrində Fironun məyusluğunu belə xəbər vermişdir:
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!” Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunis surəsi 90-92)
Hörmətli Adnan Oktarın 8 noyabr 2009-cu ildəki reportajında ifadə etdiyi mövzu ilə əlaqədar hikmətli izahları isə bu şəkildədir:
ADNAN OKTAR: (Hz. Musa) Atınca əsasını bir anda ilana çevrilir. Hamısını bir anda udur. Əlbəttə ki, içi rahatlayır, xoşuna gəlir, Əlhəmdülillah. Oradakı cadugərlər, o mömin qardaşlarımız məst olur. Bir anda Yaradılışı isbat edir. Onun təkamül iddiasını bir anda dəqiq kökündən bitirən bir hadisədir. Dəqiq normal ilan, adamın əsası ipi dəyənəyi heç bir şeyi ortada yoxdur. Baxır ki heyvan udub, həqiqətən udur, heyvanın mədəsindədir. Gerçək ilan yəni. Çünki hallyusinasiya olması üçün onların, o atdıqları orada dayanmalı idi. Əgər süni bir şeydirsə dayanmalıdır. Udmuş, heyvanın mədəsindədir. Heyvan qaçır. Yəni normal heyvandır. Yüzdə yüz Yaradılışa iman edincə baxın, təməl mövzunun bu olduğunu Allah göstərir. Yaradılışın isbatıdır. Firon nəyi müdafiə edir, darvinizmi müdafiə edir. Nə deyir bütün insanlar, canlılar, bütün məxluqat Nilin palçıqlı sularından, palçıqlı ərazisi var oradan meydana gəldilər deyir təsadüfən meydana gəldilər deyir. Allah nə deyir, “Mən bir anda yaradaram” deyir. Firon inanmır, hətta deyir ki, o zaman əvvəlki nəsillərin vəziyyəti nədir, ilk insanlar necə oldu deyir, məsələn Qədim daş dövrü və s. izah edirlər. Onlar necə deyir. Hz. Musa: “Rəbbim heç bir şeyi unutmaz” -deyir. Yəni hamısı bu mövzunun içinə daxildir deyir. Buradakı bu gücü göstərən Allah o zaman da bunu etmişdir mənasında ona təqdim edir. Amma nə dəlil göstərirsənsə göstər inanmır.
ADNAN OKTAR: Ən son olaraq bilirsiniz Fironun ordusu müsəlmanları sürgün etmək, müsəlmanlara hücum etmək qərarı aldı. O da (Hz. Musa), tələbələriylə birlikdə, qövmü ilə birlikdə Firondan qaçmağa başladılar. Hz. Musanın qövmü tam dənizin kənarına gəldilər “eyvah yetişdilər” -dedi. Baxın, o Mübarək o mənəvi tərbiyəni aldığı üçün “əsla” deyir, şeytandan Allaha sığınıram, “Rəbbim mənimlə bərabərdir” deyir. Artıq adamlar gəlib, arxada ordu, önləri dəniz. Birdən-birə dəniz çəkilir. Əlbəttə, tam ona rast gəlməsi möcüzədir. Bu sunamilərdə də olar başqa şeylərdə də olar, amma çox-çox nadir rast gəlinən bir hadisədir. O anda olması möcüzədir. Dəniz belə dağ kimi yüksəlir, çox yüksəlir. Bir anda həmin vaxt sunami bənzəri bir hadisə meydana gəlib. İnşaAllah. Firon normal qarşılayır. Yəni, çünki tarix içində zaman-zaman qarşılaşılan bir hadisə olduğu üçün bu tərz hadisələr. Halbuki o ana rast gəlməsi tam bir möcüzədir, sunami bənzəri hadisənin meydana gəlməsi. Çünki dəniz tamamilə açılır. Normal balıqlar filan görünür, yosunlar filan, dəniz çəkilir. Firon da son dərəcə rahatdır, baxır yol açıqdır, orada (Hz. Musanın) adamları keçiblər, onlar da arabalarla dalıca düşürlər. Birdən dəniz yerinə qayıdır bir anda hamısı içində qalır. Şeytandan Allaha sığınıram, “Musanın və Harunun Rəbbinə iman etdim” deyir (Firon). Allah “İndimi?” deyir. Daha əvvəl sənə dəfələrlə deyilmədimi? Dəfələrlə möcüzə görmədinmi? Tam öləcəyin vaxtmı? Allah “Mən səni qurtaracağam” deyir. Amma yalnız cəsədini qurtaracağam deyir. Allah madam sırf cəsədə inanırsan, maddəyə inanırsan, madam ruhun varlığına inanmırsan, madam ruh yoxdur deyirsən, Haşa Allah yoxdur deyirsən, çox bəyəndiyin çox sevdiyin cəsədini o qızıl ləl-cəvahiratlarla bəzəkli cəsədini onu qurtaracağam deyir. Allah ruhunu alacağam deyir. Cəsədini qurtaracağam və ibrət olması üçün də deyir, səni, cəsədini saxlayacağam deyir. İnsanların görməsi üçün deyir.