Bu həyatı ciddi qəbul edən nə qədər də çox insan var ətrafımızda. Malı yığıb saxlayır, nəfslərinin əylənməsini hər şeydən önəmli görürlər. İstəyirlər ki, bütün dünya onların olsun, sərhədsiz istəkləri bir-bir yerinə yetirilsin. Ehtiras və eqoistlik gözlərini sanki kor edib. İman gətirməyən bu insanlar dünyaya qapılıb elə bir həyat yaşayırlar ki, təsvir etmək mümkün deyil. Çox bəsit zövqlərlə, bir neçə boşqab yemək, geyindikləri bir neçə geyimlə xoşbəxt olurlar. Banklardakı pulları, yaxşı məktəblərdə oxutdurduqları uşaqları, bəzədikləri evləri ilə öyünürlər. Yığdıqca yığır, amma bu dünyadan sonra bir hesab günü olduğunu və bu hesab günündən heç kimin qaçışı olmadığını əsla düşünmürlər:
Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)
İman gətirməyənlər gözlərini qaldırıb göyə baxmır, bütün bu kainatı kim yaradıb deyə düşünmür, niyə bu dünyaya göz açdıqlarını anlamır, bomboş həyatın içində boğulurlar. Dünya sanki bir bataqlıq kimi onları özünə çəkir. İman nədir bilmədən, imanın qəlblərə yaydığı zənginliyi, hüzuru, gözəlliyi dadmadan bu dünyadan köçüb gedirlər. Allah'a güvənməyin ən böyük sərvət olduğunu, iman və təqvanın həm bu dünyada, həm də sonsuz həyatımızda əsl xoşbəxtliyin açarı olduğunu bilmirlər…
Qəlbi imanla isinməmiş milyonlarla insan və imanla dolu olan möminlər eyni dünyada yaşıyır kimi görünsələr də, əslində tamamilə başqa dünyada yaşayırlar. Eyni yerlərdə, eyni məkanlarda gəzir, eyni hadisələrə şahid olur, müxtəlif hadisələrlə imtahan olunurlar. Lakin verdikləri reaksiya, söylədikləri sözlər, qəlblərindəki hisslər tamamilə fərqlidir. Bir tərəf dərin imanın ləzzətini və komfortunu yaşayarkən, digər tərəf imansızlığın bərəkətsizliyini yaşayır. Bir tərəf sevinc içində yaşayarkən, digər tərəf kədərin içində boğulur. İman gətirməyən insan dərin imanın bənzərsiz rahatlığını, təvəkkülün hüzurunu həyatının heç bir dövründə əldə edə bilmir.
Dərin imana qovuşmuş bir mömin üçün artıq bu dünyada mükəmməl bir həyat başlayır. Bu böyük nemətə qovuşmuş möminin qəlbi hər an Allah'la birlikdədir. Düşüncələrində Allah, sözlərində ancaq Allah var. Bənzəri olmayan təvəkkül, böyük səbir sahibidir. Bütün diqqəti Allah’ın üzərindədir. Hadisələrin içində yaşamaz, hadisələrə özünü verməz, dünya həyatı onu içinə çəkməz. Belə bir güclü imana qovuşmuş mömin bütün hadisələrin Allah’ın nəzarətində olduğunu bilir. Bütün gözlərdən Allah baxır, bütün sözləri Allah söyləyir. Bütün hadisələri Allah yönləndirir. Bunu çox yaxşı bilən kamil iman sahibi Allah’a qarşı sərhədsiz güvən və təslimiyyət içindədir. Hər nə yaşayırsa yaşasın, Quran əxlaqından əsla güzəştə getmir, daima Allah’a yönəlib dönür və hər hadisədə xeyir və hikmət olduğunu bilir.
Kamil imanı əldə etmiş bir mömini heç kim məğlub edə bilməz, yolundan döndərə bilməz, kədərə və vəsvəsəyə sala bilməz. Çünki dərin iman ruha böyük güc verir. Bu mömin hansı imtahanla qarşılaşırsa qarşılaşsın, əyilməz, Allah’a olan hüsn-ü zənnini əsla tərk etməz. Allah’ı o qədər dərin, tərtəmiz və güclü bir sevgi ilə sevər ki, Allah’ın sevgisini bir an belə itirməkdən qorxar. Məqsəd bu dünyada yalnızca O’nu razı etmək, O’nun sevdiyi qul olmaqdır. Bütün dünya üzərinə də gəlsə, ən çətin imtahanlardan da keçsə, əbədi sevgilisini, Rəbbini əsla tərk etməz.
İnsanların içərisində Allah'dan qeyrilərini (Allah'a) şərik qoşub, onları Allah'ı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allah'a məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allah'a məxsus olduğunu və Allah'ın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Hz. İbrahim oda atılarkən, hz. İsanı münafiqlər onu tutmağa çalışarkən, hz.Musa Fironun qarşısında, peyğəmbərimiz hz. Muhəmməd (səv) müşriklərin hücumları qarşısında, hz. Nuh bütün qövm onu lağa qoyan zaman, təkbaşına gəmini inşa edərkən çox güclü idi. Hz.Yusif haqsız yerə illərlə zindanda tutularkən çox güclü idi. Allah’ın bu sevimli qulları şübhəsiz ki, bu güclərini dərin imanlarından alırdılar. Bütün qövm qarşılarına çıxsa da, əsla qoxmur, Allah’ın daima yanlarında olduğunu çox yaxşı bilirdilər. Bütün kainatı yaradan Allah’ı dost tutan bir Peyğəmbəri kim yolundan döndərə bilərdi, yalnızca Rəbbinə güvənən bir Peyğəmbərə kim əngəl ola bilərdi?
Mömin üçün bu dünyada əsas məqsəd bu saleh peyğəmbərlərin qəlblərinə verilən dərin imanı əldə etmək olmalıdır. Mömin gecə-gündüz demədən belə bir güclü imana qovuşmaq üçün cəhd etməlidir. Hər keçən gün bir öncəki ilə eyni olmamalıdır. Mömin səthi iman gətirməkdən Allah’a sığınmalıdır. Kamil imanda kədərlənmək, üzüntü, sıxıntı yoxdur. Ancaq hüzur, təvəkkül, sevinc və qədərə təslimiyyət var. Üzünü hara çevirsə də Rəbbinin gözəl üzünü görmək var. Nə yaşayırsa yaşasın, xeyir və gözəlliyi fərq etmək var. Aram tapmış nəfsə, Quranla qidalanmış ruha və dərin eşqlə atan qəlbə sahib olmaq var...
(O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)
Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi: