BAXIB GÖRMƏDİKLƏRİMİZ – 17 –
ucgen

BAXIB GÖRMƏDİKLƏRİMİZ – 17 –

1280

İnsan bədəninin sahib olduğu mükəmməl mexanizmlər çox vaxt biz fərqinə varmadan fəaliyyət göstərirlər. Ürəyimizin döyünməsi, qaraciyərin funksiyaları, dərinin özünü təzələməsi bizdən asılı olmayaraq baş verir. Burada bəhs etmədiyimiz yüzlərlə orqan da eyni vəziyyətdədir. Böyrəklərin qanı necə süzdüyündən, mədənin yediklərimizi necə həzm etməsindən, bağırsaqların hərəkətlərindən, ya da nəfəs almağımızı təmin edən ağciyərlərin necə işləməsindən xəbərimiz belə olmur.

 

İnsan ona verilən bədən adlanan mükəmməl mexanizmin dəyərini ancaq xəstələnəndə, bir orqan funksiyasını yerinə yetirə bilməyəndə anlayır.

 

Bəs, içində yaşadığımız bu mükəmməl mexanizm necə var olub? Ağıl və vicdan sahibi olan insan üçün bu bədənin “yaradıldığını” anlayıb hiss etmək şübhəsiz ki, çətin deyil.

 

Bu bədənin təsadüf nəticəsində var olduğunu iddia edən təkamülçülərin iddiaları çox gülüncdür. Çünki təkamülçülər təsadüflərin bir-birinin ardınca düzülərək orqanizm var etdiyini irəli sürürlər. Ancaq insanın bədəni bütün orqanların birdən var olduğu zaman fəaliyyət göstərə bilər. Böyrəksiz, ürəksiz, bağırsaqsız insan yaşaya bilməz. Bu orqanlar var olsa da əgər funksiyalarını tam yerinə yetirmirlərsə, insanın yaşaması qeyri-mümkündür.

 

Deməli, insan bədəni yaşamaq və nəslini artırmaq üçün bütöv və qüsursuz şəkildə var olmalıdır. Bu, insan bədəninin “bir anda, qüsursuz şəkildə var olduğunu, yəni “yaradıldığını” sübut edir. 

 

Quran möcüzələri

Planetlər kainatdakı nizamlı quruluşun sübutudur. İçərisində təxminən 300 milyard ulduz olan bu möhtəşəm sistemlər böyük tarazlıq və uyğunluq içindədir. 

 

“O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür..." (Zumər surəsi, 5)

 

Quranın kainatdan bəhs edən ayələrində istifadə edilən sözlər çox cəlbedicidir. Yuxarıdakı ayədə “bürümək” kimi tərcümə edilən söz ərəb dilində “təkvir”dir. Bu sözün mənası “yuvarlaq bir şeyin üstünü bir cisimlə örtmək”dir. (Məsələn, ərəbcə lüğətlərdə “başa sarıq örtmək” kimi yuvarlaq cisimlər üçün bu sözdən istifadə edilir).

 

Ayədə gecənin və gündüzün bir-birinə bürünməsi (təkvir etməsi) haqqında verilən məlumat, eyni zamanda Dünyanın forması haqqında da bizə məlumat verir. Ancaq və ancaq Dünya yuvarlaq olduğu zaman bu feldən istifadə edilə bilər. Yəni, VII əsrdə endirilən Quranda Dünyanın yuvarlaq olmasına işarə edilmişdir.  

 

O dövrdə astranomiya Dünyanı başqa cür izah edirdi. Dünyanın düz səth üzərində olduğu düşünülürdü və bütün elmi hesablama və izahlar da buna görə edilirdi. Quran ayələri isə bizə hələ bu yüzillikdə öyrəndiyimiz məlumatları əvvəlcədən bildirir. Quran Allahın sözü olduğu üçün kainatı izah edərkən ən doğru sözlərdən istifadə edilmişdir.   

 

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)

 

Göylərdəki möcüzə

Ağıllı insan nəhəng planetləri və bütün Günəş Sistemini nizamlayan və daimi olmasını təmin edən tarazlığın təsadüfən ortaya çıxmayacığını rahatlıqla anlaya bilər. Bu nizamın hər incəliyinə qədər hesablandığı açıq həqiqətdir. Üstün güc sahibi olan Allah kainatda yaratdığı qüsursuz sistemlərlə bizə hər şeyin Öz nəzarəti altında olduğunu göstərir.

 

Olduğunuz məkandan çıxdığınız zaman günəş şüalarının sizi heç narahat etmədən üzünüzə toxunmasını Günəş Sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə gözəl istiliklə aydınlıq verən Günəş, əslində, qıpqırmızı qaz buludlarından ibarət olan dərin quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr uzağa fışqıran nəhəng alov girdablarından və dibdən səthə doğru yüksələn nəhəng xortumlardan meydana gəlir. Bunlar canlıları öldürücü gücə malikdir. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və dünyanın maqnit sahəsi tərəfindən süzülür. Dünyanı yaşamaq üçün əlverişli edən məhz Günəş Sistemindəki qüsursuz nizamdır.

 

Kainatdakı qüsursuz nizam

Günəş Sisteminin quruluşunu araşdırdığımız zaman çox həssas tarazlıqla qarşılaşırıq. Günəş Sistemindəki planetləri sistemdən çıxaran dondurucu soyuqluqdakı "xarici kosmos"a sovrulmaqdan qoruyan təsir Günəşin "cazibə qüvvəsi" ilə planetin "mərkəzdənqaçma qüvvəsi" arasındakı tarazlıqdır. Günəş öz böyük cazibə qüvvəsi ilə bütün planetləri özünə cəzb edir, onlar da öz orbitləri ətrafında fırlandıqları üçün mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibə qüvvəsindən qurtulurlar. Əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, o zaman bu planetlər sürətlə Günəşə doğru irəliləyər və axırda Günəş tərəfindən böyük partlayışla udulardı.   

 

Bəhs etdiyimiz tarazlığın hər planet üçün ayrı-ayrı qurulmasına da diqqət etmək lazımdır. Çünki planetlərin Günəşlə aralarındakı məsafə çox fərqlidir. Həmçinin çəkiləri də müxtəlifdir. Bu səbəbdən, hamısı üçün müxtəlif fırlanma sürətinin müəyyən edilməsi lazımdır ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşaraq kosmosa sovrulmaqdan qurtulsunlar.

 

Kainatın yaradılışındakı ehtişam

Bunlar Günəş Sistemindəki ehtişamlı tarazlığın bir neçə dəlilidir. Nəhəng planetləri və bütün Günəş Sistemini nizama salan və daimi olmasını təmin edən tarazlığın təsadüfən ortaya çıxmayacağı ağıl sahibi olan hər insanın rahatlıqla anlaya biləcəyi həqiqətdir. Bu nizamın hər incəliyinə qədər hesablandığı çox aşkardır. Üstün güc sahibi olan Allah kainatda yaratdığı qüsursuz detallarla bizə hər şeyin Onun nəzarəti altında olduğunu göstərir.

 

Günəş Sistemindəki fövqəladə həssas tarazlığı kəşf edən Kepler, Qalileo Qaliley kimi astroloqlar bu sistemin çox açıq dizaynı göstərdiyini və Allahın bütün kainata olan hakimiyyətinin isbatı olduğunu dəfələrlə ifadə etmişlər. Allah hər şeyi sonsuz elmi ilə yaradır və nizamlayır. Allah üstün güc sahibidir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr