ADNAN OKTARIN A9 TV, KOCAELİ TV VƏ ABA TV-DƏKİ CANLI SÖHBƏTİ
(30 APREL 2011; 22:00)
Ayə oxuyaq. Kəhf surəsi 65-ci ayə, şeytandan Allaha sığınıram; "Deyərkən, qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar." Baxın, Allah, rəhmət verdiyini başda söyləyir. Əvvəl Allahın rəhməti, sonra elm. O elmin nə olduğunun söyləmir Allah, bir elm. "Bir qulu tapdılar." Əbcədi 2010-dur. "Musa ona dedi ki: "Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?" Müsəlman nədir? Müsəlman daim doğru yoldadır, onun da istədiyi o, rüşd; doğru yoldur. "Dedi ki: "Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc yetirə bilməzsən. (Beləykən)"Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?" Qardaşlarımız məndən tez-tez soruşurlar. "Hocam, onu niyə belə edirsən?" deyirlər. Mən də onlara deyirəm ki, baxın; "Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?"
"(Musa:) "İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm" dedi. Dedi ki: "Əgər mənə uysan, heç bir şey haqda mənə sual vermə, mən sənə izah edib danışana qədər. Beləcə, ikisi yola qoyuldu. Nəhayət bir gəmiyə minincə" həmişə gəmi olan yerlər, hz. Mehdi (ə.s)-ın olduğu yerlər də gəmilidir, hz. Musa (ə.s)-ın, hz. Xızır (ə.s) ilə qarşılaşdığı yerlər gəmilidir. İkisi. Gəmini xarab edir hz. Xızır (ə.s). "Dedi ki: "İçindəkiləri batırmaq üçün mü onu deşdin? And olsun" and içir, "sən təəccübləndirici bir şey etdin. Dedi ki: "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən güc yetirə bilməyəcəyini mən sənə söyləmədimmi? "Mən də deyirəm ki; "Həqiqətən, mənimlə birlikdə olma səbrini göstərməyə qətiyyən hər kəs güç yetirə bilməz" deyirəm, inşaAllah. Onun üçün mənim ətrafımda da az insan vardır, bacı-qardaşlarımız çox az. Çox müvəffəqiyyətliyik, amma az insan var ətrafımızda, 300 adama yaxın var. Həmişə belədir, təxminən 300-ün ətrafında qalar nə çoxalar, nə azalar, inşaAllah.
"(Musa:) "Məni, unutduğuma görə danlama" unutduğunu bəhanə olaraq söyləyir. "Bu işimə görə mənə çətinlik yaratma" dedi. Beləcə ikisi" üçüncü bir adam yoxdur, yalnız ikisi. Ledün elmində sirr vardır, sirr; tək olduqda deyilər, izdihamda deyilməz. Adam da mənə sirr söylə deyir, "televiziyadan mənə sirr söylə" deyir. Söyləmərəm, ledüni bir sirr olduğuna görə, əgər layiqdirsə tək olanda söyləyərəm, təkbaşına söyləyərəm. Adam odundur, bir şeyin hikmətini çıxara bilmir, "Hocam, bunu niyə belə söylədin?" deyir. Anlaya bilmirsənsə, mən sənə nə deyim.
"Beləcə, ikisi (yenə) yola qoyuldular. Bir uşaqla qarşılaşdılar, o dərhal tutub onu öldürdü. Dedi ki: "Bir cana qarşılıq olmadan, tərtəmiz bir cana mı qıydın? And olsun, sən pis bir iş etdin." Hz. Xızır (ə.s) icazəlidir, hz.Mehdi (ə.s) qan axıtmaz. Amma hz. Xızır (ə.s) qan axıdar. Hz. Mehdi (ə.s) qanı dayandırar, hz. Xızır (ə.s) qan axıdar, bina yıxar, dövlət dağıdar, hz. Xızır (ə.s)-ın xüsusiyyətidir. Mələklər də elədirlər, hz. Mehdi (ə.s) qan axıtmaz, amma hz. Mehdi (ə.s)-ın əmrindəki, hz. Mehdi (ə.s)-a kömək edən mələklər, təxminən 70 min mələkdir, bunlar qan axıdarlar, qan rəvan içində buraxarlar dünyanı. Hz. Mehdi (ə.s)-ın müxaliflərini vurarlar; xüsusiyyətləridir. Hz.Mehdi (ə.s) özü və tələbələri qan axıtmaz, qanı dayandırmaq üçün müdaxilə edərlər. Amma mələklərin mövqeləri elə deyil. Peyğəmbərimiz (s.ə.v); "Mələklərin, hz. Mehdi (ə.s)-ın müxaliflərinin boynunu vuracağını" hədislərdə söyləyir. Faciəvi şəkildə öldürərlər. Əgər dünyaya diqqətlə baxsanız, bilmədiyiniz hadisələrin davam etdiyini görərsiniz. Allah öldürər, mələkləriylə öldürər. Allah bina yıxar mələkləriylə, hz. Xızır (ə.s)-ın xüsusiyyətidir eyni zamanda. Hz. Xızır (ə.s) da həm bina yıxar, insan da öldürər, xüsusiyyətidir. Amma hz. Mehdi (ə.s) da; yatan adamı da oyandırmaz, son dərəcə şəfqətli və mərhəmətlidir. Qan əleyhinədir. Onsuz da adı üstündə Mehdiyyül dəm; qan dayandıran hz. Mehdi (ə.s).
ALTUĞ BERKER: Hocam, söylədiyiniz mövzuda hədis-i şərif oxuya bilərəmmi? Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur; "Allah onu (Hz. Mehdi (ə.s)-ı) 3 min mələklə dəstəkləyəcək. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 41)
O mələklər, hz. Mehdiyə müxalif çıxanın üzünə və arxasına vuracaq. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 41)
ADNAN OKTAR: "Hz. Mehdi (ə.s)-a müxalif olan" deyərkən; “onun anlatdığı dini, İslama qarşı mücadilə edənlərə, Qurana qarşı mücadilə edənlərə Allah; mələklərlə belə cavab verəcəyəm deyir. Yəni buna diqqətli baxanlar görəcəklər. Amma hz. Mehdi (ə.s) şiddətlə qarşıdır qana. Allah onu elə yaratmışdır. Bütün dövlətlərin süqutunda, hz. Xızır (ə.s) vəzifə alar. Onsuz da, Kəhf surəsi 59-cu ayədə başlayır. Şeytandan Allaha sığınıram. "Ölkələr (və onların xalqları), zülm etdikləri zaman" baxın, səbəb nədir? Zülm etməkdir. Yəni Qurana əməl etməmək, İslama iman gətirməmək, mehdiyyətə iman gətirməmək, İsa Məsihə iman gətirməmək, İsa Məsihi sevməmək; "zülm etdikləri zaman onları məhv etdik;" “Dövlətləri yıxacağam" deyir Allah. Kiminlə? Hz. Xızır (ə.s) ilə, "və süqutları üçün bir görüş zamanı təsbit etdik." Yəni hz. Xızır (ə.s) ilə olan görüşmə. Hz. Xızır (ə.s) ilə görüşün arxasından, o dövlət çökər. Mənə nümunə ver desəniz, nümunə vermərəm. Amma bu hadisələr, indi dünyada baş verir. Və dövlət quruluşunda vəzifə alar. Atatürkə kömək etmişdir. Fateh Sultan Mehmetə kömək etmişdir. Fateh, İstanbulu fəth edərkən, hz. Xızır (ə.s) qala divarlarının üzərində otururdu, ətrafı seyr edirdi.
ALTUĞ BERKER: Misirdəki görüntünü göstərirəm, hocam.
ADNAN OKTAR: Bəli, baxaq. Amerikalılar da elə bir məna verə bilmədilər buna, xristianlar da, musəvilər də bir məna verə bilmədilər. Baxın, atın üzərində bir şəxs bulanıq olaraq, o birdən-birə dəqiqləşir, dəqiq insan halına gəlir, hz. Xızır (ə.s)-ın xüsusiyyətidir o. İncildə də keçir; "bulanıq görünüşlü atlı" deyir. Bulanıq görünüşlü atlı; hz. Xızır (ə.s).
Allah deyir ki; Şeytandan Allaha sığınıram. "And olsun, bu Quranda insanlar üçün Biz hər nümunədən müxtəlif açıqlamalar etdik. İnsan, hər şeydən çox mübahisə edəndir." Televizorlarda mübahisə programları var, hər yerdə. Evlərdə atasıyla mübahisə edər, anasıyla mübahisə edər, məktəbdə yoldaşlarıyla mübahisə edər. Futbol matçı müzakirələri; yox bu uddu, yox bu udacaq. Allah nə deyir; "İnsan, hər şeydən çox mübahisə edəndir." Yəni bu, insanların bir zəifliyidir. "And olsun, bu Quranda insanlar üçün Biz hər nümunədən müxtəlif şərhlər etdik." Yəni "hər müxtəlif məlumatı verdim" deyir Allah. 56-cı ayə; 1956-ya işarə edir eyni zamanda."Biz elçiləri, müjdə vericilər və xəbərdarlıq edənlər olmaq xaricində (başqa bir məqsədlə) göndərmərik." Yer üzünə. "İnkar edənlər isə, haqqı batil ilə etibarsızlaşdırmaq üçün mübarizə aparırlar." Darvinist, materialistlər haqqı batıllə, etibarsız dəlillərlə təsirsiz etmək üçün (İslamiyyəti) mübarizə aparırlar. "Onlar Mənim ayələrimi və xəbərdar edildiklərini (əzabı) lağ mövzusu etdilər." Quranı da lağ mövzusu etdilər, xəbərdar edildikləri əzabı da lağ mövzusu etdilər" deyir Allah.
"Sənin Rəbbin rəhmət sahibi (və) bağışlayandır. Əgər, qazandıqlarına görə onları (əzabla) tutsaydı, şübhəsiz, onlara əzabı (bir an əvvəl) tezləşdirərdi. Xeyr, onlar üçün bir görüşmə zamanı vardır." Allah dövlətləri, dərhal yıxmır. Zamanı gəlincə. Məsələn, Liviyanın süqut etməsi lazımdırsa, zamanı gəlincə süqut etdirər Allah. Suriyanın süqut etməsi lazımdırsa, zamanı gəlincə süqut edər, süqutunda da; Hz. Xızır (ə.s) iştirak edər. Sistem budur. Nümunə istəyə bilərsiniz bəlkə, amma mən üstü örtülü olaraq bu qədərini söyləyim. "Necə ki, Musa gənc köməkçisinə demişdi: "İki dənizin birləşdiyi yerə çatana qədər" İndi İstanbulda iki dəniz bir daha birləşdiriləcək, bilirsiniz. Quranda bu ayədə ifadə edilən hadisədir. "İki dənizin birləşdiyi yer." Bu, çox rast gəlinən bir şey deyil. Yəni həqiqi mənada iki dəniz birləşəcək, dünyada ən geniş iki dənizin birləşməsi olacaq. Təxminən; 2023. Hz. Mehdi (ə.s)-ın zühur etdiyi ildə, iki dəniz birləşdirilmiş olacaq. İndi onun hazırlıqları başladı.
"İki dənizin birləşdiyi yerə çatana qədər gedəcəyəm, ya da uzun müddət keçirəcəyəm. Beləcə ikisi, iki (dəniz)in birləşdiyi yerə çatınca balıqlarını unutdular;" Baxın; İki, iki. Bəzən hz. Xızır (ə.s), balıq surətinə də girər. Bəzən əşya görüntüsü də alar. "(balıq) dənizdə bir axıntıya doğru (və ya bir dəlik tapıb) öz yolunu tutdu" deyir. Hz. Mehdi (ə.s) çox şəfqətli, çox mərhəmətlidir. Qandan, elə şeylərdən şiddətlə çəkinər. Amma Allah qandan çəkinməz. Hz. Mehdi (ə.s) çəkinər. Hz. Mehdi (ə.s) qan axıtmaz deyərkən, Allah qan axıtmayacaq demirəm. Allah qan axıdar. Həm də faciəvi şəkildə qan axıdar. Hz. Mehdi (ə.s) və tələbələri qan axıtmaz. Allah ona vəhy etmiş, ilham etmişdir qəlbinə. Vəhy deyərkən Peyğəmbər (s.ə.v)-ə edilən vəhy kimi deyil, vicdana edilən ilhamdır. Şəfqətli olacaq, mərhəmətli olacaq. Allah, Mehdi (ə.s)-da Rəhman və Rəhim adıyla təcəlli edəcək. Amma mələklərdə Cabbar adıyla təcəlli edir Allah, Qahhar adıyla təcəlli edər. Allahın adlarının müxtəlif təcəlliləri vardır. Hz. Mehdi (ə.s)-da Hadi, Rəhman və Rəhim adlarıyla təcəlli edir. Qahhar və Cabbar adlarıyla da; ona kömək edəcək mələklərdə təcəlli edir. Hz. Xızır (ə.s) üçün deyərlər; "ağ saçlı bir qoca insanlara həmişə kömək edər. "Yaxşı, dövləti yıxar, adam öldürər hz. Xızır (ə.s); bir də o xüsusiyyətləri vardır. Bundan kimsə bəhs etmir. Allah müxaliflərinə, Quran müxaliflərinə, din müxaliflərinə vurar, hz. Mehdi (ə.s) müxaliflərinə, hz. İsa (ə.s)-ın müxaliflərinə vurar, xüsusiyyətidir o. Allah ona o vəzifəni vermişdir. Baxın, həmişə iki adamdır.Yəni ledün elmində üçüncü adama yer yoxdur, o zaman o ledün elmi olmaz. Ledün elmi gizli deyilər. Hətta masonlar da elədirlər; təfəkkür hücrəsində mason sirri verərkən, tək olduqda sirr verərlər. İnsan kəlləsi qoyurlar, qabın içərisinə bir az duz qoyurlar, bir şam yandırarlar, əsil insan kəlləsindən istifadə edirlər təbii ki, çox dəhşətlidir, Allah verməsin. Əsil insan kəlləsi qoyurlar, hər yer qapqaradır, divarlar qapqaradır, zülmət qaranlıq, yalnız bir şam yandırırlar, orada onlara mason sirri verirlər, inşaAllah.
77-ci ayə "(Yenə) Beləcə, ikisi yola düzəldi. Nəhayət, bir qəsəbəyə gəlib yemək istədilər, lakin (qəsəbə xalqı) onları qonaq etməkdən imtina etdi. Onda (qəsəbədə) uçmuş divar tapdılar," hz. Xızır (ə.s) onu tikir. Hz. Xızır (ə.s)-ın bir xüsusiyyəti nə imiş? Divar ustası olması. Masonların piridir, hz. Xızır (ə.s). Yəni dünya masonluğunun piridir. Amma imanlı, həqiqi masonların piridir. Allahı sevən, Allahdan qorxan, müsəlman olan masonların piridir, inşaAllah. Təbii ki, müsəlmanların da piridir, layiq olanların. Mason deyərkən biz müsəlman mason deyirik, onsuz da hamısı müsəlman olmuş olur, fərq etməz. İstərsə, tampliyer olsun, istərsə başqa bir şey olsun, müsəlman olduqdan sonra mövzu bitmişdir. Amma hz. Xızır (ə.s) yaxşı divar ustasıdır. Gözəl divar düzəldər; şaqul; ehtiyac hiss etməz, inşaAllah. "Dedi ki: "Əgər istəsəydin, həqiqətən buna qarşılıq bir ödəniş ala bilərdin." Allah rizası üçün xidmət olduğuna görə, hz. Xızır (ə.s) heç bir şeyi qarşılıq gözləyərək etməz, Allah rizası üçün edər. "Dedi ki: "Məhz bu, mənimlə sənin aranda ayrılma (zamanı)mızdır. Sənə, üzərində səbir göstərə bilməyəcəyin bir şərhi xəbər verəcəyəm." Yəni "şərhinə belə indi səbir göstərə bilməzsən" deyir, inşaAllah.
"Gəmi dənizdə işləyən yoxsulların idi" 79-cu ayə; 1979-da gəmi partlayışı hadisəsinə hz. Mehdi (ə.s.)-ın dövrünə işarə edir. "Onu qüsurlu etmək istədim" deməli, o gəmini bir yandıran var. Deməli, o gəmini partladan biri var. Gəmi durduğu yerə yanmaz. Deməli, onu, o yanğının çıxmasına səbəb olan biri var. Ona işarə edir. Baxın; "Gəmi, dənizdə işləyən yoxsulların idi, onu qüsurlu etmək istədim, (çünki) qarşılarında, hər gəmini zorbalıqla ələ keçirən bir kral vardı." Deməli, 79-cu illərdə zorbalıq hakim olacaq, Qurandan işarələr var. Bəzi yerlərdə, krallıq kimi bir sistem olacaq.
"Onu qüsurlu etmək istədim. Uşağa gəlincə, onun ana və atası mömin kəslər idi. Buna görə, onlara qarşı azğınlıq və inkarda təzyiq etməsindən qorxduq. Beləcə, onlara Rəblərinin ondan təmizlik baxımından daha xeyirlisi, mərhəmət baxımından da daha yaxın olanını verməsini dilədik." Müsəlmanlarda bir; təmizlik, iki; mərhəmət çox əhəmiyyətlidir. Hz. Xızır (ə.s)-ın üzərində dayandığı mövzulara baxın. Təmizlik və mərhəmət. Mərhəmətə çox əhəmiyyət verir. İndi baxan da hz. Xızır (ə.s)-ı əstəğfirullah, mərhəmətsiz zənn edər. İnsan öldürür, amma fövqəladə mərhəmət sahibidir. Son dərəcə təmiz bir insandır, əcaib diqqətlidir hz. Xızır (ə.s), tərtəmiz gəzər, çox şəfqətlidir, çox ağıllıdır, amma Allahın əmri ilə dövləti yıxar. Onsuz da, sonunda baxın deyir; "Divar isə, şəhərdə iki yetim uşağın idi" iki yetim uşaq; Hz.Mehdi (ə.s) və hz. İsa (ə.s). "Altında onlara aid bir xəzinə vardı." Hz.Mehdi (ə.s) dövründə, bol miqdarda xəzinə tapılacaq. İndi də bu tikilmiş daşların altında, piramidaların altında, Nəmrud dağındakı o, Nəmrud xarabalarının altındakı belə daş yığıntısıdır, altında fövqəladə dəlillər, fövqəladə xəzinələr tapacaq insanlar. "Ataları saleh biriydi. Rəbbin dilədi ki, onlar yetkinlik dövrünə çatsınlar və öz xəzinələrini çıxarsınlar;" Vaxtı gəlincə bu çıxacaq. Nə vaxt çıxacaqmış? Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) yetkinlik dövründə, inşaAllah. Yəni yetkinlik dövrlərində, hakimiyyət dövrlərində, İslamiyyətin hakimiyyət dövrlərində. "Öz xəzinələrini çıxarsınlar; (bu,) Rəbbindən bir rəhmətdir." Baxın; "bu, Allahdan bir rəhmətdir" deyir.
"Bunları mən, öz işim (şəxsi fikrim) olaraq etmədim" deyir hz. Xızır (ə.s), "öz özümə etmirəm" deyir. Necə edirmiş? "Allahın əmri ilə edirdim" deyir. "Sənin səbir göstərə bilmədiyin şeylərin açıqlamasıdır." 83-cü ayə "Səndən (Ey Məhəmməd,) Zülqərneyn haqqında soruşarlar. De ki: "Sizə, ondan “öyüd və xatırlatma olaraq” (bəzi məlumatlar) verəcəyəm." İndi müsəlmanlara öyüd də var və xatırlatma da var. "Həqiqətən, Biz ona yer üzündə sağlam bir iqtidar verdik", dünya hakimiyyəti verdik. Bu açıq-aydın hz. Mehdi (ə.s)-a işarə edən bir ayədir. Əbcədi; 2017 tarixini verir. Bir ayə verir, o. "Və ona hər şeydən bir yol (səbəb)" bir sultan bir səbəb "verdik. O da, bir yol tutdu. Sonunda günəşin batdığı yerə qədər çatdı və onu qara palçıqlı bir çeşmədə batan gördü" qara palçıqlı bir dənizdə. Günəşi batan gördü. Bu Yaponiyada olan hadisəyə işarə edir. Yapon bayrağı bilirsiniz günəşdir. Günəş batmayan bir imperatorluq deyilir. Qara palçıqlı bütün televiziyalarda gördünüz, qapqara idi dəniz.
"Yanında bir qövm gördü." Yəni sanki, televiziyadan görür, buradakı izahat elədir. Yəni buradakı izahat, şəxsən gedərək görmüş kimi deyil. Oradan-oraya, oradan-oraya, sanki bir düyməyə basır onu görür, bir düyməyə basır onu görür kimidir buradakı izahat. Gəzdi demir, onsuz da ayədə. "Dedi ki: "Kim zülm etsə, biz onu cəzalandıracağıq" Kim cəzalandırır? Mələklər. Kim cəzalandırır? Hz. Xızır (ə.s). "Sonra Rəbbinə dönər, O da onu görülməmiş bir əzabla cəzalandırar." "Allah həm də bəlanızı verir" deyir. Bu ayənin əbcədi 2007 tarixini verir. "Kim iman edər və saleh əməllərdə olarsa" yəni "istənilən budur" deyir Allah. Yəni iman etməsi və səmimi olması. "Onun üçün gözəl bir qarşılıq vardır." Dünyada və axirətdə bir qurtuluş vardır.
"Ona buyruğumuzdan asan olanını söyləyəcəyik." Yəni mövhumatçılıq bitəcək. Asan olan yəni, dində asanlıq olacaq, rahatlıq olacaq. "Sonra (yenə) bir yol tutdu." Bir sultan, bir səbəb. Yəni buradakı ayədə, səyahətə çıxdı demir. "Sonunda günəşin doğulduğu yerə qədər gəldi və onu (günəşi), özləri üçün bir sipər etmədiyimiz bir qövm üzərinə doğulurkən tapdı." Bunu sonra açıqlayacağam. "Məhz belə, onun yanında "özünü əhatə edən məlumat olduğunu" (və ya yanında olub-bitən hər şeyi) Biz (elmimizlə) tamamilə əhatə etmişdik." "Özünü əhatə edən məlumat" baxın ümumi deyil, özü; ledün elmi. Yenə burada eyni hadisə ilə qarşılaşırıq, özünü əhatə edən məlumat. Hz. Xızır (ə.s)-da da eyni şey var, burada da var. "Bütövlüklə əhatə etmişdik" “məlumatın hamısı Mənə aiddir” deyir Allah. "Sonra bir yol (daha) tutdu." Yenə bir sultan, bir səbəb.
"İki səddin arasına qədər çatdı, onların (sədlərin) qarşısında demək olar heç bir sözü anlamayan bir qövm tapdı." Bu ayənin əbcədi; 2015-dir, inşaAllah, bu PKK-nın yerlə bir olacağı tarixdir, Allahın icazəsi ilə. "Dedilər ki: "Ey Zülqərneyn, həqiqətən Yəcuc və Məcuc, yer üzündə təxribatçılıq çıxarırlar" anarxistlər və terroristlər "bizimlə onlar arasında bir sədd tikməyin üçün sənə muzd verəkmi?" “Səni iqtidara gətirək" demək istəyirlər. Özü tələb etmir Zülqərneyn,"səni iqtidara gətirək yəni, dünya hakimi edək deyirlər." Dedi ki: "Rəbbimin məni özündə möhkəm bir iqtidarla məskun etdiyi (güc, nemət və imkan) daha xeyirlidir. Madam elədir, mənə (insani) güclə kömək edin." Yəni “mənə tabe olun siz” deyir. Yəni “tam tabe olun, beyət edin” deyir.
"Sizinlə onlar arasında sağlam bir əngəl qılım." Anarxiya və terroru tamamilə dayandırım deyir. "Mənə dəmir kütlələri gətirin", iki dağın arası bərabər səviyyəyə gəlincə, "Qızışdırın" dedi. Onu atəş halına gətirənə qədər (bu işi etdi, sonra:) dedi ki: "Mənə gətirin, üzərinə əridilmiş qatran töküm." Qatran töküm deyir. "Beləliklə, nə onu aşa bildilər, nə də onu deşməyə güc yetirə bildilər." "İki dağın arası bərabər olana qədər" dəmir kütlələri, nə edəcəklər hz. Mehdi (ə.s)? Nə qədər tank, top varsa, texniki alətlər bu döyüşdə istifadə edilən texniki alətlər hamısını əridəcək. Və hamısı ağır sənayedə istifadə ediləcək. Buradakı dəmir kütlələrindən bəhs edilən budur. Çünki bilirsiniz tanklar ton hesabıyladır, polad, dəmir. Hz. Mehdi (ə.s) dövründə, hz. İsa Məsih (ə.s) dövründə, bütün tanklar əridiləcək, bütün toplar əridiləcək dünyada. Qılınclar, silahlar hamısı əridiləcək. Yəni silah qalmayacaq. Hz. Mehdi (ə.s), insan öldürmək üçün istifadə edilən heç bir silah buraxmayacaq. Bu ayədə buna işarə edilir, inşaAllah. Baxın; "Beləliklə, nə onu aşa bildilər, nə də onu deşməyə güc yetirə bildilər." Artık anarxiya və terroru tamamilə dayandırır, bitirir. Silah olmadığında, iman olduğunda, gözəl əxlaq olduğunda zülm də olmur.
"Dedi ki: "Bu mənim Rəbbimdən bir rəhmətdir." "Allahın rəhməti ilə etdim, öz gücüm olaraq etmədim." "Rəbbimin vədi gəldiyi zaman, O, bunu dümdüz edər; Rəbbimin vədi haqdır." "Rəbbimin vədi gəldiyi zaman" qiyamət olar. "Biz o gün, bir qismini bir qismi içində dalğalanarcasına buraxmışıq. O zaman Sura da üfürülmüşdür, artıq onların hamsını bir yerə toplamışıq" deyir Allah. Axırzaman ilə əlaqədar olduğu üçün ayə, dərhal Axırzamana, Qiyamətə keçir, Qiyamətə yaxın dövrü izah etdiyi üçün. Baxın, xurafatçılara Allah nə deyir; 104-cü ayə "Onların, dünya həyatındakı bütün cəhdləri boşa getmişkən, özlərini həqiqətdə gözəl iş etməkdə olduqlarını sanırlar." Baxın, xurafatçılara işarə edir. "Onların, dünya həyatındakı bütün səyləri boşa getmişkən, özlərini həqiqətdədə gözəl iş etməkdə sanırlar." Adam, tam əhli-sünnə üstündə, tam doğru olduqları qənaətində olur. Sarıq tamam, cübbə tamam, o biriləri? Əxlaq, vəfa, sədaqət, cəhd etmək? İttihad-ı İslamı, Türk-İslam Birliyi, şəfqət, mərhəmət, sayaram da sayaram, bunlar var mı? Yox. Xurafatçı dedikdə; Quranı yetərli görməyib xurafatlarla məşğul olan insanlar, dini çətinləşdirən insanlar.