BMT Baş Assambleyası Suriya barədə “Sülh naminə birləşmək qərarı” qəbul etməlidir
ucgen

BMT Baş Assambleyası Suriya barədə “Sülh naminə birləşmək qərarı” qəbul etməlidir

1854

BMT-nin rəsmi rəqəmlərinə görə, Suriyadakı vətəndaş müharibəsində 250 min suriyalı həyatını itirib. 7 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Bunların 4 milyonu xarici ölkələrdə qaçqındır. 14 milyon suriyalı isə humanitar yardıma möhtacdır.

BMT-nin Nizamnaməsinə  görə, dünyanın bir yerində sülh və təhlükəsizliyi təhdid edən hər hansı bir hadisə baş verdikdə BMT dərhal hərəkətə keçərək buna qarşı ilk növbədə sülhyönümlü tədbirlər almalıdır. BMT-nin bu həmləsi yetərli olmadıqda hərbi tədbirlərlə bağlı danışıqlar aparılmalı və şəraitə görə tətbiq edilməlidir.

Məlum olduğu kimi, İraq 1990-cı ildə Küveyti, Şimali Koreya isə 1950-ci ildə Cənubi Koreyanı işğal etdi. Bu və buna bənzər bir çox hadisədə BMT dərhal hərəkətə keçərək bu kimi işğalları dayandırmaq üçün təşəbbüs göstərmiş və münaqişəni dayandırmaq istiqamətində böyük ölçüdə müvəffəq də olmuşdur.

Bəs BMT Suriyaya niyə müdaxilə etmir, bu problem niyə təxminən 5 ildir ki, həll edilmir?

Bu haqlı sualın cavabı BMT Nizamnaməsində gizlidir. II Dünya Müharibəsindən sonra 1945-ci ildə imzalanan BMT Nizamnaməsi dünyada sülh və təhlükəsizliyi qorumaq vəzifəsini Təhlükəsizlik Şurasına verdi. Nizamnaməsinin 23/1-ci maddəsi Şuranı meydana gətirən 15 ölkədən 5-nə (ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin) daimi üzvlük səlahiyyəti verdi. 27/3-cü maddə isə alınan qərarlarda bu 5 daimi üzvün razılığının olması şərtini qoydu.

Buna görə Şura ən azı 9 üzvünün lehdə səsi ilə qərar verəcəkdi, amma bunlardan 5-inin daimi üzvlər olması lazım idi. Buna görə də bu 5 daimi üzvün hər hansı biri belə Təhlükəsizlik Şurasından qərar çıxmasının qarşısını ala biləcəkdi. Nizamnamədə "veto" ifadəsi olmasa da, bu səlahiyyət ictimaiyyətdə "veto hüququ" kimi tanındı.

Bu "veto hüququ" Nizamnamənin yazılıma mərhələsində çox tənqid edildi. Amma müharibənin dağıntılarını bir an əvvəl aradan qaldırmaq və sülhə nail olmaq istəyən ölkələr 5 böyük ölkə tərəfindən təklif edilən mətndəki riskləri gözə alaraq Nizamnaməni qəbul etdilər.

Ancaq Təhlükəsizlik Şurasının yaranma və iş metoduna dair tənqidlərin nə qədər haqlı olduğu zaman keçdikcə ortaya çıxdı.

Məsələn, 1965-ci ildə ABŞ Vyetnamı heç bir BMT qərarı olmadan işğal etdi. Bundan başqa, ABŞ 1965-ci ildə Dominikan Respublikasını, 1983-cü ildə Grenadanı, 1989-cu ildə Panamanı işğal etdi. 1984-cü ildə Nikaraquaya hücum etdi. Bunların hamısı Nizamnamənin 2-ci maddəsinə zidd idi və Təhlükəsizlik Şurasının hərəkətə keçməsini zəruri edirdi. Amma ABŞ Şuradakı veto hüququndan istifadə edərək Şuradan ABŞ əleyhinə qərar çıxmasının qarşısını aldı.

Veto hüququnu SSRİ də sui-istifadə etmişdi. 1956-cı ildə Macarıstanı, 1968-ci ildə Çexoslovakiyanı, 1979-cu ildə isə Əfqanıstanı işğal etdi. Hələ keçən il KrımdaUkraynada BMT Nizamnaməsinin 2-ci maddəsinə zidd hərəkətlər etdi. Lakin BMT-nin müdaxiləsinin qarşısı Təhlükəsizlik Şurasındakı vetolarla alındı.

Bu gün başda Türkiyə və digər qonşu ölkələr olmaqla bütün dünyaya təsir edən insanlıq faciəsinə çevrilən Suriya vətəndaş müharibəsinə beynəlxalq aləmin müdaxilə edə bilməməsinin səbəbi yenə Təhlükəsizlik Şurasındakı vetolardır.

Suriyada vətəndaş müharibəsi başladığından etibarən Şuraya 4 qərar layihəsi təqdim olundu. Amma daimi üzvlər Rusiya Çin bunların hamısına veto qoydular. Rusiya Suriya rejimini və oradakı hərbi bazasını qorumaq üçün Suriya ilə bağlı qərar layihələrinə veto qoydu. Burada məsələyə Rusiya prizmasından yanaşsaq, Suriya üzərində Rusiyanın təcili hesab etdiyi təkliflərin BMT tərəfindən ön plana çıxarılmaması və buna görə də Rusiyanın müqavilə şərtlərini riskli gördüyü görünür. BMT Təhlükəsizlik Şurası Rusiyanın tələblərini də əhatə edən bir həll yolu təklif etməmiş və bu vəziyyət həll yolu məsələsində konsensusu təmin edə bilməmışdir.

Bu nöqtədə iki həll yolu var: həll yollarının Təhlükəsizlik Şurasında veto hüququ olan hər bir ölkənin təklifini içinə alacaq şəkildə irəli sürülməsi və ya veto hüququnun ləğv edilməsi yaxud məhdudlaşdırılması. İkinci yolu tətbiq etmək hazırda mümkün görünmür. Çünki bunun üçün BMT Nizamnaməsinin 27-ci maddəsində dəyişiklik etmək lazımdır. BMT Nizamnaməsində hər hansı bir dəyişiklik edə bilmək üçün də yenə 5 daimi üzvünün razılığı lazımdır (maddə 108). ABŞ və Rusiya veto hüququnun məhdudlaşdırılmasına heç vaxt razılıq verməyəcəklərini dəfələrlə açıqladıqları üçün Nizamnamənin veto hüququnu məhdudlaşdıran formada dəyişdirilməsi bugünkü şərtlərdə mümkün deyil.

Bu səbəbdən mövcud sistemdə hər hansı bir həll yolu tapmaq cəhdləri əməli nəticə əldə etmək baxımından daha əlverişli görünür. Bu əlverişli imkanların ən əsası BMT Baş Assambleyasının 03.11.1950-ci il tarixli və 377a (V) saylı "Sülh Naminə Birləşmə Qərarı"dır.

BMT Baş Assambleyası 1950-ci ildə Koreya Müharibəsi zamanı SSRİ-nin vetolarına görə (eynilə bugünkü Suriya məsələsindəki kimi) meydana gələn kilidi aşmaq üçün praktiki həll yolu tapdı. Baş Assambleya Nizamnamənin 12-ci maddəsini geniş şərh edərək Təhlükəsizlik Şurasının veto səbəbindən ala bilmədiyi qərarları üzv dövlətlərə "tövsiyə" olaraq təqdim etdi və problemin həllini təmin etdi.

"Sülh naminə birləşmək qərarı" ilə açılan bu həll yolu Suriya Problemi və digər oxşar problemlərin dəf edilməsində istifadə edilə bilər. BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi qorumağa yönəlmiş əsas məsuliyyətini yerinə yetirmədə uğursuz olduğunu müəyyən etdikdə, Sazişin VI və VII hissələrində göstərilən tədbirləri almaq üçün üzv ölkələrə tövsiyə qərarı qəbul edə bilər. Bundan sonra beynəlxalq ictimaiyyət addım-addım həll yoluna gedə bilər. Ancaq bunun üçün daha öncə də qeyd etdiyimiz kimi, bütün üzv ölkələrinin həll yolu təkliflərini əhatə edən baxış bucağı olmalıdır.

Burada Baş Assambleyanın alacağı qərarın "tövsiyə" xarakterində olması, yəni üzv ölkələrə təsir etməməsi də əhəmiyyətli deyil. Çünki BMT Baş Assambleyasının 2/3 dəstəyi ilə formalaşan bir tövsiyə qərarı legitimlik təmin edəcəkdir ki, beynəlxalq hüquqda önəmli olan da legitimlikdir.

Nəticə etibarilə, BMT Nizamnaməsində veto hüququnu məhdudlaşdıran bir dəyişiklik etməyin mümkünsüzlüyü qarşısında "Sülh üçün bərabərlik qərar"ında göstərilən üsulla mövcud sistemdə qalmaqla sülhün təsis edilməsi daha praktik bir yol ola bilər.

 

Adnan Oktarın «Middle East Monitor»da dərc edilən məqaləsi:

https://www.middleeastmonitor.com/articles/middle-east/21620-the-un-general-assembly-should-be-uniting-for-peace-in-syria

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr