Dünya səviyyəsində mason təşkilatlarının çoxsaylı üzvü var. Masonik sistemin şeytani sistem olduğu, üstün səviyyəli masonların birbaşa şeytandan aldıqları vəhylər istiqamətində hərəkət etdikləri və dünya səviyyəsində dəccal sisteminin bu quruluşa əsaslandığı dəlillərlə isbat edildikdə mason təşkilatlarının aşağı dərəcəli üzvləri bu izahlara reaksiya verirlər. Çox vaxt bu məlumatların səhv olduğunu, birbaşa şeytana itaət edən belə bir təşkilatın olmadığını iddia edirlər. Mason dostlarının olduğunu və bu şəxslərin azğınlıq etdiklərinə inanmadıqlarını müdafiə edirlər.
Bu insanların özləri də, mason dostları da azğınlıq etməyə bilərlər, lakin mason təşkilatının azğın inanc və hərəkətləri ilə əlaqədar verilən məlumatların hamısı doğrudur və isbat edilmişdir. Bu şəxslərin həqiqətlərdən xəbərsiz olmalarının səbəbi masonluğun çirkin və qorxunc üzünün aşağı dərəcəli masonların hamısından gizlədilməsidir. Onlara masonluğun yalnız hiyləli tərəfi göstərilir.
Masonluğun əsl şeytani üzünü yalnız 31, 32, 33-cü dərəcədə olan üstün səviyyəli masonlar bilir və bu sirri ölənə qədər gizlədirlər. Belə ki, dünya səviyyəsində hər cür şeytani hərəkəti həyata keçirən, inananlar arasında (xüsusilə müsəlmanlar və xristianlar arasında) fitnə salmaq üçün təşkilatlanan, Darvinizmi dünyaya yayaraq dünya səviyyəsində müharibələrin, anarxiyanın, cinayətlərin əsasını qoyanlar üst dərəcəli masonlardır. Bu şəxslər aldıqları qərarları bütün dünyada öz təşkilatları vasitəsilə yaymaq gücünə sahibdirlər. Hazırda tamamilə yalana əsaslanan Darvinizm dövlət qanunları ilə qorunur və bütün professor və elm adamlarına əsaslanırsa, bunun səbəbi üst dərəcəli masonlardır.
Üst dərəcəli mason Allah inancına sahib deyil. Şeytanın varlığına inanır, onu özlüyündə müqəddəs görür və birbaşa şeytanla əlaqəyə girir. Bu səbəbdən üst dərəcəli mason yığıncaqlarında alınan qərarlar birbaşa şeytandan alınan qərarlardır. Şeytanın istiqamətləndirməsi ilə hərəkət edən bu şəxslər şeytandan gələn əmrləri yerinə yetirir, ayinlər nizamlayır, keçi qanı içir, şeytan adına qurban verirlər. Bu səviyyəyə çatan insanların sayı məhduddur. Bu səbəbdən bu sirrə nail olan insan sayı da o nisbətdədir.
Masonluq "ezoterik" olaraq təyin olunan bir sistemdir. Ezoterizm bir mövzudakı dərin məlumatların və sirlərin əhil olmayanlardan gizlədilərək, bir ustad tərəfindən yalnız əhil olanlara nizam-intizamla öyrədilməsidir. Bu səbəbdən masonluqda üst dərəcənin bildiklərini aşağı dərəcəlilər bilmirlər. Üst dərəcədəki insanın aşağı dərəcəyə öz dərəcəsinin sirlərini verməsi qadağandır. Üst dərəcələrdə nələr olduğunu yalnız o dərəcəyə yüksələndən sonra bilərlər. Bu səbəbdən masonik təşkilatlara yeni qoşulan və ya hələ 33-cü dərəcəyə çatmayan şəxslərin bu sirləri bilməsi mümkün deyil. Aşağı dərəcədəki şəxslər masonluğun “humanism” maskası altında olduqca mehriban və isti münasibət görürlər. Masonluğun "işığı yuxulu gözlərə yavaş-yavaş verəcəksən" təliminin bir qaydası olaraq aşağı dərəcədəki bir mason yüksəldikcə masonluğun gizli sirləri yavaş-yavaş onun üçün açılacaq. Mason jurnalı “Mimar Sinan”da bu həqiqət açıq şəkildə izah edilmişdir:
“Masonluq sirlərini və həqiqətləri maskalayır. Arzu edənlər isə əsasən yüngül maskalanmış bu həqiqətləri görə bilər. Bu həqiqətlərin isə bəzən zəif və düşüncəsizlərə açıqlanması təhlükəli ola bilər. Hətta onların mövcud olan inanclarını belə yox edə bilər. Masonluğa daxil olanlarınkını isə qüvvətləndirər. Qədim (daimi) sirlərin təsisedilmə səbəbi bundan irəli gəlir. Bunlar məlumat və hikmət axtaranlar üçün bu işə başlanğıc və ya veriləcək məlumata hazırlıq mərhələsi vəzifəsini görən məktəbdir. Hazırlıq mərhələsindən keçmədən verilən həqiqətlər dağıdıcı və heyrətləndirici ola bilər.” 1
Yenə həmin jurnalda "Masonluk Sırları-Ketumiyet ve Susmanın Fazileti" adlı məqalə bu şəkildədir:
“Bizə təqdim (əmanət) edilən sirləri ürəyimizin ən dərin yerində saxlamalıyıq. Bir ölü qədər səssiz, bir məzar qədər təmkinli olmalıyıq. Bu bizim üçün bir and, bir şərəf, bir vicdan borcudur.” 2
Bir qaynaqda masonluğun bir-birindən xəbərsiz iki fərqli cəmiyyətdən meydana gəldiyi və aşağı dərəcədəki cəmiyyətin heç vaxt üst dərəcədəkilərin şeytani planlarından xəbərdar olmadıqları bu şəkildə izah edilmişdir:
“Masonluq bir cəmiyyət içərisində başqa bir cəmiyyətdir: xarici təşkilat içəridəki seçmələrin qardaşlığını gizlədir... Biri görünən, digəri görünməz olan bir-birindən ayrı, lakin bir-biri ilə əlaqəli iki nizamın mövcudluğu vacibdir. Görünən cəmiyyət “azad və qəbul edilmiş" geniş yoldaş qrupundan meydana gəlir və bu şəxslər, etik, öyrədici, qardaşlığı təşviq edən, milliyyətçi və bəşəriyyəti maraqlandıran problemlərə özlərini həsr edirlər. Görünməyən cəmiyyət isə gizlidir. Çoxu Avqust qardaşlığının üzvüdür. Bu şəxslər gizli sirlərə xidmət etməyə özlərini həsr etmişlər.” 3
Masonluğun görünən cəmiyyətinin təqdim etdiyi intibah, əlbəttə, masonik təşkilatının əsl təhlükəsini ortaya çıxarmır. Masonlar bu təşkilata qoşulmaqla bərabər keçdikləri təlimə əsasən məqsədlərinin "sülh, qardaşlıq və insan sevgisi" olduğunu iddia edir, hətta bir çox xeyriyyə işlərində də iştirak edirlər. Bu təşkilat saxtakarlıq xüsusiyyəti ilə Mason ustadı Üner Birkanın “Mimar Sinan” jurnalında ifadə etdiyi kimi özünü cəmiyyətə xeyirli system kimi də tanıda bilər. Bu masonluğun görünən üzüdür.
Əsl təhlükə masonluğun görünməyən üzüdür. Məhz bu səbəbdən masonluğun bu qaranlıq üzündən xəbərsiz olan masonlar bu təhlükəli həqiqətə qarşı diqqətli olmalıdırlar. Aşağı dərəcəli masonların əksəriyyətini dindar şəxsiyyətlərini qoruyan, həqiqi mənada Allah rizası üçün xeyir işlər görən dəyərli insanlardan ibarətdir. Lakin onların böyük aldatmacaya qarşı ayıq-sayıq olmaları, Tampliyerlərdən bəri var olan masonluq təriqətinin gizli üzündən xəbərdar olmaları böyük əhəmiyyət daşıyır.
Cənab Adnan Oktarın mövzu ilə əlaqədar şərhləri:
Adnan Oktarın Tempo müsahibəsi
24 Mart müsahibəsi
Adnan Oktar: Masonlar bir insana təklif etmədən, insanların onsuz da o yöndəki şöhrəti məlumdur. Məsələn bir universitetdə professor olmaq istəyirsə, mason olduğunda onun necə asan professor olacağını bilirlər. Və ya bir yerə müdir olmaq istəyir, necə rahatca o vəzifəyə gedəcəyini bilirlər. Ona görə o tip insanlar özlərinə təklif edilməsini gözləyirlər. Onlar da iki-üç adam gəlirlər. Biz səni təqib etdik, baxdıq, sən çox qabiliyyətli bir gəncsən, səni mason etməyə qərar verdik. Səni lojaya aparacağıq deyirlər. Onların özlərinə məxsus hücrələri var. Qəbirdən normal insan kəlləsini oğurlayıb gətirib qoyurlar. Burada bir az fikirləş deyirlər. Qarşısına duz, kükürd qoyurlar. Sonra başına, üzünə maska kimi bir şey bağlayırlar, boynuna ip dolayır, dörd ayağı üstə, yəni yerdə heyvan kimi oturdurlar. Getdikləri yerlər də çox uzaq və uzun yerlərdir. Sonra sinəsini açır, cırırlar köynəyini, açırlar. Üç qılınc qoyurlar sinəsinə üstünə. Normal qılınc, bildiyiniz klassik qılınc, düz sinəsinin ortasına. Əgər masonların sirlərini versə necə parçalanacağını, necə öləcəyini ona bildirib və and içdirirlər orada. Mason andı içdirirlər. “Gözün aydın” deyirlər artıq masonluğa xoş gəldin, gözünü açırlar. Bu birinci mərhələsi. Ondan sonra alçaqlıqların rüsvaylıçılıqların ardı-arası kəsilmir. Belə bir təşkilatdır bu. Amma həqiqətən də yüksəldərlər. Yəni adam istədiyi məkana çıxa bilir. İlk əvvəl deyirlər ki, yuxulu gözlərə, yəni yeni yataqdan qalmış yuxulu gözlərə birbaşa işıq verilməz. Yavaş-yavaş verəcəksən işığı, yəni yavaş-yavaş dinsiz edəcəksən deyir. Əvvəlcə, məsələn bir az Darvindən bəhs edirlər. Bir az Darvinizmdən bəhs edirlər. Sonra əstağfirullah dinlərin həqiqət olmadığından bəhs etməyə başlayırlar. O içkili yığıncaqlarda, o söhbət mühitlərində onun yavaş-yavaş başını, beynini doldururlar. Əgər onlara uyğun olsa dinsizliyi birbaşa izah edirlər. 33-cü dərəcədə tam mənada dinsiz vəziyyətə gətirirlər, yəni ən yüksək mövqeyə. Sirr dedikləri mövzulardır bunlar. Elə kompleks bir şey yoxdur. Birbaşa ateist yetişdirirlər. Ondan sonra bunun bütün dünyaya yayılması fikri var. Bu səbəbdən şeytanın bütün dediklərini tətbiq etmək üzərinə qurulan bir sistemdir. Ateist sionistlər dəstəkləyir bunları. Dünyanın hər yerində təşkilatlanma, hər cür əxlaqsızlıq öz içlərində sərbəstdir. Onlar deyirlər ki, donuz üçün nəcisin bir dəyəri olmasa, donuz nəcis yeyərmi. Yəni baxın mason məntiqidir bu. Öz kitablarında da yazırlar bunu.
Adnan Oktarın Ekin TV-dəki canlı müsahibəsi (16 Fevral 2009)
Adnan Oktar: Masonlar özlərinə xəyanət edən, sirlərini verən və yaxud xoşlarına gəlməyən bir şey edən şəxslərə qarşı bir çox cinayətlər etmişlər. Bu da ümumiyyətlə ölüm cəzasıdır. Onsuz da Masonluğa qəbul edilərkən and içənlər öldürülmələrini qəbul edərək and içirlər. Yəni əgər Masonluğun sirlərini versəm, məni öldürmənizi qəbul edirəm tərzində bir Mason andı vardır. Yəni çox əhatəli uzun bir anddır. O andın hər halda hesabını zaman-zaman bir çox adam vermişdir.
Adnan Oktarın Çay TVdəki canlı müsahibəsi (18 fevral 2009)
Adnan Oktar: Masonluq özü birbaşa adam öldürməz, onların cəlladları var. Yəni masonluğun pullu cəlladları var, sırf bu işə baxırlar. Qan tökmə işinə baxırlar. Özlərinə müxalif birini gördüklərində, rəhmətlik Üzeyir Garih də eyni şəkildə belə görünür, o sərkərdə də elə masonluğa qarşı olduqlarında, masonların sirlərini verdiklərində mason andlarının qaydası olaraq öldürülürlər. Mason andlarına diqqət yetirsələr, o qardaşımız da mason andlarını oxusa burada onsuz da cəzanın cinayət olduğunu görəcəklər. Məsələn, hamı and içir elə deyilmi? Amma kim andının sonunda parçalanaraq öldürülməyi qəbul etdiyini söyləyər? Belə and olarmı? Parçalanaraq öldürülməyi qəbul etmək. Andın axırında hər parçamı da bir yerə atın deyir. Əgər xəyanət etsəm, əgər sirləri versəm, mason sirlərini deyir. Bir neçə mason andı vardır. Hamısı da belə cinayətlə nəticələnən formadadır. Adamların andından qan axır. Daha bundan sonra deyilə biləcək nə söz ola bilər?
Adnan Oktarın Vətən TV üçün verdiyi müsahibə (3) (İstanbul, Fevral 2008)
Adnan Oktar: Mənim masonlarla bir düşmənçiliyim yoxdur. Ümumiyyətlə, masonlar vətən övladlarıdır. Mən masonların fikrinə qarşıyam, düşüncələrinə qarşıyam. Yəni darvinist, materialist, ateist düşüncələrinə qarşıyam. Bir mason bu düşüncələrin səhv olduğunu qavrasa Türkiyə üçün son dərəcə faydalı insana çevrilər. Çox yaxşı insan olar. Yəni mənim düşüncəmə, inanclarıma görə mükəmməl bir insan olar.
Fədai Erdoğ: Mason dərnəkləri bağlanmalıdırmı?
Adnan Oktar: İslah edilməli, təşkil edilməlidir. Yəni yalnız fikir azadlığı olmalıdır. Orada onlara doğruların izah edilməsi lazımdır. Yəni təzyiqlə, şiddətlə nəticə əldə etmək olmaz.
Qaynaqlar:
1 (Masonlara Özel) Mimar Sinan Dergisi, Masonluk ve Esasları adlı yazı, Raşit Temel, 2. yıl, Eylül 1968, sayı: 7, sf: 11
2 (Masonlara Özel) Mimar Sinan dergisi, Masonluk Sırları – Ketumiyet ve Susmanın Fazileti adlı yazı, Hanri Benazus, 2. yıl, Eylül 1968, sayı: 7, sf: 16
3 Manly P. Hall, Lectures on Ancient Philosophy, Tarcher Publishing, 2005, s. 433