Hökmü qiyamətə qədər etibarlı olan, bütün həyatımızı əhatə edən əmr və məlumatların yer verildiyi Qurani-kərimin ən böyük möcüzələrindən biri ilk vəhyin enməsindən bu vaxta qədər hər əsrdə yaşayan bütün insanlara xitab etməsidir. Allah Quranı qiyamətə qədər insanlara bir yol göstərici və hidayət rəhbəri olaraq endirmişdir. Bununla birgə Quranda gələcəyə dair işarələr və möminlərin üzərində düşünməsi lazım olan bəzi sirlər də var. Qiyamətə yaxın bir dövr olan axırzamanda yayılacaq inkarçı sistemlərin tətbiqlərinə və Allah'ın bu batil sistemləri haqqı göndərərək darmadağın etməsinə istiqamətli çox əhəmiyyətli işarələr var.
"Axırzaman" ifadəsi məna olaraq son dövr, son zaman deməkdir. İslama görə axırzaman anlayışı qiyamətə yaxın bir zamanda, Quran əxlaqının üstün olacağı, insanlar arasında geniş şəkildə yaşanacaq olan son dövrü ifadə edir. Adı çəkilən bu dövr Allah'ın izni ilə çox yaxındır və insanların bu mövzu üzərində dərin düşünmələri çox daha böyük bir əhəmiyyət qazanmışdır. Bu səbəbdən bütün Müsəlmanların ətrafında baş verən hadisələri diqqətlə izləmələri və bunları Quran ayələri ilə Peyğəmbərimizin hədisləri istiqamətində qiymətləndirmələri lazımdır. Quranda axırzaman mövzusuna bilavasitə toxunulmuşdur. Ayələr üzərində düşündükdə dövrümüzdəki hadisələrə və axırzamana işarə edən çox əhəmiyyətli sirlər tapmaq mümkündür. İnsanların xəyalında hər zaman daha gözələ, daha yaxşıya istiqamətli bir həsrət var. Daha gözəl bir mənzərə, daha gözəl yeməklər, ictimai problemlərin yaşanmadığı rahat həyat, bolluq, bərəkət…
Axırzamanda evlər, bağçalar, prospektlər, məktəblər, qısası, hər şey gözəlləşəcək. Quranda təsvir edilən bənzərsiz sənət anlayışıyla istiqamətləndirilən sənətçilər dünya tarixində görünməmiş üstünlükdə əsərlər ortaya qoyacaq. Bu müqəddəs dövrdə sənət yalnız müəyyən çevrələrin zövq aldığı bir anlayış olmaqdan çıxacaq, Allah'ın qüsursuz yaratma gözəlliklərini ortaya qoyan bir zövq halını alacaqdır. Qızıl dövrdə sənətin ilahi bir gözəllik olduğu aydın olacaq və sənətə lazım olan əhəmiyyət veriləcək. Beləliklə, axırzama bütün bu "daha yaxşı", "daha gözəl" anlayışlarını içində əhatə edən bir dövrü ifadə edir. Axırzaman çətinliyin yerini bolluğun və bərəkətin, ədalətsizliyin yerini ədalətin, əxlaqsızlığın yerini gözəl əxlaqın, qarışıqlığın yerini barış və dincliyin bürüdüyü, İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.
Gözəl əxlaqın bütün dünyada yaşanması, Peyğəmbərimizin vəfatından sonra qiyamətə qədər reallaşacaq olan axırzaman əlamətlərinin ən əhəmiyyətlilərindən biridir. Peyğəmbərimizin hədislərində bu dövrü və xüsusiyyətlərini açıqlayan əsaslı izahlar yer alır. Peyğəmbərimizdən sonra bəzi İslam alimləri də axırzaman haqqında əhəmiyyətli şərhlər vermişdir. Bu izahlara baxdıqda axırzamanın bir-birini izləyəcək olan bir sıra əhəmiyyətli hadisə və ya dövrlərlə dolu olduğunu görərik. Axırzaman dünyanın böyük bir pozulma və qarışıqlıq yaşadığı, ancaq sonra həqiqi dinin yaşanması ilə qurtuluşa qovuşduğu bir dövrdür.
Axırzamanın ilk mərhələsində dünya Allah'ı inkar edən bir qrup fəlsəfi sistemlər səbəbindən qarışıq olacaq. İnsanlar yaradılış məqsədlərindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma meydana gələcək. Böyük fəlakətlər, döyüşlər və acılar yaşanacaq. İnsanlar "necə xilas ola bilərik" sualının cavabını axtaracaqlar. Bu dövrdə İslam dini bir çox xurafatlar və batil inanışlara görə əslindən uzaqlaşdırılmışdır. Bir tərəfdə ateizmi və dinsizliyi təlqin edən fəlsəfələr, digər yanda da dini içindən korlayan bu mühafizəkar güclər, insanlığı böyük bir qaranlığa aparmışlar. (Harun Yəhya, “Qızıldövr”) Ancaq Allah axırzamanın bu böyük qarışıqlığı altında əzilən insanları qurtuluşa çatdıracaq. Fitnələrin çoxalması, haramların halal sayılması, təbii fəlakətlərin bütün dünyanı bürüməsi və bir-biri ardınca heyrət verici hadisələrin meydana gəlməsi, bütün möminlərə axırzamanın yaxınlaşdığını xəbər verir.
Axırzamanın ən böyük müjdəsi isə İslam əxlaqının yer üzünə yayılmasıdır. Peyğəmbərimizdən gələn hədislərdə axırzamanda bütün dünyanın ədalət və sülhlə dolacağı müjdələnir. Bu dövrə "Qızıl dövr" adının verilməsinin səbəblərindən biri budur. Hədislərdə təhlükəsizliyin təmin edildiyi, yoxsulluğun aradan qalxdığı, silahların susduğu bu dövr haqqında çox əsaslı məlumatlar verilir. Quran əxlaqının yaşanması ilə meydana gələcək olan ədalət və sülh dolu dünyada məhsullarda və mallarda da çox böyük bolluq və bərəkət yaşanacaq. Beləcə yoxsulluq, çətinliklər və aclıq aradan qalxacaq. Həqiqətən də indidən kompüter, genetika və ünsiyyət texnologiyalarında baş verən inkişaflar bu gələcək dövrü təsdiqləyir. Elmdə yaşanan inkişaflar insanın ətrafını bürüyən yaradılış dəlillərini daha yaxından qavramasını təmin etdir. Tibb elmində xəstəliklərin əvvəlcədən diaqnozu, robotlar, peyk texnologiyaları və daha bir çox texnoloji alət axırzamanın əlamətləri olaraq qarşımıza çıxır. Sürətlə baş verən inkişafları yaxşı şərh edə bilən insanlar Allah'ın müjdələdiyi bu müqəddəs dövrün əlamətlərinin çox açıq olduğunu dərhal biləcəklər.
Hz. İsanın Dönüşü
Hz.İsanın dünyaya ikinci dəfə gəlişi Allah'ın Quranda Müsəlmanlara vəd etdiyi bir müjdədir. Hz. İsa digər bütün peyğəmbərlər kimi Allah'ın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş quludur. Ancaq hz. İsanı digər peyğəmbərlərdən ayıran bəzi xüsusiyyətlər var. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölməmiş, Allah qatına yüksəldilmiş və yer üzünə təkrar geri dönəcək olmasıdır. Bir çox insan hz. İsanın keçmişdə öldüyünü və bir daha yer üzünə geri dönməyəcəyini zənn edir. Bu, Quranı bilməməkdən qaynaqlanan əhəmiyyətli bir yanılmadır. Quran diqqətlə araşdırıldıqda hz. İsa haqqındakı ayələrin həqiqi mənaları ortaya çıxır. Allah Quranda belə buyurmuşdur:
Hz.İsanın yer üzünə yenidən göndəriləcəyi Peyğəmbərimiz tərəfindən də müjdələnilmişdir. Peyğəmbərimiz hədislərində hz. İsanın, xüsusilə, Xristian və Yəhudi dünyasına xitab edəcəyini, onları içinə düşdükləri xurafatlardan xilas edib Qurana görə yaşamağa çağıracağını bildirmişdir. Axırzamanla əlaqədar olaraq Peyğəmbərimizin söylədiyi onlarla hədisdə onun göndəriləcəyi dövrdə bütün yer üzünün sülh, ədalət, dinclik və rifahla dolacağı müjdələnir. Bütün Xristian və Müsəlman aləmi əsrlər boyu bu müqəddəs qonağı qarşılamağı gözləyir. Hz. İsa ilə birlikdə bütün Müsəlman və Xristianlar tək bir inancda birləşəcək və dünya "Qızıl dövr" olaraq adlandırılan böyük sülh, təhlükəsizlik, xoşbəxtlik və rifah dövrü yaşayacaq.