San Francisco Universitetindən bioloq Dean Kenyon, təkamül nəzəriyyəsinin iddialarının elmi olaraq əsla dəstəklənmədiyini belə ifadə etməkdədir:" Gəlin çox məşhur bir səhv anlaşmanı açıqlığa qovuşduraq. Tək bir heyvan növünün belə bir başqa heyvan növünə tam olaraq çevrildiyi, laboratoriya mühitində də sahədə də müşahidə olunmamışdır. "(Dean H. Kenyon, Brief of Appelants, Oktyabr 1985, s. A-16) Kenyonun da ifadə etdiyi kimi təkamül ssenarilərinin reallaşdığını göstərən heç bir konkret tapıntı yoxdur. Şəkildəki mavi mezgit qalığı nümunəsində olduğu kimi saysız-hesabsız elmi tapıntı, təkamülün heç bir zaman yaşanmadığını göstərməkdədir. Təkamülçülərin bu tapıntıları görməzlikdən gəlməyə çalışmaqlarının bir mənası yoxdur. Həqiqətlərdən qaçmaq, həqiqətləri dəyişməyəcəkdir.